Talassemiya daşıyıcılığı təhlükəlidirmi?

Talassemiya daşıyıcılığı təhlükəlidirmi?İnsanlarda bir xüsusiyyətə aid genlərdən iki ədəd mövcud olur. Biri anadan, digəri atadan keçər.

Doktor.az xəbər verir ki, Beta talassemiya üçün ana və atadan keçən qlobin geni normaldırsa uşaq normal, biri dəyişikliyə məruz qalırsa uşaq daşıyıcı, ikisi də dəyişikliyə məruz qalıbsa uşaq xeste olur.

Talassemiya daşıyıcılığı çox yayğın bir vəziyyət olduğu üçün əhəmiyyətlidir. Talassemiya daşıyıcıları xəstə olmayan, sağlam görünən, ancaq, xəstəlik genlərini uşaqlarına keçirmə ehtimalı olan şəxslərdir
Talassemiya daşıyıcılığı təhlükəlidirmi?Talassemiya daşıyıcısı, daşıycı olmayan normal bir şəxs ilə evlənirsə doğulacaq hər bir uşaq üçün 50 faiz daşıyıcı, 50 faiz normal olma ehtimalı vardır. Bu vəziyyətdə xəstəlik ortaya çıxmaz. Qorxulacaq vəziyyət yoxdur. Ancaq uşaqlarda daşıyıcılıq olub-olmadığı araşdırılır. Daşıyıcı olanların irəlidə sağlam uşaqları olması üçün gərəkli məlumat verilir, daşıyıcı biri ilə evlənirsə uşaqlarda xəstəlik ola biləcəyi izah edilir.

Cəmiyyətdə daşıyıcılıq miqdarı nə qədər yüksəkdirsə iki daşıyıcının evlənmə və xəstə uşaq sahibi olma ehtimalı o qədər yüksəkdir. İki daşıyıcının evlənməsi nəticəsində hər bir uşaq üçün 25 faiz xəstəlikli doğulma, 50 faiz daşıyıcı olma, 25 faiz isə normal doğulma ehtimalı vardır. Xüsusilə qohum evliliklərində xəstəikli uşaq doğulma riski yüksəkdir.

Talassemiya dasiyiciligi və xesteliyi necə bilinir?
Talassemiya daşıyıcılığı təhlükəlidirmi?Qanazlığı nəticəsində uşaq həkimə müraciət etdiyi zaman meydana çıxar. Daşıyıcı şəxslər yüngül formada qansızdır, dəmir müalicəsindən fayda görməzlər. Qan analizi və hemoqlabin elektroforezi edilməsi ilə diaqnoz asanlıqla qoyulur. Xəstə olanlarda isə ağır qanazlığı müşahidə edilir.

Talassemiya daşıyıcılığı xəstəlik deyil. Hansısa xüsusi müalicəsi yoxdur.

Ömrünün ilk 3-5 yaşlarında hemoqlobin aşağı olduğu üçün müəyyən çətinliklər yaşana bilər. Amma zamanla bütün bu problemlər aradan qaldırılacaq.

Talassemiya dasiyicilari ucun xususi pehriz novu varmi?

Xüsusi bir qida vərdişi, pəhrizi yoxdur. Hər şəxs kimi sağlam həyat tərzi, düzgün qidalanma vacibdir.

Sadəcə bir məqama diqqət etməlidirlər. Həddindən çox dəmir qəbulundan qaçınılmalıdır. Çünki bu vəziyyət vücudda dəmir toplanmasına yol aça bilər.

Talassemiya daşıyıcısı nə yeməlidir?

Talassemiya daşıyıcılığı təhlükəlidirmi?Buğda kəpəyi, qarğıdalı, yulaf, düyü kimi taxıllar, portağal suyu kimi C vitamini cəhətdən zəngin qidalarla birlikdə istifadə edilmədiyi təqdirdə dəmirin sovrulmasını azalda bilər.
Qəhvə, çay, kəklikotu kimi ədviyyatlar dəmir sovrulmasını azalda bilər. Talassemiya xəstələri və daşıyıcıları bol çay və qəhvə içə bilər.

Süd, pendir, qatıq kimi məhsullar vücuddakı dəmir sovrulmasını azalda bilər.

Kalsium cəhətdən zəngin olan qidaları bol miqdarda ala bilərlər. Kalsium sümüklərin güclü və sağlam qalmasına kömək olur.

Talassemiya daşıyıcısı nə yeməməlidir?

Donuz əti, qaraciyər, lobya, fısdıq əzməsindən istifadə etməməlidirlər. Həmçinin quru ərik, qarpız, ispanaq, yaşıl yarpaqlı tərəvəzlər, brokoli, xurma kimi qidaların qəbulundan qaçınılmalıdır.
Siqaret, spirtli içki qəbulundan uzaq durulmalıdır.

Şahanə Quliyeva

Xəstəliklər     Baxılıb: 48   Tarix: 12 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Xal aldırma proseduru nədir?

Xal aldırma əməliyyatı ümumi olaraq estetik səbəbiylə seçilir. Eyni zamanda bu əməliyyat, xüsusiyyətləri baxımından bədxassəli xalların alınması üçün də istifadə edilir. məlumat verir ki, bu cərrahi kosmetik tətbiqi üçü

Beldə kanal daralması (Spinal Stenoz)

Onurğa, sümük quruluşları və aralarında mövcud olan disk deyilən yumşaq toxumalardan bir-birlərinə bağlanır. məlumat verir ki, onurğa fəqərələrini qoruyan və əhatə edən quruluşdakı onurğa içərisində bir kanal mövcuddur. B

Kraş sindromu - Dağıntılardan sonra gələn bəla

Vücudun bir hissəsinin və ya tamamilə hamısının əzilməsi, təzyiqə məruz qalması nəticəsində yaranan əzələ ödəmi, şok, böyrək çatışmazlığı, ürək və tənəffüs çatışmazlığı kimi ciddi problemlərə səbəb olan vəziyyətə Kraş sindrom

Melena (Qara rəngli nəcis) nədir?

Melana, üst qastrointestinal sistemdəki həzm kanalında meydana gələn qanaxma nəticəsində ortaya çıxan pis qoxulu, çürük qan olan, qara rəngli nəcis formasında xarakterizə edilir. məlumat verir ki, qara rəngli nəcis, nəcisdək

Qadınlarda tüklənmə, Hirsutizm nədir?

Tüklənmə problemi bir çox şəxsin ortaq problemidir. xəbər verir ki, tüklənmə artışı, menstruasiyanın zamanında baş verməməsi, kişi tipli saç tökülməsi androgen hormonunun yüksəkliyinin ən vacib əlamətlərindən hesab edilir

Prostat genişlənməsi

Prostat genişlənməsi son zamanlar yayılan problemlər sırasında yer alır. 50-90 yaş aralığı kişilərdə daha çox müşahidə edilir. xəbər verir ki, genetik faktorlar bu problemin yaranmasında rol oynayır. Artan bədən çəkisi, bədəni

Xroniki prostatit nədir?

Xroniki prostatit, prostat vəzinin uzun müddəti iltihablanması nəticəsində ortaya çıxan vəziyyətdir. Bu vəziyyət, adətən sidik problemləri, cinsi münasibətlərdə özünü göstərir. Səbəbi tam olaraq bilinməsə də antibiotiklər

Hepatit E xəstəliyi

Hepatit E qaraciyər xəstəliyidir. xəbər verir ki, törədicisi hepatit E virusudur. Bu virus qaraciyər hüceyrələrinin zədələnməsinə yol açır. Bəs necə yoluxulur?. Çirkli qidalar yemək, meyve tərəvəzləri yaxşı yumayıb yeməkl

Boyun yırtığı nədir?

Tibbi adı ilə servikal disk hernisi olan boyun yırtığı, onurğanın genişlənməsi, bükülməsi və şok zərbələrini sovrulmasını təmin edən onurğalar arasındakı dislərin mərkəzində yer alan nukleus pulpozusun yer dəyişdirməsini


sekis qarin agrisi boyrek agrisi mede agrisi