Rinoplastika, burun əməliyyatı

Rinoplastika, burun əməliyyatıRinoplastika nədir? Kimlərə göstərişdir?

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Rinoplastika, qığırdaq və sümüklərin quruluşunu dəyişərək buruna verilən yeni formanı təmin edən burun əməliyyatıdır. Daha estetik burun forması yaratmaq üçün bəzən sümükləri və qığırdaqları kəsmək, bəzən də tam əksinə əksik yerlərini tamamlamaq və formalarını dəyişdirməyə ehtiyac vardır.

Burun emeliyyatı kimlere tetbiq edile biler?

Doktorinfo.az məlumat verir ki, əməliyyatı etməkdə meqsed bəzən edilən yol qəzaları, burun sınmaları hadisələri olur. Həmçinin bəzən tənəffüs problemləri olan pasiyentlərdə əməliyyat nəticəsində bu problem aradan qaldırılır.

Rinoplastika emeliyyatı nedir?

Rinoplastika əməliyyatı açıq və qapalı olaraq iki formada edilə bilər:

Qapalı texnika ilə bütün kəsimlər burun içində edilir. Cərrah içəridən çalışaraq əməliyyatı tamamlayır.

Açıq texnika ilə isə burun ucunda 3-4 mm bir kəsik edilərək burun ucu açılır.
Rinoplastika, burun əməliyyatıRinoplastika ilə sümüyü, qığırdaq toxumasını, dəri təbəqəsini və ya hər üçünü birdən dəyişdirə bilər. Burun estetikası planlayarkən, rinoplastika cərrahı şəxsin üzünün digər xüsusiyyətlərini, burundakı dərini və şəxsin nələri dəyişdirmə istədiyini diqqətə alır.

Bütün böyük əməliyyatlarda olduğu üzrə rinoplastika ilə müxtəlif risklər daşıyır. Böyük əməliyyatlarda infeksiya, qanaxma, anesteziyaya qarşı mənfi reaksiya vermək riskləri mövcuddur.
Əməliyyatdan öncə şəxsin tibbi keçmişi araşdırılır. Ətraflı sorgu keçirilir. Hədəf və istəklər dəqiqləşdirilir. Bununla yanaşı həkim qan analizləri və bəzi labaratoriya testləri istəyə bilər.
Burun əməliyyatından sonra adətən eyni gün xəstəxanadan çıxmaq mümkündür. Anesteziyadan sonrakı ilk bir neçə gün ərzində yaddaş itkisi, qərar vermə çətinliyi görülə bilər.

Rinoplastika emeliyyatından onceki hazirliqlar

Əməliyyatdan iki həftə öncəsində dərmanlardan qaçınmaq lazımdır. Bu derman növləri qanaxmanı artıra bilər. Sadəcə burun cərrahı tərəfindən təsdiqlənən və ya reseptə yazlan dərmanlardan istifadə edilməlidir.

Həmçinin bitki tərkibli dərmanlardan, təbii dərmanlardan və əlavələrdən qaçınılmalıdır. Pis vərdişlər tərgidilməlidir. Əks halda infeksiya qapma ehtimalı yüksələr.
Rinoplastika çətin əməliyyat hesab edilir. Bunun isə bir çox səbəbi vardır. Öncəliklə üzün ortasında mövcud olan üç hissəli və qarışıq formadır. Burun bəzən zamanla görünüşcə dəyişə bilər. Ancaq adətən bir il ərzində şişliyin böyük hissəsi gedəcəkdir. Bu səbəbdən ikinci əməliyyata ehtiyac olarsa bunun üçün ən az 1 il gözləmək lazımdır.

Rinoplastika əməliyyatından sonra
Rinoplastika, burun əməliyyatıBuruna tətbiq olunan tamponlar əməliyyatdan bir həftə sonrasına qədər burunda qalır. Əməliyyatdan sonra şişkinlik və qanaxmanın qarşısını almaq üçün adətən uzanan zaman baş diklikdə olmalıdır. Burun bantları çıxarıldıqdan sonra yüngül qanaxmanın baş verməsi təbiidir. Əməliyyatdan sonra bir sıra tədbirlər görülməlidir. Belə ki, əməliyyatdan sonra bir ay bəzən daha uzun müddət eynək geyinmək tövsiyə edilmir. Buruna təzyiq etmək, sərt hərəkət olmaz. Günəş şüalarından qorumaqda fayda vardır.

Qidalanma əsnasında sodiumdan uzaq durmaq şişkinliyin daha aza enməsinə zəmin yaradacaq. Emeliyyatdan sonra buruna buz kompresi etmək olmaz.

Piezo rinoplastika üçün göstərişlər:

Enli burun

Dar uclu burun

Çəpər əyrilikləri

Baş verən burun travmaları

Burun belində çökəklik

Burun dəliklərinin pis forması

Rinoplastika əməliyyatının qiyməti

Azərbaycanda qiymətlər klinika və həkimlərə görə dəyişir. Ümumilikdə isə 2-7 min arası dəyişir. Bu qiymət Türkiyədə 3-9 min dollar arasında dəyişir. Avadanlıqlar, istifadə edilən materiallara görə fərqlənir.

Bu emeliyyatda yas mehdudiyyeti var?

Formasının dəyişəcəyini nəzərə alaraq 18 yaşı gözləmək tövsiyə edilir.
Burun əməliyyatı keçirən xəstələrin sağalma müddəti individualdır. Adətən bir həftə ilə 2 ay içərisində deyisiklik göstərə bilər. Estetik edilən burunun formasını tam alması üçün 6 ay ilə 1 il arası keçməlidir.

Şahanə Quliyeva

Əməliyyatlar     Baxılıb: 335   Tarix: 07 may 2024
f Paylaş

Oxşar xəbərlər

Kolonoskopiya nədir?

Endoskop vasitəsilə yoğun və düz bağırsağın müayinə edilmə metoduna kolonoskopiya deyilir. xəbər verir ki, bu metod təhlükəsizliyi və yüksək informativliyi ilə seçilir. Bes kolonoskopiya kimlere tovsiye edilir?. Diaqnostik

Skleroterapiya nədir?

Varikoz bir çox insanların ortaq problemidir. Müasir dövrdə varikozun müalicəsi dedikdə ilk düşünülən üsullardan biri məhz Skleroterapiyadır. Effektiv metod sayılan Skleroterapiya - damar boşluğu içərisinə dərman-skllerozan

Yanaq incəltmə - Bişektomiya əməliyyatı kimlər üçündür?

Müasir dövrdə qadınlar kimi kişilər də fiziki görünüşlərinə diqqət edirlər. Bunun üçün də bir sıra cərrahi müdaxilələrdən istifadə edə bilirlər. Bu kosmetik cərrahi növlərindən biri bişektomiya proseduru adlanır. Bu, eyn

Ürək əməliyyatından sonra bunları edin

Ürək əməliyyatları adətən məşəqqətli olur. Bu əməliyyatdan öncə və sonra da xüsusi məqamlara diqqət etmək vacibdir. xəbər verir ki, sulu qidaların istifadəsi daha üstünlükdür. Çünki bu zaman xəstələrin qəbiz olmamasına diqqə

Genital estetika əməliyyatı

Genital estetik əməliyyatlar, qadınlarda cinsi nahiyədə mövcud olan, doğuşdan var olan, normal doğuş səbəbiylə ya da yaşın irəliləməsi ilə ortaya çıxan xarici görünüş problemlərinin həll olunması, vagen kanalında yarana

TUR əməliyyatı nədir?

Prostat adenoması vəziyyəti hər zaman müalicə ilə həll edilməyən problemlər arasındadır. Bəzən əməliyyata gecikdirmək belə istənilməyə nəticələrlə sonlana bilər. xəbər verir ki, gecikmiş vəziyyətdə, sidik ifrazının mümkü

Saç çəkmə prosesi

Saç çəkmə prosesi necə edilir?. Saç çəkmə testi geniş yayılan prosedurlardan hesab olunur. xəbər verir ki, bunun üçün 50-60 ədəd saç teli əldə edilir və hər dəfə nə qədər saçın gəldiyinin şahidi olmaq üçün barmaq yumşaq bi

İplə üz gərmə proseduru

İnsan üzü zaman daxilində yer çəkiminə və qocalma təsirlərinə məruz qalır. Kollagen azalması, elastikliyin itkisi və zəifləyən bağ toxuması səbəbiylə üz qırışır, dəridə sallanmalar meydana gəlir, bəzən də şəxs olduğunda

Otoplastika əməliyyatı

Otoplastika əməliyyatı, qulaqların xaricə doğru çıxıq bir görünüşə sahib olması vəziyyətində, qulaq formasının yenidən şəkilləndirilməsi məqsədilə edilən cərrahi prosesdir. xəbər verir ki, şəlpə qulaq əməliyyatı sayəsind


tecili tibbi yardim sekis boyrek agrisi qarin agrisi