Mədə ağrısının əlamətləri, səbəbləri, müalicəsi

Mədə ağrısının əlamətləri, səbəbləri, müalicəsiMədə ağrısı, qarının üst nahiyəsində hiss edilir və şəxsin gündəlik həyatına mənfi təsir göstərir.

Doktorinfo.az xəbər verir ki, mədə ağrısı, yağlı, duzlu, ədviyyatlı, acılı qidaların istifadəsi, həddindən çox çay, qəhvə içməsi nəticəsində ortaya çıxa biləcəyi kimi, ürək, mədə, böyrək xəstəlikləri kimi ciddi problemlər səbəbindən də baş verə bilər. Bu səbəbdən uzun davam edən ağrı varsa mütləq həkimə müraciət edilməlidir.

Mede agrisi belə vururmu?

Qarının üst qismində qabırğaların altında orta nahiyədə hiss edilir.
Mədə ağrısı kürəyə, sağ yan, bəzən isə döş qəfəsi hissəsinə yayıla bilər.

Mede agrisinin elametleri nelerdir?

Medede yanma

Qıcqırma

Şişkinlik

Həzmsizlik

Mede bulantisi

Qusma

Ağız qoxusu

Gəyirmə

Hıçqırıq.

Mədə ağrısının səbəbləri nələrdir?
Mədə ağrısının əlamətləri, səbəbləri, müalicəsiQida borusu zədələnməsi

Reflüks xəstəliyi

Mede xercengi

Qastrit

Bəzi qidalar

Siqaretdən istifadə

Stress.

Mədə ağrısı, ailəsində mədə xəstəliyi olanlar, siqaretdən, ağrıkəsici dərmanlardan çox istifadə edənlər, böyrək, ürək, qaraciyər xəstələrində daha çox rast gəlinir.

Bes hansi qidalar mede agrisina yol aca biler?

Acılı qidalar

Soğan

Sarımsaq

Çox yağlı qidalar

Qızartmalar

Portağal

Limon

Pəhrizlər.

Mədə ağrısının altında ciddi xəstəliklər yata bilər.

Mədə ağrısı, reflüks, qastrit, mədə xərçəngi, qida borusu xərçəngi, öd daşı, akut kor bağırsaq iltihabı, qaraciyər xəstəliklərinin xəbərçisi ola bilər. Hətta mədə ağrısı infarkt səbəbiylə də ortaya çıxa bilər.

Mede agrisi ne zaman tehlukeli olur?

Uzunmüddət təkrarlayan mədə ağrılarına diqqət yetirmək vacibdir. Xüsusilə də 1-2 gündən artıq davam edən mədə ağrınız varsa gecikdirmədən həkimə müraciət etməyiniz tövsiyə edilir.

Mədə ağrısı ilə yanaşı, bulantı, qusma, qızdırma, halsızlıq varsa mütəxəssis baxışı vacibdir.

Mede agrisinin diaqnozu nece qoyulur?

İlk olaraq şikayətlər dinlənilir. Ağrını azaldıb, çoxaldan vəziyyətlər araşdırılır. Qan analizlərinə ehtiyac duyula bilər. Daha sonar dərin araşdırma tələb olunarsa mədənin endoskopik müayinəsi aparılır.

Mədə ağrısının əlamətləri, səbəbləri, müalicəsiMədə ağrısı necə keçə bilər?

Öncə mədə ağrısının səbəbi müəyyən edilir. Buna uyğun müalicə sxemi qurulur. Mədə ağrısını azaltmaq üçün bəzi qidalardan istifadə edilə bilər. Süd və qatıq həzm sisteminin düzgün çalışmağına kömək edəcəkdir.

Bundan əlavə, darçın, banan, zeytun yağı mədə ağrısına yaxşı təsir göstərən qidalar içərisindədir.

Bundan əlavə aşağıdakı reseptlər də təsiri müsbət olan üsullar sırasında yer alır:

Gərəklidir:

Yarım stəkan su

Yarım xörək qaşığı nanə suyu

Limon suyu

Yarım çay qaşığı duz

Bir neçə damcı zəncəfil suyu

Hazırlanması:

Hamısı birlikdə qarışdırılıb içilir.

Digər üsul üçün gərəklidir:

2 xörək qaşığı limon suyu

1 stəkan su

Yarım çay qaşığı qaya duzu

Hazırlanması:

Hamısı qarışdırılıb içilir. Gün ərzində 3 dəfə edilə bilər.

Növbəti üsul:

Təzə nanə yarpaqları

Bal

Hazırlanması:

Nanə yarpaqları qaynadılmalıdır. Arzu etsəniz bal əlavə edə bilərsiniz. Nanə çayına limon sıxsanız bu da effektli olacaqdır.
Mədə ağrısının əlamətləri, səbəbləri, müalicəsiMədə ağrısından qorunmaq üçün nələrə diqqət edilməlidir?

Siqaret və spirtli içkidən uzaq durmalısınız.

Asidli içkilərdən istifadə edilməməlidir

Yeməklərə çox az duz əlavə edilməli

Acı və ədviyyatlı qidalardan uzaq durmaq

Gərəksiz yerə ağrıkəsicilərdən istifadə edilməməli

Yağlı qızartma, sosis, kolbasa kimi qidalardan uzaq durulmalıdır

Yeməklər yaxşı çeynənilməli, nə qaynar, nə də soyuq olmalıdır.

Şahanə Quliyeva

Sağlamlıq Xəbərləri     Baxılıb: 4024   Tarix: 10 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Böyümə hormonu nədir?

Growth hormonu və somatotropin kimi adlarla bilinən böyümə hormonu, beyindəki hipofiz vəzindən istehsal olunan, uşaqlarda və yeniyetmələrdə böyüməyə təşviq edən təbii hormondur. xəbər verir ki, vücudun əzələ və sümük quruluşunu

Qəfil ölüm nədir?

Son zamanlar ani ölümlərin sayında artım müşahidə edilir. xəbər verir ki, qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Bəs qəfləti ürək ölümü nədir?. Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyay

Dırnaq yeməyin fəsadları

Çox yayılmış zərərli vərdişlərdən biri dırnaq yemə xəstəliyidir. Onixofagiya uşaq yaşlarından başlayır. xəbər verir ki, dırnaqları yeməklə infeksiya və bakteriyaların yaranıb çoxalmasına şərait yaradılır. Buna səbəb isə barmaqları

İsti havalar hansı xəstəlikləri artırır?

Yazın gəlişi insan orqanizmində bir sıra dəyişikliklərə yol aça bilər. Yaranan hava dəyişkənliyi, təzyiq oynamaları, xəstəliklərə, ağrılara yol aça bilir. xəbər verir ki, bunlarla yanaşı qan-damar, ürək sisteminin fəaliyyətind

Göz sulanması nədir?

Tibbi ifadəsi ilə epifora olan göz sulanması, gözlərin artıq göz yaşı istehsalı və ya göz yaşlarının olması gərəkdiyi kimi axmaması səbəbiylə meydana gələn vəziyyətdir. Göz sulanmasının səbəbləri barədə ətraflı məlumat üçü

Özgüvən əksikliyi

Özgüvən əksikliyi, şəxsin öz bacarıqları, dəyər və ya özgüvən mövzusunda duyduğu yetərsizlik hissidir. xəbər verir ki, bu vəziyyət sosial münasibətlərdə, iş həyatında və ümumi həyatda mənfi təsirlər yaradır. Özgüvən əksikliy

Histamin nədir?

Histamin, insan vücudunda təbii olaraq mövcud olan, bitki və heyvanlar tərəfindən sintez edilə bilən bioloji amindir. xəbər verir ki, histidin tərkibli qida maddələri histaminə çevrilə bilir. Histamin ola bilməsi üçün ortamd

40 yaşından sonra yaranan ağrı nədir?

Əksər insanlarda 40 yaşından sonra sümük oynaq ağrıları daha çox müşahidə edilir. Bəzən bu növ ağrıları revmatizm ağrıları ilə qarışdırırlar. Ancaq mütəxəssislər belə ağrıların osteoartrit ağrıları olduğunu dilə gətirirlər

Travmatologiya nədir?

Bir çox xəstəlikləri müalicə edən travmatologiya tibbin bir sahəsidir. Travmalar, qəzalar nəticəsində insan vücudunda bir çox yanıqlar, sınıq, əzilmələr və s kimi hallar baş verir. Hansi xestelere travmatologiya sobesind


dis agrisi tecili yardim boyrek agrisi sekis