Aritmiya probleminin əlamətləri və müalicəsi

Aritmiya probleminin əlamətləri və müalicəsiÜrək problemi olanlar, bəzən də sağlam insanlar bu problemdən əziyyət çəkirlər. Sürətli, yavaş ya da nizamsız ürək döyüntüləri ilə özünü biruzə verir.
Aritmiya və ya ritm pozuntuları ürək döyüntülərinin anormal hala gəlməsidir. Ritm pozuntusu zamanı ürək çox sürətli və ya çox yavaş döyünə bilər. Əksər zaman zərərsiz olsa da, bəzən həyati təhlükə yaradacaq vəziyyətə gəlir.

Bu zaman ürək vücuda kifayət edəcək qanı göndərə bilmir və şəxsdə nəfəs darlığı, ürəkgetmə, ani ölüm meydana gələ bilər. Müalicə edilə bilən xəstəlikdir.

Taxikardiya nədir?

Ən çox qarşılaşılan ritm pozğunluğudur. Qəlbin dəqiqədə 100-ün üzərində döyünməsidir. Ürəyin sürətli çalışdığı zamanlarda ürəkgetmə, təzyiqin düşməsi, nəfəs darlığı kimi əlamətlər meydana çıxır. Bu zaman MR və EKQ kimi üsullarla ürək yoxlanılır.

Belə xəstələrin problemi ürək döyüntüsü adətən qısamüddətli olur. Daha sonra isə normal hala geri dönürlər.

Ventriküler taxikardiya – Ürəyin içində yer alan ventrikül nahiyədə nəbzin sürətli döyünməsidir. Ventrikül, qanın bütün vücudda dövranını təmin edən əsas pompalardır. Sağlam şəxsin ürəyi dəqiqədə 60 ilə 100 arası döyünür. Bu vəziyyətdə isə dəqiqə üzrə göstərici 200-250 olur. Bu isə ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Supraventrikulyar taxikardiya – Uşaqlıq dövründə ən çox rast gəlinən növlərdən biridir. Adətən uşaqlıqda halsızlıq, ana südü yeyə bilməmək kimi əlamətlərlə özünü göstərir. Ürək döyüntüləri normal olur. Ancaq bu uşaqda təsdiqlənərsə mütləq şəkildə çox zaman keçmədən müalicəyə başlanılmalıdır.
Aritmiya probleminin əlamətləri və müalicəsiNormal nəbz neçə olmalıdır?

Bu insandan-insana dəyişir. Ancaq adətən normal nəbz 60 ilə 100 aralığında atarsa qəbul olunur.

Aritmiyanın səbəbləri nələrdir?

Adətən ürək xəstəliyi olan şəxslərdə daha çox görülsə də bəzən ürəyindən hansısa şikayəti olmayanlarda da yarana bilər. Bu zaman ilk olaraq bunun səbəbi araşdırılır. Çünki bəzən aritmiyalar ürək səbəbli deyil başqa xəstəlik səbəbilə bu göstəricini təqdim edər. Məsələn, anemiya, tiroidin az və ya çox çalışması, bəzi hormonal xəstəliklər və s.

Əlamətləri nələrdir?

Sürətli döyüntü

Nizamsız ürək döyüntüləri

Ürəyin duracaq kimi olması

Baş gicəllənməsi

Nəfəs darlığı və s.
Aritmiya probleminin əlamətləri və müalicəsiÜrək döyüntüsünün sürətli olduğu anlarda ürəkgetmə və baş gicəllənməsi kimi şikayətlərlə yanaşı sinə ağrısı da yaranarsa bu vəziyyətin ciddi olduğuna işarət edir.

Diaqnoz necə qoyulur?

Vəziyyətə uyğun olaraq eletrokardiorqamma üsulu, holter müayinəsi, exokardioqrafiya metodu ilə təsdiq və ya inkar edilir.

Eletrokardiorqamma üsulu zamanı əgər aritmiya mövcud olarsa aktual olur.

Əgər yoxdursa bu zaman holter müayinəsindən istifadə edilir. Sizə cihaz bağlanır və 24 saat ərzində ürək ritminizi qeydə alır. Daha sonra həkim araşdıraraq mövcud problem barədə məlumat verir.

Exokardioqrafiya isə ürəyi USM-dir desək yanılmarıq. Ürəyin vəziyyəti araşdırılır.

Müalicəsində isə dərmanlar təyin edilir. Ehtiyac duyularsa cərrahi üsuldan istifadə edilə bilər.
Əgər ürək döyüntünüzdə nizamsızlıq hiss edirsinizsə kardioloqa müraciət etməlisiniz. Çünki erkən diaqnoz hər zaman can xilas edir.

Aritmiya probleminin əlamətləri və müalicəsi

Sağlamlıq Xəbərləri     Baxılıb: 711   Tarix: 28 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Yeniyetmələr arasında yayılan xəstəliklər

Ürək patologiyaları geniş yayılan problemlər sırasında yer alır. Bəzi xəstəliklər yeniyetməlikdə üzə çıxsa da bəzilərində anadangəlmə olur. Bir çox xəstəlik simptomsuz inkişaf edir. Bes yeniyetmelerde daha hansi narahatliqla

Fobiyadan necə qurtulmalı?

Fobiya və qorxu bir çox insanın yaşadığı, həmçinin çoxluqla qarşılaşılan mövzusudur. Ancaq bunların fərqi vardır. xəbər verir ki, qorxu insanları təhlükədən uzaqlaşdırır, fobiya isə insan həyatına maneə olaraq çətinlik yaradır

A vitamini nə üçün mühümdür?

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur

Yaz allergiyasından necə qorunmalı?

İsti günlərin, yaz fəslinin gəlməsi ilə allergiyanın artması mümkündür. Bu aylarda tumurcuqlar, polenlərə qarşı allergiyası olan şəxslərdə vəziyyətin pisləşməsi müşahidə edillə bilir. xəbər verir ki, bahar allergiyası bitk

Varikoz: Səbəb və müalicə

Varikoz damar genişlənməsidir. Bu problem qadınlarda daha çox müşahidə edilir. Ayaqlarda qabarmış yaşıl damarların mövcudluğu ilə xarakterizə edilən problemdir. xəbər verir ki, 25-30 % qadınlarda, 15-20 % isə kişilərdə rastlanılır

Yuxudan duranda ayaqda uyuşmanın səbəbi

Bəzi insanlar səhər və ya gecə yatıb oyandıqdan sonra əllərin keyiməsindən əziyyət çəkirlər. xəbər verir ki, səhərlər ayaqlarda keyimə uyuşma hissi varsa bu diabetik polineyropatiyaya işarət edə bilər. Ayaqlarda yaranan uyuşma

Əsəbi cilovlamağın yolları

Əsəb duyğusu əksər zaman qarşılanmayan gözləntilər, təmin olunmamış istəklər və istənilməyən nəticələrə verilən reaksiya olaraq yaranır. Əsəb nədir? Necə cilovlamaq olar?. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadə

İmmunoterapiya nədir?

Vücudun immun sistemi, mikroorqanizmlərin və anormal hüceyrələrin tanınması və bunlara qarşı hücuma keçilməsi kimi əhəmiyyətli rol oynayır. xəbər verir ki, biolojik terapiya, bu təbii qorunma sisteminin xəstəliklərə qarş

Gənə dişləməsi

Gənə dişləməsi, insanlar və heyvanlar üzərində ciddi sağlamlıq problemlərinə səbəb ola bilən vacib sağlamlıq problemidir. xəbər verir ki, gənə dişləmələrində adətən qızarıqlıq, qabarıqlıq və qaşıntı kimi əlamətlər görülür


bogaz agrisi mede agrisi qarin agrisi boyrek agrisi