Dil xərçəngi nədir?

Dil xərçəngi nədir?Dil xərçəngi, əksər zaman dil səthini örtən hüceyrələrdən başlayan xərçəng növüdür. Dil xərçəngi, həm dilin görünən qismini həm də boğaza doğru uzanan qisminə təsir edən xərçəngləri ifadə edən ümumi termindir.

Dil xərçəngi haqqında ətraflı məlumatı məqaləni sonadək oxuyaraq əldə edə bilərsiniz.

Dil xərçəngi ən çox skuamöz və ya səthi hüceyrələrində dildə bir yara və ya kütlə olaraq görülə bilər. Bütün ağız boşluğu xərçənglərinin təxminən 100-də 3-nü dil xərçəngi təşkil edir. 40 yaş altında daha az görülür. Kişilərdə daha çox müşahidə edilir. Erkən diaqnoz uğurlu müalicə üçün əhəmiyyət kəsb edir.

Dil xərçəngi nədir?

Doktorinfo.az xəbər verir ki, həyati təhlükə kəsb edən ağız boşluğu xərçəng növüdür. Dil, ağız boşluğu xərçəngində dodaqdan sonra ən çox görülən nahiyədir.

Dil xercenginin elametleri nelerdir?
Dil xərçəngi nədir?Dil xərçənginin əlamətləri digər ağız xərçəng növlərinə bənzəyir. İnkişaf mərhələsinə bağlı olaraq, dil xərçənginin ən geniş yayılan bəzi simptomları ağız boşluğunda sağalmayan yaradır. Ağız xərçəngi və ya dil xərçənginin bəzi simptomları başqa tibbi vəziyyətlərə də aid edilə bilər. Bu əlamətlər iki həftədən uzun çəkərsə kliniki müayinə gərəklidir.
Dil xərçənginin simptomları adətən ağrısızdır. Spesifik olmayan və adətən ağrısız simptomlardan ötrü, dil xərçəngi və digər ağız xərçəngi növləri adətən erkən mərhələdə təsbit edilmir.

Ümumi əlamətləri bunlardır:

Dilin yan sethlerinde çəhrayı bit kütlə və ya yara

Dil ağrısı

Boğaz ağrısı

Udqunma çətinliyi

Çeynəmə çətinliyi

Dili hereket etdirməkdə çətinlik

Dil kökündə inkişaf edən xərçəng adətən irəli mərhələdəykən, tümör daha böyük olduğunda və xərçəng boyundakı limfa düyünlərinə yayıldığında diaqnoz qoyulur.

Dil kökündə meydana gələn xərçəngin səbəb olduğu bəzi əlamətlər bu formadadır:
Dil xərçəngi nədir?Boğaz ağrısı

Udqunma cetinliyi

Boğazda şişkinlik hissi

Səsdəki dəyişiklik

Qulaq ağrısı

Bu simptomlardan hansısa birindən şikayət edən şəxslərin, bir qulaq-burun-boğaz mütəxəssisi tərəfindən dəyərləndirilməsi vacibdir. Əksər xərçəng növündə olduğu kimi erkən diaqnoz dil xərçəngi müalicəsinin uğuru üçün çox vacibdir.

Dil xərçəngi üçün risk faktorları nələrdir?

Dil xərçənginin inkişafı üçün ən vacib iki risk faktoru tütün istifadəsi və spirtli içki istifadəsidir. Kişilərin dil xərçənginə tutulmaq ehtimalı qadınlarda daha çoxdur. Gənc insanlarda dil xərçəngi nadirən görülür. 40 yaş üstlərdə ehtimal yüksəlir.

Bu xəstəlik üçün risk faktorları hansılardır?

Siqaretdən istifadə və ya digər tütün növlərindən istifadə etmək

Spirtli içki istifadəsi
Dil xərçəngi nədir?HPV 16 və 18, İnsan papilloma virusu

Yanlis qidalanmayla bağlı faktorlar

Genetik yatqınlıq

Ağız gigiyenasının olmaması

Bu səbəbdən erkən diaqnoz qoyulub müalicəyə başlamaq vacib rol oynayır.

Dil xercenginin diaqnozu nece qoyulur?

Biopsiya, dil xərçənginin diaqnozunda ilk addımdır. Biopsiya əsnasında dilin xərçəngdən şübhələnilən qismindən az miqdarda toxuma alınır.Toxuma mikroskop altında araşdırılır. Bundan əlavə də analizlər tələb oluna bilər.

Xercengin merheleleri asagıidaki faktorlarla baglidir:

Xərçəngin toxumalarda nə qədər böyüdüyü

Ətraf nahiyələrə yayılıb-yayılmadığı

Vücudun başqa bir yerinə yayılıb-yayılmadığı

Müalicəsi xərçəngin başlama müddəti, irəliləmə vəziyyətindən asılı olaraq təyin edilir.

Müalicə üçün radioterapiya, kimyaterapiya, cərrahi müdaxilə ola bilər.

Şahanə Quliyeva

Xəstəliklər     Baxılıb: 514   Tarix: 20 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Mastit nədir?

Mastit, adətən əmizdirmə müddətində süd vəzisində süd toplanmasına bağlı olaraq süd vəzi toxumasının iltihablanmasıdır. Mastit barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, əmizdirmə müddətind

Toksikodermiya nədir?

Toksikodermiya dəri xəstəliyidir. Dərinin iltihabi prosesidir. xəbər verir ki, xəstəlik şiddətli və yüngül keçir. Toksikodermiyaya adətən kimyəvi maddələr, dərmanlar yol açır. Toksikodermiyanin sebebleri:. Toksiki maddələr

Varikosel nədir?

Damar genişlənməsi, xaya ciyəsi venalarının genişlənməsi varikosel adlanır. Əksər zaman soltərəfli olur. xəbər verir ki, gənc insanların qənimidir və gizli irəliləyir. Ümumi müayinə olunarsa müəyyən edilə bilir. Bes varikose

Senkop (Ürəkgetmə) nədir?

Senkop nədir?. Tibb elmində qarşılaşılan sual olub şəxslərin səbəbsiz huş itirmə vəziyyətlərində müayinə əsnasında xəstələrin tez-tez soruşduqları suallardandır. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz

Sümük iliyi xərçəngi nədir?

Vücudda fərqli tip hüceyrələr mövcuddur. Leykositlər: Xalq arasında akyuvar, bəyaz qan hüceyrələri ya da mübarizəçi hüceyrələr olaraq bilinən leykositlər infeksiyalara qarşı mübarizə aparan hüceyrələrdir. Eritrositlər: Alyuva

Xarici qulaq iltihabı nədir?

Xarici qulaq iltihabı nədir? Xarici qulaq infeksiyasının müalicəsi varmı?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Xarici qulaq iltihabı, xarici qulaq yolunun infeksiyaya yoluxması nəticəsində görülə

Sinüzit nədir?

Sinüzit, sinusları əhatə edən toxumaların iltihablanması və ya şişməsi vəziyyətidir. Sinüzit barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, sinuzit üz ağrısına, burun tıxanıqlığına və ya axıntısıyl

Oynaq ağrılarında kompres etmək olarmı?

Oynaq ağrılarından bir çox insan əziyyət çəkir. Bu zaman isə müəyyən kremlər, isti və ya soyuq kompreslərdən istifadə edir. Bes oynaq, revmatoloji agrilar zamani kompres etmek olarmi?. xəbər verir ki, oynaq ağrıları zaman

Osteopatiya nədir?

Osteopatiya bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Yunanca "Osteon"(sümük), "pathos" (ağrı çəkmək) sözlərindən ibarət olan osteopatiyanın qarşılığı sümük ağrısı çəkmək mənasına gəlir. xəbə


mede agrisi dis agrisi sekis tecili tibbi yardim