Bu dişlər bizi xərçəng xəstəliyindən xilas edirmiş - BİLİRDİNİZMİ?

Bu dişlər bizi xərçəng xəstəliyindən xilas edirmiş - BİLİRDİNİZMİ?Dişlərə qulluq etmək xərçəngdən qoruya bilər. Ağızda təbii dişlər nə qədər çox olarsa, xərçəngin bəzi formalarından qaçmaq şansı o qədər yüksək olar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Karolina Universitetinin (ABŞ) tədqiqatçıları xəbərdarlıq ediblər. Onların apardıqları araşdırmanın nəticələri Milli Xərçəng İnstitutunun Jurnalında dərc edilib.
Bildirilir ki, beynəlxalq tədqiqat qrupu səkkiz ölkədən təxminən 2500 xəstənin məlumatlarını təhlil edib.
Subyektlərdən ağız sağlamlığı, o cümlədən diş ətlərinin qanaması, diş fırçalama tezliyi, ağız yuyucu vasitələrdən istifadə və xərçəng diaqnozundan 10 il əvvəl dişlərin sayı və diş həkiminə müraciətlərin tezliyi barədə məlumat vermələri istənilib.
Statistik təhlillər göstərib ki, diş həkiminə tez-tez baş çəkən (nəzarət dövründə beş dəfədən çox) xəstələrin sağ qalma nisbəti 74 faizdir. Diş həkiminə, ümumiyyətlə, müraciət etməyənlər üçün isə bu göstərici 54 faiz olub.
Alimlər, həmçinin müəyyən ediblər ki, təbii dişləri olmayan xəstələrin 20-dən çox təbii dişi olan insanlara nisbətən sağ qalma ehtimalı 15% azdır.
Onlar qeyd ediblər ki, tez-tez stomatoloqa müraciət etmək xəstəliyin daha az ölümcül olduğu və müalicə oluna bilən mərhələdə aşkarlanma şansını artırır.
Qeyd edək ki, baş və boyun xərçəngi (skvamoz hüceyrəli karsinoma - cSCC) dünyada ən çox görülən xərçəng növləri siyahısında altıncı yerdədir. Onun meydana gəlməsinin əsas səbəbləri tütün və alkoqol istifadəsi ilə əlaqələndirilir.

Sağlamlıq Xəbərləri     Baxılıb: 149   Tarix: 22 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri

Qaş qaldırma proseduru nədir?

Yaşa bağlı olaraq vücudun digər nahiyələrində sallanmalar ola bilər. Bu isə qırışlarla meydana gəlir. İlk olaraq qaş və alın nahiyəsinə təsir göstərir. xəbər verir ki, qaş qaldırma estetikası ilə yanaşı şəxsdə görmə problemind

İmmunoterapiya nədir?

Vücudun immun sistemi, mikroorqanizmlərin və anormal hüceyrələrin tanınması və bunlara qarşı hücuma keçilməsi kimi əhəmiyyətli rol oynayır. xəbər verir ki, biolojik terapiya, bu təbii qorunma sisteminin xəstəliklərə qarş

Travmatologiya nədir?

Bir çox xəstəlikləri müalicə edən travmatologiya tibbin bir sahəsidir. Travmalar, qəzalar nəticəsində insan vücudunda bir çox yanıqlar, sınıq, əzilmələr və s kimi hallar baş verir. Hansi xestelere travmatologiya sobesind

Müalicəvi massajın faydaları

Digər adı ilə də bilinən Medikal massaj stress atma və rahatlamaq, bəzi xəstəliklərin müalicəsi üçün edilən massaj növüdür. Vücudun dövran sisteminə yaxşı təsir etməkdə və ümumilikdə ağrı, iltihablanma, sinir sıxışması kim

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Nevrologiya nədir?

Nevrologiya nədir?. Bu sahə ilə kim məşğul olur?. Daha ətraflı məlumat üçün məqaləni oxuya bilərsiniz. Nevrologiya – sinir sistemi xəstəliklərini öyrənən elm sahəsidir. xəbər verir ki, bu sahə ilə isə nevroloqlar məşğul olur

Disqrafiya nədir?

Disqrafiya nədir?. Disqrafiya, əksər zaman oxunaqsız yazma, yazını tamamlamasının normalın çox üstündə zaman alması və ya böyük əziyyət gərəkdirməsi ilə xarakterizə edilən əl ilə yazma bacarığındakı pozğunluğudur. Disqrafiy

İsti havalar hansı xəstəlikləri artırır?

Yazın gəlişi insan orqanizmində bir sıra dəyişikliklərə yol aça bilər. Yaranan hava dəyişkənliyi, təzyiq oynamaları, xəstəliklərə, ağrılara yol aça bilir. xəbər verir ki, bunlarla yanaşı qan-damar, ürək sisteminin fəaliyyətind


bogaz agrisi boyrek agrisi tecili yardim dis agrisi