Tip 2 diabet: Əlamət, səbəbləri

Tip 2 diabet: Əlamət, səbəbləriƏn çox görülən xəstəliklərdən biri Diabet tip 2-dir. Bu növdə vücuddakı insulin olması gərəkdiyi kimi istifadə edilməz və qandakı şəkər miqdarı artar.

Doktor.az məlumat verir ki, tip 2 diabet öncədən orta və yaşlı insanların yoluxa biləcəyi bir xəstəlik olaraq bilinir.

İnsulin, qan şəkəri miqdarına nəzarət edən hormondur. Tip 2 diabet, böyüklərdə ən çox yayılan diabet növüdür.

Tip 2 diabetin elametleri nelerdir?

Diabet ilk ortaya çıxdığı zaman çox yüngül elametler göstərə bilir. Bu səbəbdən nəzərə almaya bilərsiniz. Tip 2 diabet əlamətləri bu formadadır:

Tez-tez susamaq

Çox tez-tez sidiyə getmək

Görmədə bulanıqlıq

Əl və ayaqda uyuşma hissi

Yorğun hiss etmə

Yaraların gec sağalması

Tez-tez acmaq

Arıqlamağa çalışmadan çəki itkisi

Mütəmadi infeksiyaya yoluxmaq.
Tip 2 diabet: Əlamət, səbəbləriTip 2 diabetin sebebleri nelerdir?

Genlərin quruluşu: Vücudda insulinin istehsal formasına təsir göstərən fərqli quruluşda DNA parçaları ola bilər.

Çəki: Artıq çəkili ya da piylenmeden əziyyət çəkmək insulin dirəncinə səbəb ola bilir.

Qaraciyər: Normal şərtlərdə bir insan vücudunda artıq qlükoz qaraciyərdə toplanır. Ancaq bəzi insanların vücudunda bu vəziyyət həyata keçməz və yemək yedikdən sonra mütəmadi olaraq qandakı şəkər miqdarı yüksələr.

Hüceyrə: Bəzi zamanlarda hüceyrələr bir-birlərinə yanlış siqnallar göndərə bilərlər. Bunun nəticəsində hüceyrələr qlükoz istehsal edərsə bu vəziyyət diabetə yol aça bilər.

Kimlər tip 2 diabet riski altındadır?

Bəzi vəziyyətlər tip 2 diabet riskini artıra bilir. Bunlar aşağıdakı formada sıralana bilir:

45 yaş və ya daha böyük olmaq

Ailədə diabetli şəxsin olması

Tibbi keçmişdə insulin dirənci, ürək-damar xəstəlikləri, yüksək təzyiq, yaxşı xolesterinin mövcud olması

Çəkili və ya piylənmədən əziyyət çəkmək

Bu vəziyyətlərdən fərqli olaraq, həyat tərzi də diabet riskini artıra bilir. Bunlar idman hərəkətləri etməmək, siqaretdən istifadə etmək, stress, çox və ya az yatmaq formasında sıralana bilir.
Tip 2 diabet: Əlamət, səbəbləriTip 2 diabetin qarşısını almaq olarmı?

Sağlam yaşayış tərzi ilə tip 2 diabet riskinizi azalda bilərsiniz. Əgər çəkilisinizsə, var olan çəkinin 7-10 faizini verməyiniz diabet riskini yarı-yarıya endirə bilər. Gün ərzində aktiv olmalısınız. Gündəlik 30 dəqiqə gəzinti ilə məşğul olmalısınız. Qidalanmağınıza diqqət edin. Şəkərli qidalarda, doymuş yaglardan qaçınaraq xəstəlik riskini aşağı sala bilərsiniz. Siqaretdən istifadəni tərk etməlisiniz.

Tip 1 ve tip 2 diabet arasindaki ferq nedir?

Bir-biriylə qarışdırıla bilər. Ancaq temelde fərqli səbəblərə dayanan diabet növləridir. Tip 1 diabettə pankreas insulin istehsal edə bilməz. Çünki immun sistemi insulin istehsal edən hüceyrələrə hücum edə bilər. Tip 2 diabetdə isə vücudda az da olsa insulin istehsal edir. Ancaq istehsal edilən insulinə qarşı muqavimet göstərir.

Həkimin tövsiyə etdiyi dermanlari qəbul edərək əks təsirləri, əlamətləri ən aza endirmək mümkündür.

Xəstəliklər     Baxılıb: 35   Tarix: 31 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Qoturun müalicəsi

Qoturluq problemi qotur adlanan gənələrin törətdiyi dəri xəstəliyidir. Yoluxucudur. xəbər verir ki, xəstəlik fiziki təmas, ortaq geyim, əşya, yataq dəsti vasitəsilə yoluxa bilir. Belə ki, bu gənələr insan dərisində yaşayır

Anafilaksi, allergiya şoku nədir?

Anafilaksi həyati təhdid edən və təcili tibbi yardımı gərəkdirən sistemik allergik reaksiyadır. Allergik reaksiyanın ən təhlükəli formasıdır. Vücudun allergen maddələrə qarşı məruz qalması nəticəsində anafilaktik reaksiyas

Xroniki yorğunluq nədir?

Yorğunluq, bir insanın gündəlik işlərini edərkən özünü yorğun, halsız, kifayətsiz hiss etməsi olaraq bilinir. Gündəlik həyatda həddindən artıq fiziki hərəkət edilən zaman yorulmaq normaldır bu vəziyyət dincələn zaman keçir

Tez-tez ruh dəyişikliyi yaradır: Bipolyar pozuntu nədir?

Bipolyar pozuntu, manik-depressiv pozğunluq adı ilə bilinən, iki ayrı xəstəlik dövrünün görüldüyü iki uclu psixoloji narahatçılıqdır. Gündəlik həyat tərzinə təsir göstərən, məktəb, dostluq münasibətində ciddi problemlər

Adenit nədir?

Limfa düyünü ya da limfa vəzilərinin iltihabi şişməsi ilə ortaya çıxan xəstəliyə adenit deyilir. xəbər verir ki, limfa adenit ya da adenolenfit olaraq da adlandırılan adenit, limfa düyünlərinin iltihabıdır. Bu xəstəlikd

Melena (Qara rəngli nəcis) nədir?

Melana, üst qastrointestinal sistemdəki həzm kanalında meydana gələn qanaxma nəticəsində ortaya çıxan pis qoxulu, çürük qan olan, qara rəngli nəcis formasında xarakterizə edilir. məlumat verir ki, qara rəngli nəcis, nəcisdək

Miokardit xəstəliyi nədir?

Miokardit, ürək əzələsinin iltihablanmasıdır. Ürək əzələrinin iltihablanması, ürək əzələlərinin şişməsinə və zəifləməsinə səbəb ola bilir. Bu da qan axışını çətinləşdirə bilər. xəbər verir ki, Miokardit, yüngün problemdə

Qadınlarda tüklənmə, Hirsutizm nədir?

Tüklənmə problemi bir çox şəxsin ortaq problemidir. xəbər verir ki, tüklənmə artışı, menstruasiyanın zamanında baş verməməsi, kişi tipli saç tökülməsi androgen hormonunun yüksəkliyinin ən vacib əlamətlərindən hesab edilir

Liken planus xəstəliyi nədir?

Liken planus, ağız və genital nahiyə başda olmaq üzrə vücudun fərqli bölgələrinə təsir göstərən dəri xəstəliyidir. xəbər verir ki, nadirən dırnaqlar və qıl köklərinə də yerləşdiyi görülür. İnfeksiya xəstəliyi olmadığında


hamilelik testi xestelikler boyrek agrisi sekis