Rinoplastika, burun əməliyyatı nədir?

Rinoplastika, burun əməliyyatı nədir?Rinoplastika, qığırdaq və sümüklərin quruluşunu dəyişərək buruna verilən yeni formanı təmin edən burun əməliyyatıdır. Daha estetik burun forması yaratmaq üçün bəzən sümükləri və qığırdaqları kəsmək, bəzən də tam əksinə əksik yerlərini tamamlamaq və formalarını dəyişdirməyə ehtiyac vardır.

Burun emeliyyatı kimlere tetbiq edile biler?

Doktor.az məlumat verir ki, əməliyyatı etməkdə meqsed bəzən edilən yol qəzaları, burun sınmaları hadisələri olur. Həmçinin bəzən tənəffüs problemləri olan pasiyentlərdə əməliyyat nəticəsində bu problem aradan qaldırılır.

Rinoplastika emeliyyatı nedir?

Rinoplastika əməliyyatı açıq və qapalı olaraq iki formada edilə bilər:

Qapalı texnika ilə bütün kəsimlər burun içində edilir. Cərrah içəridən çalışaraq əməliyyatı tamamlayır.

Açıq texnika ilə isə burun ucunda 3-4 mm bir kəsik edilərək burun ucu açılır.
Rinoplastika, burun əməliyyatı nədir?Rinoplastika ilə sümüyü, qığırdaq toxumasını, dəri təbəqəsini və ya hər üçünü birdən dəyişdirə bilər. Burun estetikası planlayarkən, rinoplastika cərrahı şəxsin üzünün digər xüsusiyyətlərini, burundakı dərini və şəxsin nələri dəyişdirmə istədiyini diqqətə alır.

Bütün böyük əməliyyatlarda olduğu üzrə rinoplastika ilə müxtəlif risklər daşıyır. Böyük əməliyyatlarda infeksiya, qanaxma, anesteziyaya qarşı mənfi reaksiya vermək riskləri mövcuddur.
Əməliyyatdan öncə şəxsin tibbi keçmişi araşdırılır. Ətraflı sorgu keçirilir. Hədəf və istəklər dəqiqləşdirilir. Bununla yanaşı həkim qan analizləri və bəzi labaratoriya testləri istəyə bilər.
Burun əməliyyatından sonra adətən eyni gün xəstəxanadan çıxmaq mümkündür. Anesteziyadan sonrakı ilk bir neçə gün ərzində yaddaş itkisi, qərar vermə çətinliyi görülə bilər.

Rinoplastika emeliyyatından onceki hazirliqlar

Əməliyyatdan iki həftə öncəsində dərmanlardan qaçınmaq lazımdır. Bu derman növləri qanaxmanı artıra bilər. Sadəcə burun cərrahı tərəfindən təsdiqlənən və ya reseptə yazlan dərmanlardan istifadə edilməlidir.

Həmçinin bitki tərkibli dərmanlardan, təbii dərmanlardan və əlavələrdən qaçınılmalıdır. Pis vərdişlər tərgidilməlidir. Əks halda infeksiya qapma ehtimalı yüksələr.
Rinoplastika çətin əməliyyat hesab edilir. Bunun isə bir çox səbəbi vardır. Öncəliklə üzün ortasında mövcud olan üç hissəli və qarışıq formadır. Burun bəzən zamanla görünüşcə dəyişə bilər. Ancaq adətən bir il ərzində şişliyin böyük hissəsi gedəcəkdir. Bu səbəbdən ikinci əməliyyata ehtiyac olarsa bunun üçün ən az 1 il gözləmək lazımdır.

Rinoplastika əməliyyatından sonra
Rinoplastika, burun əməliyyatı nədir?Buruna tətbiq olunan tamponlar əməliyyatdan bir həftə sonrasına qədər burunda qalır. Əməliyyatdan sonra şişkinlik və qanaxmanın qarşısını almaq üçün adətən uzanan zaman baş diklikdə olmalıdır. Burun bantları çıxarıldıqdan sonra yüngül qanaxmanın baş verməsi təbiidir. Əməliyyatdan sonra bir sıra tədbirlər görülməlidir. Belə ki, əməliyyatdan sonra bir ay bəzən daha uzun müddət eynək geyinmək tövsiyə edilmir. Buruna təzyiq etmək, sərt hərəkət olmaz. Günəş şüalarından qorumaqda fayda vardır.

Qidalanma əsnasında sodiumdan uzaq durmaq şişkinliyin daha aza enməsinə zəmin yaradacaq. Emeliyyatdan sonra buruna buz kompresi etmək olmaz.

Rinoplastika əməliyyatının qiyməti

Azərbaycanda qiymətlər klinika və həkimlərə görə dəyişir. Ümumilikdə isə 2-7 min arası dəyişir. Bu qiymət Türkiyədə 3-9 min dollar arasında dəyişir. Avadanlıqlar, istifadə edilən materiallara görə fərqlənir.

Bu emeliyyatda yas mehdudiyyeti var?

Formasının dəyişəcəyini nəzərə alaraq 18 yaşı gözləmək tövsiyə edilir.
Burun əməliyyatı keçirən xəstələrin sağalma müddəti individualdır. Adətən bir həftə ilə 2 ay içərisində deyisiklik göstərə bilər. Estetik edilən burunun formasını tam alması üçün 6 ay ilə 1 il arası keçməlidir.

Şahanə Quliyeva

Əməliyyatlar     Baxılıb: 139   Tarix: 09 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Mammoplastika əməliyyatı

Sinə estetikası olaraq adlandırılan, sinə böyütmə-kiçiltmə olaraq da bilin mammoplastika, süd vəzisinin görünüşünü dəyişdirmək və yenidən şəkilləndirmək üçün tətbiq olunan plastik cərrahi prosedurdur. Mammoplastika əməliyyat

Otoplastika əməliyyatı

Otoplastika əməliyyatı, qulaqların xaricə doğru çıxıq bir görünüşə sahib olması vəziyyətində, qulaq formasının yenidən şəkilləndirilməsi məqsədilə edilən cərrahi prosesdir. xəbər verir ki, şəlpə qulaq əməliyyatı sayəsind

Blefaroplastika əməliyyatı

Yaşın irəliləməsi və yer çəkiminin də təsiri ilə dəridə təbii olaraq sallanmalar yaranır. Bu səbəblərlə göz qapaqlarında torbalanma, dəridə bollaşma, rəng dəyişikliyi, rahatlama və qırışıqlıqlar kimi əlamətlər ortaya çıxar

Qarın gərmə, Abdominoplastika əməliyyatı

Qarın gərmə əməliyyatı olaraq bilinən abdominoplastika, qarın ətrafındakı həddindən çox yağ və dərinin azaldılması, qarın divarı əzələlərinin gücləndirməsi prosedurudur. Mini qarin germe nedir?. məlumat verir ki, adətən dər

Qol gərmə əməliyyatı, Braxioplasti nədir?

Qol gərmə əməliyyatı bu nahiyədə görülən, istənilməyən dəri altı yağ toxumasının və sallanan dərinin həll olunması ilə gərginliyin yenidən təmin olunması məqsədilə edilən plastik cərrahi prosedurdur. Braxioplasti ne ucu

Sünnət faydalı əməliyyatdır?

Sünnətin sağlamlıq üçün bir çox faydaları mövcuddur. Sünnətin faydaları nələrdir?. Cinsi orqan əyriliyi, əyri formada idrara getmək, idrar dəliyinin dar olması problemləri geniş yayılıb. Bu zaman sünnət edilmək bu problemləri

Üz gərmə, Ritidektomiya nədir?

Üz gərmə əməliyyatı - üz və boyun nahiyəsindəki sallanma və qırışıqlıqların dartılma yolu ilə edilən prosedurudur. xəbər verir ki, az ya da artıq yağ toxumaları da arzu edilən yerə alınaraq şəkil vermə təmin edilə bilir

Dolğu proseduru

Dəridə qocamanın və ya çəki vermənin təsiri ilə yaranan, bəzən doğuşdan var olan çökük nahiyələr ola bilər. xəbər verir ki, dolğu tətbiqi, çökmüş olan bir nahiyənin, əriyə bilən bir maddə ilə doldurulması prosedurudur. Doda

Yanaq incəltmə - Bişektomiya əməliyyatı kimlər üçündür?

Müasir dövrdə qadınlar kimi kişilər də fiziki görünüşlərinə diqqət edirlər. Bunun üçün də bir sıra cərrahi müdaxilələrdən istifadə edə bilirlər. Bu kosmetik cərrahi növlərindən biri bişektomiya proseduru adlanır. Bu, eyn


dermanlar sekis bogaz agrisi dis agrisi