Yanaq incəltmə - Bişektomiya əməliyyatı kimlər üçündür?

Yanaq incəltmə - Bişektomiya əməliyyatı kimlər üçündür?Müasir dövrdə qadınlar kimi kişilər də fiziki görünüşlərinə diqqət edirlər. Bunun üçün də bir sıra cərrahi müdaxilələrdən istifadə edə bilirlər. Bu kosmetik cərrahi növlərindən biri bişektomiya proseduru adlanır.

Bu, eyni zamanda yanaq əməliyyatı olaraq da bilinir.

Bişektomiya nədir?

Doktorinfo.az məlumat verir ki, bişektomiya yanaq nahiyəsindəki bəzi yağların alınaraq yanaq hissəsinin çuxurlaşdırılması və burun ətrafındakı hissənin daha qabarıq görüntüsünün əldə edilməsi üçün icra edilir. "İdeal üz" olaraq qəbul edilən V üz formasının əldə edilməsi bu prosedurun əsas məqsədidir. Lokal anesteziya və ya sedasiya ilə tətbiq olunan prosedurdur. Qısa müddətdə effektli görüntü almaq istəyənlərin seçimidir. Olduqca qısa muddetde nəticə əldə edilir.
Yanaq incəltmə - Bişektomiya əməliyyatı kimlər üçündür?Kimlər etdirə bilər?

Normal çəkiyə və yumru üz quruluşuna sahib, 20 yaşından böyük kişilər və qadınlara tətbiq edilir. Bununla birlikdə artıq çəkili və ya piylənməsi olan şəxslərə və 45 yaşın üzərindəki xəstələrə tövsiyə edilir.

Bu əməliyyat üçün uyğun pasiyent olub-olmadığınızı hekim təyin edir. Ancaq adətən bu şəxslər üçün uyğundur:

Üzü ətli, kök yumru olanlar

Üzün aşağı hissəsinin böyük olması

Almacıq izlərinin olmaması

Bişektomiya əməliyyatından öncə

Bir həftə öncə pasiyent istifadə edirsə spirtli içkilərdən, siqaretdən imtina etməlidir. Əgər aspirin və ya qan durulaşdırıcı dərmanlardan istifadə varsa dayandırılmalıdır. Əgər sağlamlıq üçün mütəmadi istifadə etməlidirsə həkimə bu barədə ətraflı məlumat verməlidir. Hamilə qadınlar və ya ciddi sağlamlıq problemi olan şəxslər, bişektomiya əməliyyatına qərar vermədən öncə həkimlə məsləhətləşməlidir.
Yanaq incəltmə - Bişektomiya əməliyyatı kimlər üçündür?Bişektomiya əməliyyatından sonra

Hər xəstə üçün sağalma müddəti fərqlilik göstərə bilər. Ümumilikdə isə prosedurdan sonra 14 günlük müddətdə sağalma müşahidə edilir. İlk üç gün ərzində yumşaq qidalar və soyuq içkilərin istifadəsi doğru deyil. Həmçinin xəstələrin günəşə məruz qalmaması tövsiyə edilir.

Əməliyyatın müddəti nə qədərdir?

30 ilə 45 dəqiqə arasında davam edir və xeste gün ərzində evə buraxılır.

Əməliyyat üçün gərəkli olanlar

Müəyyən analizlər verdikdən sonra pasiyent əməliyyata qəbul edilir. Bunun üçün həkim pasiyentdən ümumi qan, sidik analizi, qanın biokimyası, həkim müayinəsi, EKQ və s analizlər tələb edə bilər.

Bişektomiya əməliyyatından sonra ortaya çıxa biləcək risk faktorları:

Qanaxma

İnfeksiya

Kəsiklərin gec sağalması

Hematom
Yanaq incəltmə - Bişektomiya əməliyyatı kimlər üçündür?Anesteziya ilə bağlı yaranan veziyyetler

Maye toplanması (seroma)

Uyuşma

Şişlik

Üz iflici

Dil nahiyəsində yaralanma

Assimetrik üz cizgiləri

Yenidən əməliyyat ehtimalı

Qalıcı ağrı

Xəstənin həkimin dediklərinə əməl etməsi olduqca mühümdür.

Şahanə Quliyeva

Əməliyyatlar     Baxılıb: 263   Tarix: 08 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qol gərmə əməliyyatı, Braxioplasti nədir?

Qol gərmə əməliyyatı bu nahiyədə görülən, istənilməyən dəri altı yağ toxumasının və sallanan dərinin həll olunması ilə gərginliyin yenidən təmin olunması məqsədilə edilən plastik cərrahi prosedurdur. Braxioplasti ne ucu

Blefaroplastika əməliyyatı

Yaşın irəliləməsi və yer çəkiminin də təsiri ilə dəridə təbii olaraq sallanmalar yaranır. Bu səbəblərlə göz qapaqlarında torbalanma, dəridə bollaşma, rəng dəyişikliyi, rahatlama və qırışıqlıqlar kimi əlamətlər ortaya çıxar

Dolğu proseduru

Dəridə qocamanın və ya çəki vermənin təsiri ilə yaranan, bəzən doğuşdan var olan çökük nahiyələr ola bilər. xəbər verir ki, dolğu tətbiqi, çökmüş olan bir nahiyənin, əriyə bilən bir maddə ilə doldurulması prosedurudur. Doda

Kolonoskopiya nədir?

Endoskop vasitəsilə yoğun və düz bağırsağın müayinə edilmə metoduna kolonoskopiya deyilir. xəbər verir ki, bu metod təhlükəsizliyi və yüksək informativliyi ilə seçilir. Bes kolonoskopiya kimlere tovsiye edilir?. Diaqnostik

Otoplastika əməliyyatı

Otoplastika əməliyyatı, qulaqların xaricə doğru çıxıq bir görünüşə sahib olması vəziyyətində, qulaq formasının yenidən şəkilləndirilməsi məqsədilə edilən cərrahi prosesdir. xəbər verir ki, şəlpə qulaq əməliyyatı sayəsind

Sünnət faydalı əməliyyatdır?

Sünnətin sağlamlıq üçün bir çox faydaları mövcuddur. Sünnətin faydaları nələrdir?. Cinsi orqan əyriliyi, əyri formada idrara getmək, idrar dəliyinin dar olması problemləri geniş yayılıb. Bu zaman sünnət edilmək bu problemləri

Genital estetika əməliyyatı

Genital estetik əməliyyatlar, qadınlarda cinsi nahiyədə mövcud olan, doğuşdan var olan, normal doğuş səbəbiylə ya da yaşın irəliləməsi ilə ortaya çıxan xarici görünüş problemlərinin həll olunması, vagen kanalında yarana

Ürək əməliyyatından sonra bunları edin

Ürək əməliyyatları adətən məşəqqətli olur. Bu əməliyyatdan öncə və sonra da xüsusi məqamlara diqqət etmək vacibdir. xəbər verir ki, sulu qidaların istifadəsi daha üstünlükdür. Çünki bu zaman xəstələrin qəbiz olmamasına diqqə

Popofilinq əməliyyatı

Popo estetikası, görüntünü yaxşılaşdırmaq üçün edilən estetik cərrahi prosedurdur. xəbər verir ki, bu prosedur, poponun daha dolğun, daha yüksək və ya daha simmetrik görünməsini təmin edir. Hər bir üsulun riskləri vardır


sekis cinsi xestelikler dis agrisi boyrek agrisi