Vaginal axıntı və müalicəsi

Vaginal axıntı və müalicəsiVaginal axıntıdakı anormal vəziyyətlər bütün infeksiyadan əziyyət çəkən qadınların ortaq xüsusiyyətidir. Bu səbəbdən öncə vaginal axıntının nə olduğuna diqqət yetirək. Vaginal axıntı təbii vəziyyətdir və hamilə qala bilən qadınların əksəriyyətində baş verir. Vacib olan bu axıntının səbəbi, narahatçılıq verib-verməməsidir. Bu, iki hissəyə ayrılır:

Fizioloji axıntılar

Patolojik axıntılar

Fizioloji axıntılar vücudun özünün yaratdığı axıntılardır. Patolojik axıntıların arxasında isə infeksiya kimi problem dayanır.

Vaginal axıntı və müalicəsiFizioloji vaginal axıntı

Qadınlarda görülən normal axıntı adətən şəffaf, qoxusuz, başqa narahatçılıq verməyən formada olur.

Bu qadından-qadına dəyişir. Qadınlarda mayalanma zamanında bu axıntıların miqdarı qatılaşa bilər, ancaq yenə də şəffaf və qoxusuzdur.

Patolojik vaginal axıntı

Anormal vaginal axıntı qadında bir patalogiyanın xəbərçisidir. Bunlar görülən zaman ginekoloqa müraciət edilməlidir.
Patolojik səbəbdən qaynaqlanan axıntılar adətən bol miqdarda olur, rənglidir, pis qoxulu olur. Belə əlamətlər adətən Vaginitin göstəricisidir. Bu infeksiyalar, viruslardan, bakteriyalardan göbələklərdən və digər mikro orqanizmlərdən qaynaqlana bilər.
Vaginal axıntı və müalicəsiPatoloji axıntıların səbəblərini, yarandıqları nahiyəyə görə üç qrupa ayıra bilərsiniz:

Vaginit: Vaginal nahiyədəki infeksiyalara verilən addır. Bakteriya, virus və göbələk mənşəli ola bilər.

Servisit: Serviks adı verilən rəhm ağzı nahiyəsində meydana gələn infeksiyalara verilən ümumi addır.

Pelvik inflamatuar xəstəlik: Rəhm ağzından daha içəridə mövcud olan, rəhm, yumurtalıqlar və fallop boruları kimi nahiyələrdə meydana gələn infeksiyalara verilən addır.

Hər infeksiya növündə də təbii olmayan, rəngli və pis qoxulu axıntılar görülə bilir. Buna əlavə olaraq servisitdə qarın ağrıları da müşahidə edilə bilər.
Fizioloji vaginal axıntı qadınlar üçün həm təbii həm də faydalı vəziyyətdir.

Patoloji axıntılardan isə vaginal floranızı qoruyaraq və gigiyenaya diqqət edərək qoruna bilərsiniz.

Bunun üçün nə etməli?

Vaginal axıntı və müalicəsiVagina daxilini yumayın və duşdan sonra sadəcə xarici nahiyəni qurulayın.

Parfüm, kimyəvi qatqılı, bez kimi əşyalardan istifadə etməyin.

Pambıqlı iç geyimlərdən istifadə edin və tez-tez dəyişdirin.

Genital nahiyəni sıxan, hava axınına maneə olan geyimlərdən istifadə etməyin.

Kökəlməyin.
Vaginal axıntı və müalicəsi

Sağlamlıq Xəbərləri     Baxılıb: 622   Tarix: 18 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Böyümə hormonu nədir?

Growth hormonu və somatotropin kimi adlarla bilinən böyümə hormonu, beyindəki hipofiz vəzindən istehsal olunan, uşaqlarda və yeniyetmələrdə böyüməyə təşviq edən təbii hormondur. xəbər verir ki, vücudun əzələ və sümük quruluşunu

Qəfil ölüm nədir?

Son zamanlar ani ölümlərin sayında artım müşahidə edilir. xəbər verir ki, qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Bəs qəfləti ürək ölümü nədir?. Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyay

Dırnaq yeməyin fəsadları

Çox yayılmış zərərli vərdişlərdən biri dırnaq yemə xəstəliyidir. Onixofagiya uşaq yaşlarından başlayır. xəbər verir ki, dırnaqları yeməklə infeksiya və bakteriyaların yaranıb çoxalmasına şərait yaradılır. Buna səbəb isə barmaqları

İsti havalar hansı xəstəlikləri artırır?

Yazın gəlişi insan orqanizmində bir sıra dəyişikliklərə yol aça bilər. Yaranan hava dəyişkənliyi, təzyiq oynamaları, xəstəliklərə, ağrılara yol aça bilir. xəbər verir ki, bunlarla yanaşı qan-damar, ürək sisteminin fəaliyyətind

Göz sulanması nədir?

Tibbi ifadəsi ilə epifora olan göz sulanması, gözlərin artıq göz yaşı istehsalı və ya göz yaşlarının olması gərəkdiyi kimi axmaması səbəbiylə meydana gələn vəziyyətdir. Göz sulanmasının səbəbləri barədə ətraflı məlumat üçü

Özgüvən əksikliyi

Özgüvən əksikliyi, şəxsin öz bacarıqları, dəyər və ya özgüvən mövzusunda duyduğu yetərsizlik hissidir. xəbər verir ki, bu vəziyyət sosial münasibətlərdə, iş həyatında və ümumi həyatda mənfi təsirlər yaradır. Özgüvən əksikliy

Histamin nədir?

Histamin, insan vücudunda təbii olaraq mövcud olan, bitki və heyvanlar tərəfindən sintez edilə bilən bioloji amindir. xəbər verir ki, histidin tərkibli qida maddələri histaminə çevrilə bilir. Histamin ola bilməsi üçün ortamd

40 yaşından sonra yaranan ağrı nədir?

Əksər insanlarda 40 yaşından sonra sümük oynaq ağrıları daha çox müşahidə edilir. Bəzən bu növ ağrıları revmatizm ağrıları ilə qarışdırırlar. Ancaq mütəxəssislər belə ağrıların osteoartrit ağrıları olduğunu dilə gətirirlər

Travmatologiya nədir?

Bir çox xəstəlikləri müalicə edən travmatologiya tibbin bir sahəsidir. Travmalar, qəzalar nəticəsində insan vücudunda bir çox yanıqlar, sınıq, əzilmələr və s kimi hallar baş verir. Hansi xestelere travmatologiya sobesind


babasil mualicesi sekis hamilelik testi tecili tibbi yardim