Artıq duz istifadəsinin vücuddakı əlamətləri

Artıq duz istifadəsinin vücuddakı əlamətləriBəzi insanlar duzsuz süfrəyə oturmur. Ancaq duzun yeməyə qatdığı ləzzət qədər zərəri də bir o qədərdir. Bu, ən az şəkər qədər zərərlidir.

Doktorinfo.az xəbər verir ki, mütəxəssislər, insan vücudunun gündəlik duz ehtiyacının 6 qram olduğunu vurğulayırlar.

Normadan çox duzlu qidaları yeyirsinizsə bu özünü vücudda göstərir.

Orqanizminiz üçün zərərli olduğunu bu elametlerden anlaya bilərsiniz.

Bəs bu əlamətlər hansılardır?

Ayaqlarınız, əlləriniz şişirsə

Ayaqlarınız durduq yerdə şişirsə ya da səhər qalxdığınız zaman gözləriniz şiş formasında oyanırsınızsa bunun səbəblərindən biri çox duz qəbul etməyinizdir. Bunun səbəbi həddindən çox duz qəbulunun nəticəsi olaraq vücudun artıq su tutmasıdır.

Özünüzü mütəmadi susamış hiss edirsinizsə...

Duzda mövcud olan sodium vücudunuzun maye tarazlığını təmin edilməsinə kömək olur. Bu səbəbdən artıq duz istifadə etdiyiniz zaman əzələlərinizin və digər orqanlarınızın düzgün çalışması üçün vücudunuz daha artıq suya ehtiyac duyar. Vücud sodium su tarazlığını temin etməyə çalışan zaman siz də daha çox su istəyəcəksiniz. Normaldan artıq su istemeyiniz də duz istifadəsinə diqqət etməyiniz gərəkdiyini göstərir.
Artıq duz istifadəsinin vücuddakı əlamətləriArtıq duz istifadəsi zamanı vücud bu artıqlığı vücuddan atmaq üçün böyrəklərə artıq iş yükləyir. Bu səbəbdən daha çox tualetə çıxma ehtiyacı hiss edə bilərsiniz. Həmçinin sodium artıqlığı nəticəsində maye itkisi dehidrasyona yol açar və vücudda önəmli dərəcədə maye itkisi olması nəticəsində sidik tünd sarı rəng ala bilər.

Sümükləriniz ağrıyırsa...

Süfrə duzunu çox istifadə edirsinizsə böyrəkləriniz onu tamamilə vücuddan ata bilməyəcək, bu da kalsium itkisinə səbəb olacaqdır. Kalsium əksikliyi də sizə gücsüz sümüklər, diş problemləri və hətta uzun zamanda sümük əriməsi kimi narahatçılıqlar olaraq dönəcəkdir.
Artıq duz istifadəsinin vücuddakı əlamətləriƏzələ ağrılarınız varsa...

Əzələ ağrılarının olmaması üçün sodium və potassium tarazlığı sağlamlığınız üçün olduqca vacibdir. Əgər artiq duzlu qida istifadə edərək bu tarazlığı pozacaqsınızsa əzələlərinizdə sancılar, gərilmələr və ağrılarla qarşılaşa bilərsiniz.

Mütəmadi başınız ağrıyırsa...
Artıq duz istifadəsinin vücuddakı əlamətləriHəddindən çox sodium istifadəsi qanın həcmini artırır və bu da damarların genişlənməsinə səbəb olur. Bu səbəbdən təzyiqiniz yüksələ bilər və bu da keçmək bilməyən şiddətli baş ağrılarını artıra bilər.

Diqqət əksikliyi probleminiz varsa...

Artıq duz istifadəsi ilə ortaya çıxan yüksək tezyiq beyninizə gedən arteriyalara zərər verə bilər. Bunun nəticəsində problemlər yaşaya bilər, gün ərzində işlərinizə fikrinizi verməkdə çətinlik çəkə bilərsiniz. Eyni zamanda dehidrasyon da yaddaşın zəifləməsinə, şəxsin özünü yorğun hiss etməsinə və reaksiya vermə müddətinin uzamasına yol aça bilər.

Şahanə Quliyeva

Sağlam Qida     Baxılıb: 185   Tarix: 15 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Balqabaq tumu yağının möcüzəvi faydaları

A, B, E vitamini mövcud olan, omeqa 3, 6, potassium, dəmir, fosfor və maqnezium kimi minerallar baxımından olduqca zəngin olan balqabaq tumu yağı içərisindəki bütün bu maddələr sayəsində insan orqanizmi üçün olduqca faydalıdır

Əzgilin fayda və zərərləri

Əzgil aşağı kalorili, lif və minerallarla zəngin olan meyvədir. Tərkibindəki lif həzm sistemini tənzimləyir. Eyni zamanda aşağı glisemik indeksi sayəsində qan şəkərini nəzarət altında tutmağa kömək olur. xəbər verir ki, antioksidantla

Ödəmi bədəndən atmağın yolları

Vücuddakı maye toplanması ilə əlaqəli olaraq toxumaların şişməsi vəziyyətinə ödəm adı verilir. xəbər verir ki, mayenin vücud toxumalarında çox artıq yer alıb sıxışmasına bağlı olaraq ortaya çıxan ödəm adətən əl-ayaq biləklər

Alma qabığı və çayı meyvəsindən daha faydalıymış... Faydaları nələrdir?

Almanın faydalarından daha öncəki məqaləmizdə bəhs etmişdik. Ancaq əksər insan almanın qabığını soyaraq yeməyi seçirlər. xəbər verir ki, mütəxəssislər alma qabığının ən az alma kimi faydalarının olduqca çox olduğunu dil

Ud hindi faydaları

Şəfalı bitkilərdən biri olan ud hindi daha çox Çində mövcuddur. Ud hindinin faydaları və zərərləri barədə ətraflı olaraq məqaləni sonadək oxuyaraq əldə edə bilərsiniz. məlumat verir ki, hər mövsümdə yarpaqlarını tapmaq mümkündür

Qlükozamin nədir?

Hansısa bir əlavə istifadə etmədən öncə xüsusilə xronik sağlamlıq problemlləriniz varsa və ya başqa dərmanlar istifadə edirsinizsə, mütəxəssislər müzakirə etməlisiniz. xəbər verir ki, qlükozamin əlavələri bəzi şəxslərə uyğu

Qırmızı kələmin faydaları

Kələmin bir çox növü mövcuddur. Hər bir növü vitamin və minerallarla olduqca zəngin tərəvəzdir. Tərkibindəki yararlı maddələrin təsiri ilə güclü antioksidant xüsusiyyətləri olan qırmızı kələmin faydaları olduqca çoxdur. xəbə

Sink nədir?

Sink, vücudumuz üçün həyati önəm daşıyan mineraldır. Sink nə üçün vacibdir? Sink hansı qidalarda mövcuddur?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bu mineral, bir çox kimyəvi maddələr reaksiyasını

Çiyələk yarpaqlarının faydaları

Yaz fəslinin gəlməsi ilə birlikdə giləmeyvələrin istifadəsi də bir o qədər də artdı. xəbər verir ki, xüsusilə də uşaqların sevərək yediyi çiyələyin bir çox faydaları mövcuddur. Ancaq bununla yanaşı çiyələyi yeyən zaman atıla


sekis dis agrisi babasil mualicesi bogaz agrisi