Hamiləlikdə Herpes virusu təhlükəlidir?

Hamiləlikdə Herpes virusu təhlükəlidir?Hamiləlikdə yaşanılan problemlərdən biri dərinin müxtəlif nahiyələrində yaranan uçuqlar, səpkilərdir. Herpes simpleks olaraq bilinən bu problemə səbəb olan virus təmas yolu ilə hamiləyə yoluxduğu zaman diqqətli olmaq vacibdir.

Herpes nədir?

Hamiləlik vaxtında qadınlar bir çox problemlərlə qarşılaşa bilərlər. Bunlardan biri də herpesdir. Bu zaman dəridə içi su dolu ağrılı qabarcıqlar yaranır. Herpes illərlə heç bir fəsad, təhlükə törətmədən də yaşaya bilər. Ancaq bədən zəif düşən zaman aktivləşməsi mümkündür.
Virusun 8 tipi olsa da daha çox 3 formasına rastlanılır. Bunlardan ilki ağızda, burun və ətrafında görülən HSV 1-dir. Digər növü isə adətən genital nahiyədə yaranır. 3-cü forma isə sinir sinisteminə yerləşə bilən virusdur.

Necə ortaya çıxır?

Hamiləlik zamanı immunitet sistemi zəifləyə bilir. Bu ərəfədə yoluxma riski yüksək olur. Bundan əlavə düzgün qidalanmamaq, gigiyenaya diqqət etməmək kimi faktorlar da bu virusa yoluxdura bilər. Qrip kimi immuniteti daha da aşağı salan xəstəliklər də herpesə zəmin yaradır.
Hamiləlikdə Herpes virusu təhlükəlidir?Qarındakı dölə təsir edirmi?

Vücuda yerləşən viruslar ölmədiyi üçün hamiləlik zamanı təhlükəli hesab olunur. Çünki bu, həm ana, həm də uşağa mənfi təsir göstərir. Dölün tələf olmasına, uşaqsalma hallarına, beyin zədələnməsinə yol aça bilər.

Virus necə inkişaf edir?

Virusa yoluxduqdan 2 -10 gün arasında uçuqlar, səpkilər yaranmağa başlayır. Ağız, burun və ətrafında yaranan səpkilər qırmızı rəngdə, qabarıq, ağrılı olur, yanma hissi verir. Daha çox böyüyür, bir müddət sonra qabıqlanaraq tökülür.

Vaginal nahiyədə yaranan səpkilər zamanı sidiyə gedilmə çox ağrılı prosesə çevrilə bilir. Çünki həssaslıq, yanma hissi verir. Bu səbəblə qadınlarda vaginal axıntı, şişkinliklər müşahidə edilə bilər. Bundan əlavə halsızlıq, yorğunluq kimi simprtomlar da müşahidə edilə bilər.

Dəqiq araşdırma olmasa da hamiləlik vaxtı virusun dölə mənfi təsir etdiyi düşünülür. Çünki təsirdən asılı olaraq bu, bəzi hamiləliyin yarıda qalmasına, dölün tələf olmasına yol aça bilər.
Ağız və burunda yaranan uçuqların uşağa keçmə ehtimalı olduqca azdır. Ancaq vaginal nahiyədə yaranan uçuqlar zamanı çox diqqətli olmaq lazımdır. Doğuş başladıqda isə virusun uşağa yoluxma ehtimalını nəzərə alaraq qeysəriyyə əməliyyatı təyin edilə bilər. Beləliklə uşağın doğuş kanalı vasitəsilə virusla təması riski azalır.
Hamiləlikdə Herpes virusu təhlükəlidir?Necə qorunmalı?

Bu zaman antiviral dərmanlardan istifadə edilir. Burada məqsəd infeksiya riskini azaltmaqdır.

Gigiyenaya diqqət yetirmək lazımdır.

Hamiləlik zamanı immunitet sistemi mümkün qədər qorunmalı və gücləndirilməlidir.

Hamiləlikdə Herpes virusu təhlükəlidir?

Hamiləlik     Baxılıb: 505   Tarix: 31 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Hamiləlikdə appendisit

Hamiləlikdə appendisit diaqnozu digər xəstələrə görə daha çətindir, çünki böyüyən uşaqlıq appendiks orqanını itələyərək yerini dəyişdirər. xəbər verir ki, appendiks normalda qarının sağ alt qisimində tapılır, yoğun bağırsa

Hamiləlik hesablanması

Hamiləliyin hesablanması son menstruasiya tarixinə və normal hamiləlik müddətinin 40 həftə olduğuna əsaslanır. məlumat verir ki, hamiləliyin hesablanması doğum tarixini proqnozlaşdırmaq və hamiləliyin inkişafını izləmək üçü

Boru hamiləliyi

Təəssüf ki hər hamiləlik istənilən formada nəticələnmir. Bəzən uşaqlıqdankənar hamiləliklər baş verir. Uşaqlıqdankənar hamiləlik, qarın boşluğu hamiləliyi, yumurtalıq, uşaqlıq boynu hamiləliyi və boru hamiləliyi olaraq xarakteriz

Əkiz hamiləlik nədir? - Yarana biləcək problemlər

Əkiz hamiləlik, bir yumurtanın mayalanıb 2 və ya daha çox embriona bölünməsi ya da iki fərqli yumurtanın ayrı spermlər ilə mayalanması nəticəsində eyni hamiləlikdə iki dölün olması mümkündür. Genetik faktor da əkiz hamiləlikd

Hamiləlik testi necə edilir?

Hamilelik testi bir çox qadının hamiləliklə bağlı suallarını cavablayan üsuldur. Hamiləliyin olub-olmamasını öyrənmək üçün qan və sidikdən analiz verilir. HCG hormonu qanda və ya sidikdə axtarılır. Bu, hamiləliyi təyin edə

Hamiləlikdə cinsi əlaqə

Hamilelikde cinsi elaqe ana və ata namizədləri üçün son dərəcə çəkindikləri və tərəddüd etdikləri mövzudur. Xüsusilə hamiləlik müddətində ilk aylarda uşağa zərər vermə düşüncəsi ya da hamiləliyin irəliləyən mərhələlərind

Hamiləlikdən qorunma üsulları

Doğuma nəzarət, keçici və ya qalıcı olaraq hamiləliyin gecikdirilməsi olaraq ifadə edilir. Hamiləliyin qarşısını almaq üçün dərman və müxtəlif tibbi müdaxilələrdən istifadə edilir. Əksər insan hamiləlikdən qoruyan dərmanlarda

Hamiləlik əlamətləri

Hamiləlik əlamətləri, hər qadında fərqli zamanlarda, fərqli formalarda ortaya çıxa bilər. Bəzi qadınlar, bu əlamətləri heç yaşamasa da, bəziləri bütün əlamətləri yaşaya bilər. məlumat verir ki, hamiləlik əlamətləri, adətə

Hamiləlikdə mədə bulantısı

Hamiləlikdə mədə bulantısı, vücuddakı HCG hormonunun yüksəkliyi nəticəsində ortaya çıxan və hamiləliyin ilk əlamətlərindən qəbul edilən yayılan şikayətdir. xəbər verir ki, adətən hamiləliyin ilk 6 həftəsində mədə bulantısı


bogaz agrisi sekis tecili tibbi yardim dis agrisi