Pnevmoniya müalicəsi

Pnevmoniya müalicəsiPnevmoniya - xalq arasında bilinən sətəlcəm, ağciyərin iltihablanmasıdır.

Doktorinfo.az xəbər verir ki, müxtəlif mikroorqanizmlərlə əlaqəli olaraq meydana gəlir. Bəzi pnevmoniya növlərində xəstə şəxsdən sağlam insana yoluxma riski vardır. Amma xəstəlik əksər zamanda xəstənin öz ağız, boğaz və ya həzm kanalında mövcud olan mikrobların ağciyərə keçməsi ilə meydana gəlir. Xesteliye səbəb olmayan mikroblar, məhz vücudun qorunma mexanizmi aşağı düşdüyü zaman pnevmoniya yaradır.

Setelcemin baslangicinda gorunen elametler hansilardir?

Üşümək-titrəmə

39-49 dərəcə yüksək qızdırma

Öskürək

İltihablı bəlğəm

İştahsızlıq

Halsızlıq

Oynaq və əzələ ağrıları

Bulantı

Qusma

Pnevmoniya müalicəsiAğırlaşmış formada isə bu əlamətlər müşahidə edilə bilər:

Şüur itkisi

Nəfəs darlığı

Döş qəfəsində ağrı və s.

Bu əlamətlər olan hər xəstə mütləq həkimə müraciət etməlidir. Erkən diaqnoz və müalicələrə tez başlamaqla həyati təhlükənin qarşısını almış olarsınız. Qan analizi ilə yanaşı, ağciyər rentgeni ilə diaqnoz asanlıqla qoyula bilər.

Qrip və bənzər infeksiyalar pnevmoniyaya zəmin hazırlayır. Pnevmoniya hazırda dünya üzərində çox müşahidə edilən və ən çox ölümə səbəb yaradan xəstəlikdir. Xüsusilədə körpələrdə, yaşlılarda bu xəstəlik ölümlə nəticələnə bilər.

Pnevmoniyanin yaranmasina zemin yaradan risk faktorlar hansilardir?

Şəxsin yaşlı olması

Xronik xəstəliklər: Ağciyər, ürək, böyrək, qaraciyər, şəkər, əsəb sistemi xəstəlikləri və s.

Siqaretdən istifadə

Qusmalar

Spirtli içkilərdən istifadə

Qrip infeksiyaları
Pnevmoniya müalicəsiSətəlcəmdən qorunma yolları nələrdir?

Yaranan problemlər qulaq ardı edilməməli və öncədən çıxan xəstəliklər düzgün müalicə edilərsə pnevmoniya həddinə gəlməz.

Düzgün qidalanma vacibdir.

Gigiyenaya diqqət edilməlidir.

Xəstə insanlarla təmasdan qaçınmaq lazımdır.

Müalicə xəstəyə görə dəyişir. Əksər zaman müalicə ilə sağala bilən xəstəlik növüdür. Belə xəstələrin dincəlməsi, dərmanların vaxtında qəbulu əsas şərtdir. Müalicədən sonra yaxşılaşma olsa belə ağciyər yenidən rentgen olunmalıdır.
Pnevmoniya müalicəsiPnevmoniya mualicesi nece edilir?

Adətən antibiotiklər, bol maye qəbulu, ağrıkəsicilər, qızdırma salan dərmalardan istifadə edilir.

Əgər ehtiyac varsa xəstəyə inhalyasiya edilir. Adətən müalicə 5-10 gün davam edir. Bəzi sətəlcəm növlərinin müalicə növü 21 günə qədər uzana bilər. Bu, mikrob növünə görə fərqlənir.

Əsas müalicə ilə yanaşı xalq təbabətindən də istifadə etmək mümkündür.

Bunun üçün turpun orta hissəsində dəlik açılaraq 2 xörək qaşığı bal əlavə edilir, turpun üzəri isə kəsilmiş hissəsi ilə örtülür. Bundan sonra turplar qaba yığılaraq 3 saat saxlanılır. Alınan şirə gündə bir neçə dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir.

Bundan əlavə soğan suyu ilə bal bərabər nisbətdə qarışdırılaraq gündə 3-4 dəfə yeməkdən 15-20 dəqiqə əvvəl 1 çay qaşığı içilir.

Gündə iki dəfə 1 stəkan yeni çiy süd 2 ədəd əncir qurusu ilə birgə qaynadılaraq yeməkdən sonra 1 stəkan isti halda qəbul edilə bilər.

Xəstəliklər     Baxılıb: 710   Tarix: 18 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

İşığa həssaslıq, Fotofobiya nədir?

Fotofobiya nədir? Necə narahat edir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxumağınız tövsiyə edilir. Fotofobiya və ya işığa həssaslıq, adətən işığa qarşı hədsiz həssaslığı ifadə edən bir termindir. xəbər verir ki

Hipertoniya: Əlamətləri və müalicəsi

Bütün dünyada ən çox görülən xəstəliklərdən biri hipertoniyadır. Orta yaşlı insanlarda daha çox müşahidə edilir. Yaşlı insanlarda xroniki hala çevrilə və nəzarətdə saxlanmadığı təqdirdə ölümə belə yol aça bilər. Yüksək təzyi

Frengi, Sifilis xəstəliyi nədir?

Sifilis olaraq da bilinən frengi, adətən cinsi yolla yoluxan bakterial bir infeksiya xəstəliyidir. xəbər verir ki, təməl səbəbi cinsi münasibət olan frengi xəstəliyi, anadan uşağa keçərək də meydana gələ bilər. İstilik tərzind

Sızanaq, aknəli üzün müalicəsi

Adətən üz, sinə, bel və çiyin nahiyələrində olan, yağ vəzlərinin həddindən çox istehsalı və bakterial infeksiyanın birəşməsi nəticəsində yaranan dəri problemidir. xəbər verir ki, sızanaqlar, qara nöqtələr, kistalar kimi müxtəli

Osteopatiya nədir?

Osteopatiya bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Yunanca "Osteon"(sümük), "pathos" (ağrı çəkmək) sözlərindən ibarət olan osteopatiyanın qarşılığı sümük ağrısı çəkmək mənasına gəlir. xəbə

Şahdamar tıxanıqlığı

Şahdamar tıxanıqlığı geniş yayılan problemlərdən biridir. Bəs şahdamar tıxanıqlığı nə üçün yaranır?. xəbər verir ki, şahdamar tıxanması adətən damar sərtliyi, damar kirəclənməsindən yaranır. Şahdamar tixaniqligi kimlerd

Oynaq ağrılarında kompres etmək olarmı?

Oynaq ağrılarından bir çox insan əziyyət çəkir. Bu zaman isə müəyyən kremlər, isti və ya soyuq kompreslərdən istifadə edir. Bes oynaq, revmatoloji agrilar zamani kompres etmek olarmi?. xəbər verir ki, oynaq ağrıları zaman

Metastatik xərçəng nədir?

Metastaz nədir? . Müalicəsi ilə bağlı ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Metastaz, xərçəngin qaynağını aldığı orqandan daha uzaq bir nahiyəyə yayılmış olmasını ifadə edər. xəbər verir ki, metastaz, xərçən

Kişi klimaksının əlamətləri

Kişi klimaksı nədir?. Bir çox kişilərdə baş verən dəyişiklikdir. Adətən 40-70 yaş arasındakı kişilərin cinsiyyət vəzlərində dəyişikliklər baş verir. Bu, xayalarda degenerativ dəyişikliklərdə əlaqəlidir. xəbər verir ki, b


hamilelik testi dis agrisi tecili tibbi yardim tecili yardim