Askarid qurdunun simptomları və müalicəsi

Askarid qurdunun simptomları və müalicəsiAskarid, silindr formasında, ucları incə, qəhvəyi, sarımtıl rəngli bağırsaq qurduna verilən addır. 25-35 sm uzunluqda olurlar. Dünyada 1,5 milyarddan çox insanın yoluxduğu təxmin edilir.
Hər dişi soxulcan gündə 200.000-ə qədər yumurta çıxara bilər. İnsan nəcisindən çıxan yumurtalar torpaqda uzun müddət canlı yaşaya bilir.

Dözümlü və çətin bitən qurd növündəndir.

Askarid qurdu necə yoluxur?

İnsanlar, ağız yolu ilə yeyilən qidadan və ya torpaqda böyüyən Ascaris yumurtaları ilə təmas edərkən yoluxa bilər. İncə bağırsaqda yumurtadan çıxaraq bağırsaq divarından keçir və qaraciyər, ürək, ağciyərə qədər çata bilir.
Askarid qurdunun simptomları və müalicəsiAskarid qurdunun əlamətləri nələrdir?

Bu, təsir göstərdiyi orqandan asılı olaraq dəyişir. İnfeksiya ilkin vaxtlarda xüsusi simptom biruzə verməz.
Əgər qurdlar ağciyərdədirlərsə bu əlamətlər baş verər:

Öskürək

Xırıltılı tənəffüs

Nəfəs darlığı

Qanlı bəlğəm

Qızdırma

Əgər qurdlar bağırsaqdadırlarsa bu hallar yarana bilər:

Mədə bulantısı

İshal

Şiddətli qusma

İştah azalması

Çəki itkisi

Qarın ağrısı

İnkişaf geriliyi və s.
Askarid qurdunun simptomları və müalicəsiBu qurd, uşaqlarda davranış pozğunluğuna belə səbəb ola bilir. Aşağıdakı davranışlar varsa, bu, qurdun əlaməti kimi də müşahidə edilə bilər:

Əsəbilik

Dağınıqlıq

Diqqəti bir araya toplaya bilməmək

Həyəcan

Yuxu pozuntusu

Yuxuda qorxma

Tez əsəbləşmək və s.

Belə uşaqların immunitet sistemləri güclü olmur. Ya tamamilə iştahdan kəsilirlər və ya yesələr belə çəkilərində bir artım olmur. Xəstəliklərə qarşı da orqanizm güclü müqavimət göstərə bilmir. Tez-tez xəstələnmək halları baş verə bilər.

Diaqnoz necə qoyulur?

Ən uyğun, dəqiq diaqnoz nəcizdən verilən analiz nəticəsində əldə edilə bilər. Nəcis laboratoriyada araşdırılır, qurdun olub-olmaması və növü təyin edilir.
Askarid qurdunun simptomları və müalicəsiMüalicəsi:

Xəstəliyin erkən mərhələsi adətən yüngül keçir, hətta bəzən müalicəyə belə ehtiyac qalmır.
Sadəcə simptomlara səbəb olan infeksiyaların müalicəsi əsas şərtdir. Müalicədə qurd tökən dərmanlardan, şamlardan, qaraciyəri qorumaq üçün təyin edilmiş siroplardan istifadə edilir.
Dərmanların, yüngül qarın ağrısı və ya ishal kimi əks təsirləri ola bilər.

Qeyd edək ki, adətən müalicə edilməyən bu qurd getdikcə vücudda artır və orqanlar üçün ciddi təhlükə yarada bilər. Bu səbəbdən erkən diaqnoz və müalicə mühüm əhəmiyyət kəsib edir.

Sağlamlıq Xəbərləri     Baxılıb: 477   Tarix: 03 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Yaz allergiyasından necə qorunmalı?

İsti günlərin, yaz fəslinin gəlməsi ilə allergiyanın artması mümkündür. Bu aylarda tumurcuqlar, polenlərə qarşı allergiyası olan şəxslərdə vəziyyətin pisləşməsi müşahidə edillə bilir. xəbər verir ki, bahar allergiyası bitk

Dırnaq yeməyin fəsadları

Çox yayılmış zərərli vərdişlərdən biri dırnaq yemə xəstəliyidir. Onixofagiya uşaq yaşlarından başlayır. xəbər verir ki, dırnaqları yeməklə infeksiya və bakteriyaların yaranıb çoxalmasına şərait yaradılır. Buna səbəb isə barmaqları

Yeməkdən sonra çay içmək bu xəstəliyi yaradır

Qanda hemoqlabin adlı zülalın insan orqanizmi üçün əhəmiyyətli dərəcəsi çoxdur. xəbər verir ki, bu zülalın aşağı düşməsi və ya qırmızı qan hüceyrələrinin sayının azalması qanazlığı problem yarada bilər. Anemiya isə ayrılıqd

Uşaqlarda günəş vurmanın əlamətləri

Günəş vurması neçə gün davam edər?. Uşaqlarda gün vurmanın əlamətləri nələrdir?. Bu və daha çox məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Günəş vurmasının əlamət göstərmə müddəti şəxsin vəziyyətinə, yaşına, qaynaqlana

Nevrologiya nədir?

Nevrologiya nədir?. Bu sahə ilə kim məşğul olur?. Daha ətraflı məlumat üçün məqaləni oxuya bilərsiniz. Nevrologiya – sinir sistemi xəstəliklərini öyrənən elm sahəsidir. xəbər verir ki, bu sahə ilə isə nevroloqlar məşğul olur

Boğaz iltihabı: Növləri və müalicələri

Boğaz iltihabı, gündəlik həyatda tez-tez qarşılaşılan və xüsusilə havaların soyuması ilə artan problemdir. xəbər verir ki, bakteriyaların, virusların səbəb ola biləcəyi bu problem, boğazda meydana gəlməsi ilə birlikdə şəxsləri

D vitamininin varlığı və əksikliyində vücudda nələr baş verir?

Sağlam sümükləri qorumaq üçün D vitamini olduqca faydalıdır. Bunun əsas səbəbi sümüyün ilk olaraq dayağı olan kalsium ancaq bu vitaminin varlığında vücud tərəfindən sovrulmasıdır. Günəş işıqlarının, dəridəki aktiv vitami

Hicama faydaları və zərərləri

Keçmiş zamanlardan bu günə qədər bir çox müalicə növləri tətbiq olunur. Hicama da bunlardan biridir. Dəri səthinə tətbiq olunan hicama, kiçik damarın altında qurulan vakuum qüvvətindən istifadə edilən texnikadır. Bel, boyu

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri


qarin agrisi mede agrisi bogaz agrisi babasil mualicesi