Miqren ağrılarını təbii yolla necə azaltmaq olar?

Miqren ağrılarını təbii yolla necə azaltmaq olar?Bir çox insan baş ağrısından əziyyət çəkir. Ancaq əksər zaman bunu miqren ağrısı ilə qarışdırırlar. Əgər işığa qarşı həssaslıq hiss edirsinizsə, başınızın bir tərəfi sancılı, şiddətli ağrıyırsa miqrendən əziyyət çəkə bilərsiniz. Bəzən qusma, mədə bulantısı, artan susuzluq kimi əlamətlərlə də özünü biruzə verən, şəxsi çətin vəziyyətə salan ağrı növüdür. Bəzi insanlarda real ağrıdan 2 gün öncə miqren ağrılarına dair əlamətlər yarana bilir. Görmə zəiflikləri, danışmaqda çətinlik, eşitmə zəifliyi kimi problemlər yarana bilər. Miqren krizindən sonra şəxs özünü tükənmiş, yorğun hiss edir.

Bu dəfə miqren krizi zamanı ev şəraitində ağrıları necə azaltmağın mümkünlüyü barədə araşdırmanı təqdim edirik:

Soyuq kompres tətbiq edin:
Miqren zamanı alnınıza soyuq kompres edin. Bunu 15 dəqiqədən artıq etməyin. Ağrının şiddətini azaldacaq.

Başınızın üzərindəki təzyiqi azaldın:

Belə ki, ağır bandana varsa və ya saçınızı bağlamısınızsa açın. Sıx bağlanmış saç yüngül ağrını şiddətləndirmək üçün zəmin yaradır.

Bir fincan çay və ya qəhvə için:

Kafein tərkibli içkilər miqreni azaltmağa kömək edir. Həmçinin vücudunuzun rahatlanmasına kömək edəcək. Bu zaman təzyiqinizi də yoxlamağı unutmayın.

Yanan gur işıqları söndürün.

Miqren zamanı işıq ağrını daha da şiddətləndirir. Həmçinin eyni anda gözlərdə də ağrı yaranmağa başlayır. Bu səbəbdən ağrı ərəfəsində qaranlıq otağa keçməyinizdə fayda vardır.
Bundan başqa ağrını azaldan alternativ yollar da mövcuddur:
Miqren ağrılarını təbii yolla necə azaltmaq olar?Uçucu yağlar:

Ağrıları azaldır. Nanə yağı, baş ağrısı və ya miqren ağrısının müalicəsində istifadə edilən yağlardan hesab edilir. Tərkibindəki mentol, əzələləri genişləndirir, ağrını yüngülləşdirir.

Massaj:

Stress və gərginliyi azaldır. Xüsusilə boyun, çiyinlər arxasındakı əzələlərin gərginliyinin keçməsinə şərait yaradır.

Zəncəfil:

Bir çox tibbi araşdırma, baş ağrılarının müalicəsində zəncəfilin effektliyini sübuta yetirib. İltihabın qarşısını alır, baş ağrısı zamanı dil atına alınıb çeynənildiyi zaman faydalıdır.

Qırmızı bibər:

Güclü baş ağrılarının kəsilməsində faydası vardır. Pəhrizin bir hissəsi olaraq da istifadə edildiyi zaman gələcəkdə baş verə biləcək miqren ağrılarının qarşısını almağa kömək edir.

Bibəriyyə:

Bir çox krem, lasyon məhz bu bitki tərkiblidir. Həmçinin oynaq ağrıları üçün də effektlidir. Aparılan araşdırmalara görə, baş ağrıları zamanı da müsbət təsir göstərir. Yağı, alın hissəyə çəkərək massaj edə bilərsiniz.

Miqren ağrılarını təbii yolla necə azaltmaq olar?Bundan əlavə miqren ağrılarının şiddətlənməməsi üçün qidalanmağınıza da diqqət yetirməlisiniz:

Gün ərzində zamanında yeməyinizi yeməyə diqqət göstərin.

Miqreni artıran qidalardan uzaq durun. Pendir, şokolad, spirtli içki, kafein kimi qidalar ağrıları şiddətləndirir.

Tünd şokolad yeyin:

Qeyd edək ki, südlü şokoladlardan fərqli olaraq tünd şokolad maqnezium qaynağıdır. Bu isə miqrenin yaratdığı baş ağrısı üçün azaldıcı təsirə malikdir.

Estrogen səviyyəsində baş verən dəyişiklik və ya pozuntu miqren ağrılarına səbəb ola bilir. Brokoli bu səviyyənin tənzimlənməsinə dəstək olaraq miqrenə qarşı istifadə edilə bilir. Miqreni olan insanların beyindəki maqnezium dəyərləri aşağı olduğundan bir çox insan maqnezium əlavəsini ağrıya qarşı olaraq istifadə edə bilər. İspanağın tərkibindəki maqnezium səviyyəsi miqren ağrılarına qarşı istifadə edilir.

Sağlamlıq Xəbərləri     Baxılıb: 150   Tarix: 07 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Burun poliplərinin simptomları və müalicəsi

Burun polipləri burun boşluğunda yerləşən, bir çox sahəni bağlayan yumşaq törəmələrdir. Çox sayda ola bilər. Bir çox insanda mövcuddur. Böyüməsi mərhələlərlə baş verir. Nəfəs darlığı yaradır. Burun polipləri niyə yaranır?

Aritmiya probleminin əlamətləri və müalicəsi

Ürək problemi olanlar, bəzən də sağlam insanlar bu problemdən əziyyət çəkirlər. Sürətli, yavaş ya da nizamsız ürək döyüntüləri ilə özünü biruzə verir. Aritmiya və ya ritm pozuntuları ürək döyüntülərinin anormal hala gəlməsidir

Toyuq zəhərlənməsinin əlamətləri

Toyuq, sevəni də sevməyəni də çox olan ət məhsullarından biridir. xəbər verir ki, müxtəlif qida zəhərlənmələri arasında ən təhlükəli olanlardan toyuq zəhərlənməsində, salmonella bakteriyasının mövcudluğuna diqqət etmək lazımdır

Baş ağrıları zamanı təbii çarə nədir?

Baş ağrıları bir çox insanın ortaq problemidir desək yanılmarıq. Gərgin iş həyatı, problemli məsələlər insan beyninə mənfi təsir göstərir. Xüsusilə də aclığın və susuzluğun zəmin yaratdığı baş ağrılarını bəzən dərmansız keçirmə

Mədə ağrısının əlamətləri, səbəbləri, müalicəsi

Mədə ağrısı, qarının üst nahiyəsində hiss edilir və şəxsin gündəlik həyatına mənfi təsir göstərir. xəbər verir ki, mədə ağrısı, yağlı, duzlu, ədviyyatlı, acılı qidaların istifadəsi, həddindən çox çay, qəhvə içməsi nəticəsind

Trombun əlaməti nədir?

Tromb bədəndə əsas 3 hissədə yerləşir. Dərin vena trombozu ayaqlarda 3 nahiyədə özünü göstərir. xəbər verir ki, geləbənzər olan bu tıxaclar qan dövranı ilə ağciyərlərə düşərək, əsas damarları tutub, emboliyaya səbəb ola bilər

Çiy ya qaynadılmış su... Hansını içmək faydalıdır?

Su insan orqanizminin yarısından çoxunu əhatə edir. Gün ərzində ən azı 2 litr maye qəbulu tövsiyə edilir. Cunki vücudda su azalarsa bir çox problemlər, xəstəliklər yarana bilər. Ancaq bir çox insan çiy suya güvənməyib suy

Bel ağrısı

Bel agrisi, yanma, batma formasında, kəskin və ya zəif şəkildə bel və ətrafında hiss edilir. Bəzən bir nahiyə ağrısa da, bəzən ağrılar dağınıq formada baş verir və dərhal səbəb təyin edilmir. Ağrıların dəqiqə ərzində bel

Miqren ağrılarını təbii yolla necə azaltmaq olar?

Bir çox insan baş ağrısından əziyyət çəkir. Ancaq əksər zaman bunu miqren ağrısı ilə qarışdırırlar. Əgər işığa qarşı həssaslıq hiss edirsinizsə, başınızın bir tərəfi sancılı, şiddətli ağrıyırsa miqrendən əziyyət çəkə bilərsiniz


sekis qarin agrisi boyrek agrisi mede agrisi