Xroniki böyrək xəstəliyinin əsas səbəbləri və müalicəsi

Xroniki böyrək xəstəliyinin əsas səbəbləri və müalicəsiXroniki böyrək xəstəliyi ya da xalq arasında böyrək çatışmazlığı olaraq bilinən narahatçılıq, böyrəklərin zaman ərzində funksiyasını itirməsi və ya azalması vəziyyətində meydana gələn bir sağlamlıq problemi formasında ifadə edilir. Xroniki böyrək xəstəliyi yavaş və simptomlar müəyyənləşməmiş irəliləyə bilir. Altda yatan səbəbə bağlı olaraq xəstəliyin irəliləməsi ilə birlikdə böyrəklərdə çatışmazlıq meydana gəlir. Xroniki böyrək çatışmazlığı müalicəsi xəstəliyin vəziyyətinə bağlı olaraq şəxsə özəl planlanır.

Doktorinfo.az xəbər verir ki, xəstəlik, böyrək funksiyalarının itkisi ilə irəli mərhələdə ortaya çıxır.

Xroniki böyrək xəstəliyi, əksər vaxt erkən zamanlarda əlamət verməyən və boyrek funksiyalarının itirilməsi ilə irəli mərhələdə ortaya çıxan xəstəlik olaraq bilinir. Xəstəliyin əlamətləri hər xəstədə fərqli olmaqla bərabər bir sıra səbəblərlə ortaya çıxa bilər.

Bəzi yayılan səbəblər aşağıdakı kimidir:

Diabet – Yüksək qan şəkəri səviyyələri səbəbiylə böyrək zədələnməsinə yol aça bilər. Böyrəklər, qanı temizleyerek artıq şəkər və atıqları vücuddan uzaqlaşdırmaqla məşğul olur. Ancaq mütəmadi olaraq yüksək qan şəkəri, böyrəklərin bu funksiyanı yerinə gətirə bilməməsinə səbəb ola bilər.
Xroniki böyrək xəstəliyinin əsas səbəbləri və müalicəsiYüksək təzyiq – Böyrək toxumasına zərər verərək böyrəklərdə damarların daralmasına da yol aça bilər. Bu da böyrək funksiyalarının zamanla azalmasına səbəb ola bilər.

Genetika – Ailə keçmişi, xroniki böyrək xəstəliyinin riskini artıra bilər. Əgər ailənizdə bu problem varsa, bu xəstəliyə yoluxmaq riski digər xəstələrlə müqayisədə daha yüksəkdir.

Dərmanlar – Müəyyən dərmanlar böyrəklərə zərər verə bilər. Xüsusillə xroniki ağrı və ya revmatizma müalicəsində istifadə edilən bəzi dərmanlar böyrəklər üzərində mənfi təsirə səbəb ola bilər. Bu vəziyyət böyrəklərin funksiyalarini pozaraq funksiyaları yerinə gətirə bilməməsinə səbəb ola bilər.

Otoimmun xəstəliklər – Bəzi belə xəstəliklər vücudun öz böyrək toxumasına hücumuna səbəb ola bilər.

Müalicə üsulları xəstəyə görə deyisiklik göstərir

Xroniki böyrək xəstəliyinin müalicə seçimləri, xəstəliyin mərhələsi, səbəbləri, şəxsi vəziyyətə bağlı olaraq dəyişə bilər. Müalicə seçimlərinin bəziləri bunlardır:

Pəhriz və həyat tərzi – Az duzlu, aşağı proteinli bir pəhriz, təzyiqi nəzarət altına ala bilməklə yanaşı böyrəkləri də qoruya bilir.
Xroniki böyrək xəstəliyinin əsas səbəbləri və müalicəsiDərmanlar – Bəzi dərmanlar, böyrək zədələnməsini yavaşlada bilər və ya simptomları azalda bilər. Xüsusilə də şəxsin təzyiq və diabet nəzarəti üçün dərmanları istifadəsi olduqca vacibdir.

Dializ – Qanı təmizləmək və vücuddakı artıq mayeni uzaqlaşdırmaq üçün istifadə edilən bir müalicədir. Böyrək funksiyaları çox azaldığında və ya tamamilə dayananda dializ müalicəsi gərəkli ola bilir.

Böyrək nəqli – İrəli mərhələlərdə böyrək nəqli bir seçim olaraq qarşınıza çıxa bilər. Sağlam bir donordan alınan böyrək, xəstənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər.

Şahanə Quliyeva

Xəstəliklər     Baxılıb: 311   Tarix: 07 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sızanaq, aknəli üzün müalicəsi

Adətən üz, sinə, bel və çiyin nahiyələrində olan, yağ vəzlərinin həddindən çox istehsalı və bakterial infeksiyanın birəşməsi nəticəsində yaranan dəri problemidir. xəbər verir ki, sızanaqlar, qara nöqtələr, kistalar kimi müxtəli

Sümük iliyi xərçəngi nədir?

Vücudda fərqli tip hüceyrələr mövcuddur. Leykositlər: Xalq arasında akyuvar, bəyaz qan hüceyrələri ya da mübarizəçi hüceyrələr olaraq bilinən leykositlər infeksiyalara qarşı mübarizə aparan hüceyrələrdir. Eritrositlər: Alyuva

Enməmiş xaya, kriptorxizm nədir?

Oğlan uşaqlarında ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, bel nahiyəsində qoyulur. İnkişaf etdikcə xaya xayalığa doğru enməyə başlayır. 8-9-cu aylarda xayalığa enir. Doğulan zaman isə xaya xayalıqda olur. Bəzə

Miopatiya, əzələ xəstəliyi nədir?

Miopatiya əzələlərə təsir göstərən xəstəlikdir. Adətən əzələ zəifliyi, sərtlik kimi əlamətlərlə özünü göstərir. Miopatiya barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Miopatiya ne ucun olur?. xəbər veri

Metastatik xərçəng nədir?

Metastaz nədir? . Müalicəsi ilə bağlı ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Metastaz, xərçəngin qaynağını aldığı orqandan daha uzaq bir nahiyəyə yayılmış olmasını ifadə edər. xəbər verir ki, metastaz, xərçən

Ayaq damar tıxanıqlığı nədir?

Ayaq damar tıxanıqlığı, ürəkdən ayaqlara qan daşıyan damarların daralması və ya tıxanmasıdır. Bu damarlar daralıb tıxandığında ayaqlardakı qan axışı kəsilir və bəzi əlamətlər ortaya çıxa bilir. Ayaq damar tıxanıqlığı nədir?

Toksikodermiya nədir?

Toksikodermiya dəri xəstəliyidir. Dərinin iltihabi prosesidir. xəbər verir ki, xəstəlik şiddətli və yüngül keçir. Toksikodermiyaya adətən kimyəvi maddələr, dərmanlar yol açır. Toksikodermiyanin sebebleri:. Toksiki maddələr

Kirəclənmə nədir?

Qocalma ilə birlikdə ortaya çıxan hüceyrələrdə itkilər, irəli yaş xəstəliyi olaraq bilinən, ancaq gənc yaşlarda da görülə bilən oynaq kirəclənmələrinə səbəb ola bilir. xəbər verir ki, yaşlılıq müddətində xəstələrin həya

Varikosel nədir?

Damar genişlənməsi, xaya ciyəsi venalarının genişlənməsi varikosel adlanır. Əksər zaman soltərəfli olur. xəbər verir ki, gənc insanların qənimidir və gizli irəliləyir. Ümumi müayinə olunarsa müəyyən edilə bilir. Bes varikose


tecili tibbi yardim hamilelik testi bogaz agrisi cinsi xestelikler