Hemangioma nədir?

Hemangioma nədir?Hemangioma, uşaqlarda görünən xoşxassəli damar şişidir. Damar endotelindən inkişaf edir. Doğuşdan sonra, bir ilə üç həftə ərzində dəri üzərində və ya altında meydana çıxır. Qız uşaqlarında daha çox müşahidə edilir. Yaranma səbəbi tam bilinmir. Əksər hemangiomalar baş-boyun nahiyəsində yerləşir. Əksər zaman 3- 5 yaşlarda yoxa çıxar. Bəziləri isə qalıntılara, kiçik qan damarlarına səbəb ola bilər.

Simptomları nələrdir?

Hemangiomaların çoxu kosmetik problemlərə səbəb olur. Göz ətrafında olanlar görməyi, ağız ətrafı və daxildə yarananlar qidalanma və nəfəs almağa təsir edə bilir. Həmçinin psixoloji problemlərə də yol aça bilir. Bir düyün ola biləcəyi kimi bəzən kiçik ölçüdə çox sayda müşahidə edilə bilər.

Uşaqlarda hemangioma tipləri:

Vücudun hansısa nahiyəsində yaranmağı mümkündür. Bir neçə növləri mövcuddur.
Dəri üzərində olanlar: Bunların səthi öncə düz görünür, daha sonra qabarıq, parlaq qırmızı rəng alır.

Dərin hemangiomalar (dəri altında yaranır): Hamar səthi maviyə çalan şişlik kimi görünür. Adətən 2 ilə 4 aylıqkən, şiş görünən hala gəlir. Böyüdüyü zaman diaqnoz qoymaq mümkün olur.

Qarışıq: Bu hemangiomaların həm dəri üstündə həm də dərində yerləşən birləşmələr formasında olur.
Uşaqlarda 80% qədəri tək lezyondan ibarət olur. Görünən şişlərin 20 %-də birdən çox hemangioma müşahidə edilib. Ən çox yerləşdiyi daxili orqan isə qaraciyərdir.
Hemangioma nədir?Diaqnozu necə qoyulur?

Mütəxəssis ümumi müayinə ilə bunun hemangioma olduğunu deyə bilər. Əgər dəqiq görüntü yoxdursa MRİ və ya USM müayinəsinə gərək duyula bilər.

Müalicəsi necə edilir?

Bir qismi özlüyündən keçir. Hemangiomaların 50-60%-i 5 yaşa, 70-75%-i 7 yaşa, 90%-i 9 yaşına qədər geriləyir.
Belə vəziyyət yaranarsa müalicəyə ehtiyac duyulur:

Hemangiomanın olduğu nahiyədə açıq yara varsa;

İnfeksiya daxil olarsa.

Göz ətrafı görmə ilə bağlı, ağız ətrafı yemək yemə ilə bağlı və nəfəs almaqda problemlərə səbəb olarsa təcili müdaxilə olunmalıdır. Həmçinin üzdə olub kosmetik qüsurlara yol açarsa müalicə edilməlidir.

Müalicəsi isə böyüklüyünə, növünə, yerləşmə nahiyəsinə görə fərqlidir. Bu barədə həkim müayinədən sonra dəqiq məlumat verəcəkdir. Bura, lazer, topikal dərman (dəri üzərinə çəkilən krem), cərrahi üsulla götürülmə, antibiotik və s. daxildir.
Hemangioma nədir?Bəs nə zaman həkimə müraciət edilməlidir?

Əgər aşağıdakı əlamətləri müşahidə etsəniz həkimə gecikdirmədən zəng vurmalısınız:

Hemangiomaların qırmızı rəngdə olması

Ağrı yaratması

38 dərəcədən çox yüksək qızdırma

Dəridə qanama varsa

Hemangiomanın yerləşdiyi nahiyədə yara yaranıbsa.

Hansı həkimə müraciət edilməlidir?

Bu növ xəstəliklər üçün uşaq hematoloji və uşaq onkoji mütəxəssislərinə müraciət edə bilərsiniz.

Sağlamlıq Xəbərləri     Baxılıb: 442   Tarix: 11 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Ginekologiya nədir?

Ginekologiya qadın xəstəliklərinin diaqnoz və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Ginekoloq kimdir?. xəbər verir ki, ginekoloji problemləri müayinə və müalicə edən həkim isə yüksək ixtisaslı mütəxəssis, ginekoloqdur

Lordoz və kifoz nədir?

Onurğa deformasiyaları bir çox insanda görülən problemlərdəndir. xəbər verir ki, onurğa deformasiyası onurğa sütununun normal əyriliklərindən kənara çıxmasına deyilir. Bəs onurğa deformasiya dedikdə nə başa düşülür?. Lordoz

Karbon pilinq nədir?

Karbon pilinq ilə dəri yeniləmə texnikası, ilk dəfə 1997-ci ildə Qoldberq tərəfindən tanınıb. xəbər verir ki, aparılan araşdırmalarda, karbon pilinq müalicəsinin bir pilinq təsir bağışladığı, dəri səthini və tıxanmış məsamələr

Təzyiq ölçən zaman nələrə diqqət edilməlidir?

Təzyiq insan sağlamlığından xəbər verən əsas əlamətlərdən biridir. Ancaq hər formada təzyiq ölçmək doğru deyil. Bunun da düzgün üsulu mövcuddur. Bes evde tezyiq olcen zaman hansi sehvlere yol verilir?. xəbər verir ki, il

Göz sulanması nədir?

Tibbi ifadəsi ilə epifora olan göz sulanması, gözlərin artıq göz yaşı istehsalı və ya göz yaşlarının olması gərəkdiyi kimi axmaması səbəbiylə meydana gələn vəziyyətdir. Göz sulanmasının səbəbləri barədə ətraflı məlumat üçü

Günəş vurmasının əlamətləri

Günəş vurması tez-tez yay aylarında yüksək istilik səbəbiylə meydana gələn bir vəziyyətdir. Körpələr də daxil olmaq üzrə bütün yaş qruplarına təsir göstərir. Günəş vurması nəticəsində ürək, qaraciyər, böyrək funksiyaların

Yaz allergiyasından necə qorunmalı?

İsti günlərin, yaz fəslinin gəlməsi ilə allergiyanın artması mümkündür. Bu aylarda tumurcuqlar, polenlərə qarşı allergiyası olan şəxslərdə vəziyyətin pisləşməsi müşahidə edillə bilir. xəbər verir ki, bahar allergiyası bitk

Dumanlı beyin sindromu xəstəlikdir?

Bəzən baş ağrıları yaşanılır. Bəzilərində isə ağrılarla yanaşı başda ağırlıq, diqqət əksikliyi, yaddaşda zəiflik də müşahidə edilir. Bu, dumanlı beyin kimi kimi bilinir. xəbər verir ki, tibbi dildə bu adda diaqnoz olmas

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri


dis agrisi tecili yardim sekis hamilelik testi