Real dünyadan uzaqlaşma, Derealizasiya nədir?

Real dünyadan uzaqlaşma, Derealizasiya nədir?

Derealizasiya nədir? Hansı problemlərə yol açır?

Derealizasiya, şəxsin real dünyanın xaricinə çıxıb öz şəxsiyyətindən və ətrafından uzaqlaşdığı və qopduğu dissosiyativ pozuntudur. Bu pozğunluq həmçinin düşüncəsizlik formada ifadə edilir.

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Doktorinfo.az xəbər verir ki, həm özündən həm də ətrafından qopan şəxs, ətrafındakı insan və əşyaların gerçək olmadığını zənn edirlər. Ətrafında olan hadisələrdən qopuq, uzaq, bulanıq hiss etməyiniz deməkdir. Gerçəklik duyğusunun itkisi də hesab edilən psixoloji narahatçılıq, şəxsin öz bədəninə və zehni müddətlərinə yad olmağıdır. Uzun müddət davam edən derealizasiya pozğunluğu bəzi şəxslərdə keçici bir muddet olaraq yaşana bilər.

Sosial yaşantıya mənfi təsir göstərir. İnsan ruhunun bir halı olaraq açıqlanan bu xəstəliyə sahib şəxslər, gündəlik hadisələri belə fərqli cəhətlərdən görüb yaşayırlar. Derealizasiya pozğunluğu, duyğusal və psixoloji tərsirlərlə birlikdə uyuşuqluq və baş gicellenmesi kimi fiziki təsirlərə də sahibdir.

Derealizasiyanin sebebleri nelerdir?

Adətən şiddətli stess və ya travma kimi bir-birindən fərqli psixoloji səbəblərə bağlı olaraq meydana gələ bilər. Genetik ola biləcəyi kimi uşaqlıq təcrübələri, anksiyete pozğuntuları, dərman və maddə istifadəsi kimi vəziyyətlər də bu xəstəliyi yarada bilər. Gənc yaşda görülə bilən bu xəstəlik, gündəlik həyatın gərgin stresindən ötrü ortaya çıxa bilər. Şəxsin özünün gerçəkdən uzaq hiss etməsinə səbəb olur.

Derealizasiya pozğunluğunun səbəbləri arasında:
Real dünyadan uzaqlaşma, Derealizasiya nədir?Fiziki və ya cinsi istismar

Beyindəki serotonin və noreponefrin kimi nörotransmiterləri natamam olması

Ailə içi şiddət

Ağıl xəstəliyi olan valideynlər ya da aile üzvləri

Travmadan sonra stress pozğuntu

Sevilən birinin ani itkisi

Dərman, narkotik maddələrin istifadəsi ola bilər.

Adətən streslə bağlı ortaya çıxan derealizasiya, gərgin stress zamanlarinda və yaşanılan hansısa travmadan sonrasında qısa ya da uzun müddətli krizlər şəklində görülə billər. Eyni zamanda bu, depressiya, panik atak və ya diqqət pozğunluğu kimi fərqli psixoloji problemləri də bununla yanaşı gətirən xəstəlikdir.

Derealizasiyanin elametleri bunlardir:

Zaman anlayışında problemler yaşamaq

Öz vücudundan qopma hissi

Özünə və ətrafına zərər vermə düşüncəsi

Şəxsin nəzarətini itirmə hissi

Məyus və narahat ruh halı
Real dünyadan uzaqlaşma, Derealizasiya nədir?Kimlərdə görülür?

Təxminən 16 ilə 25 yaş arasında olan şəxslərdə daha çox musahide edilən xəstəlikdir. Bəzi analiz və seanslar nəticəsində diaqnoz qoyulur. Xroniki hala çevrilə biləcəyi üçün zamanında müalicə vacibdir. Güvənsiz, narahat, mübahisə və səsli ailələrin uşaqlarında bu pozuntu daha çox müşahidə edilir.

Mütəxəssislər psixiatrik müayinədən sonra düzgün qərar verəcəklər. Psixoterapiyalar çıxış yollarından biridir.

Bu problemin diaqnozu uzman həkimlər tərəfindən qoyulmalıdır. İlk olaraq fiziki səbəblər araşdırılır. Uzmanlar psixiatrik dəyərləndirmə, fiziki müayinə və müalicə keçmişinin araşdırılması ilə şəxslərin düşüncə müddəti öyrənilir.

Ətraflı dəyərləndirmədən sonra uyğun müalicə üsulu seçilib tətbiq edilir. Bu xəstəliyin müalicələri arasında psixoterapiya əsas müalicə üsuludur.

Derelizasiya qalıcı xəstəlikdir?

Risk faktorları təsbit edildikdən sonra müalicə edilən xəstəlikdir. Müalicə üçün doğru diaqnoz əhəmiyyətlidir.

Səbəbləri təsbit edildikdən sonra psixoterapiya ya da dərman kimi müalicə üsulları mövcuddur. Özlüyündən keçməyən bu xəstəlik, uzun müddətli ya da xroniki bir problem halına gələ bilər. Uyğun müalicə və terapiya texnikaları ilə simptomları nəzarət altına alına bilər.

Derealizasiya ömür boyu davam edə bilərmi?

Bu, şəxsin vəziyyətinə görə dəyişə bilər. Bəzi şəxslərdə uzun illər qalıcı olsa da, doğru müalicə üsulları ilə nəzarət altına alına bilər. Şiddətli krizlər azaldılaraq mənfi təsirləri minimuma endirilir. Əks halda gündəlik həyata mənfi təsir göstərən bu xəstəliyin təsirləri arasında baş gicəllənməsi, mədə bulantısı, uyuşma ilə birlikdə yaddaş problemləri, diqqət çətinliyi vəziyyəti daha da pisləşdirir.

Şahanə Quliyeva

Xəstəliklər     Baxılıb: 221   Tarix: 19 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Proloterapiya nədir?

İnyeksion texnika hesab edilən proloterapiyanın tətbiqi qədimlərə dayanır. xəbər verir ki, bu metod zədələnmiş vətər və bağların regenerasiyasına yönəlmiş inyeksiondur. Bu üsulla sağalma ehtimalı yüksəkdir. Belə ki, zədələnmi

Dürinq xəstəliyi

Dürinq xəstəliyi şiddətli qaşınma, içi maye dolu qabarcıqlar ilə xarakterizə olunur. Xroniki xəstəlikdir. xəbər verir ki, dəri problemi bir çox insanda baş verir. Xəstələrin bir çoxunda Çölik xəstəliyinin simptomları görünür

Ürək ritm pozğunluğu

Ürək ritm pozuntusu ürəyin müntəzəm döyüntü ritmini itirdiyi bir vəziyyəti ifadə edər. Ürək ritm pozuntusu haqqında daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, bu pozğunluqlar uşaqlardan böyüklər

Varikosel nədir?

Damar genişlənməsi, xaya ciyəsi venalarının genişlənməsi varikosel adlanır. Əksər zaman soltərəfli olur. xəbər verir ki, gənc insanların qənimidir və gizli irəliləyir. Ümumi müayinə olunarsa müəyyən edilə bilir. Bes varikose

Şahdamar tıxanıqlığı

Şahdamar tıxanıqlığı geniş yayılan problemlərdən biridir. Bəs şahdamar tıxanıqlığı nə üçün yaranır?. xəbər verir ki, şahdamar tıxanması adətən damar sərtliyi, damar kirəclənməsindən yaranır. Şahdamar tixaniqligi kimlerd

Qulaq qripi nədir?

Qulaq infeksiyaları ən çox qarşılaşılan vəziyyətlərdən biri qulaq qripidir. xəbər verir ki, normalda orta qulaq boşluğunda hava mövcuddur. Qulaq zərinin iki tərəfində yəni orta qulaq ilə xarici qulaq yolu arasında təzyi

Mastit nədir?

Mastit, adətən əmizdirmə müddətində süd vəzisində süd toplanmasına bağlı olaraq süd vəzi toxumasının iltihablanmasıdır. Mastit barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, əmizdirmə müddətind

Bronxit nədir?

Bronxit, ağciyərlərə hava daşıyan bronxların mikroorqanizmlər, siqaret istifadəsi ya da allergenlər səbəbiylə mukus və xırıltı ilə ortaya çıxan iltihablanma vəziyyətidir. Hava yolları divarında olan bu iltihablanma hava yollarını


qarin agrisi tecili yardim dis agrisi bogaz agrisi