Diş ağrısı

Diş ağrısıDiş ağrısı, dişin daxilində və ya ətrafında yaranan ağrıya verilən addır. Bəzi ağrılar müdaxiləsiz keçsə də, bəziləri üçün müalicəyə ehtiyac vardır. Adətən diş və ağız problemlərindən qaynaqlanır.

Doktorinfo.az məlumat verir ki, diş içində mövcud olan sinirlər, toxumalar, qan damarları ilə dolu yumşaq quruluşa sahibdir.

Dis agrisinin sebebleri nelerdir?

Diş çürüyü

Diş minasında aşınma

Yanlış diş telləri

Dişin mərkəzində baş verən bakterial infeksiyadan yaranan diş absesi

Qırıq diş

Diş plombunda yaranan zədə

Saqqız çeynəmə, dişləri sıxma və ya bir-birinə sürtmə kimi təkrarlayan hərəkətlərdən qaynaqlanan diş zədələnməsi

Diş əti infeksiyası

Sinusit

Retension dişlər və s.

Dis agrilarinin elametleri nelerdir?

Ən çox yayılanı beyin sinirinə təsir edən, narahat edən, uzunmüddət davam edən ağrılardır.
Diş ətrafında şişlik görülə bilər. Bəzilərində qızdırma və ya baş ağrısı müşahidə olunur.

Diş ağrısı necə keçir?

Bu diş ağrısının səbəbindən asılıdır. Bəzən diş əti zədələnməsi səbəbindən yaranan ağrılar müalicəsiz keçə bilər. Bu zaman yumşaq qidalara üstünlük verilməlidir. Əgər dişlərdə həssaslıq varsa, şirniyyatlardan, soyuq, çox isti qidalardan imtina edilməlidir.
Diş ağrısıDiş ağrısının düzgün müalicəsi necə edilməlidir?

Diş ağrılarının düzgün müalicəsi stomatoloqlar tərəfindən edilir. Əgər ağrılar getdikcə şiddətlənirsə bu, ev üsulu müalicə ilə keçməz. Ağrılar şiddətləndikcə diş ağrısına qulaq ağrısı da əlavə edilə bilər. Əgər qulaq ağrısı, minimal qızdırma, üzdə şişlik varsa vaxt keçmədən həkimə müraciət etməyiniz tövsiyə edilir. Dis agrisinin səbəbini tapmaq üçün rentgen də tələb edilə bilər. Ağrılar dözülməz həddə olsa da, müalicədən sonra qalıcı ağrı yaratmaz.

Adətən yaranan çürüklər dişdə ağrıya səbəb olur. Bu zaman isə çürük təmizlənərək plombla restavrasiya edilir.

Bəzən isə çürük irəlilədiyindən dişin sinirini zədələyir. Bu isə şiddətli ağrılara yol açır. Bu zaman isə müalicə əsnasında sinir də çıxarılır. Əks halda bu formada çürük təmizlənsə belə qısa müddətdən sonra diş yenidən ağrıya və şişə bilər. Nəticədə isə istənilməyən ağır problemlər yarana bilər.

Sinirin zədələnib-zədələnmədiyinə isə stomatoloq qərar verir. Çıxarılsa belə bu prosedur ağrısız aparılır. Keyidici iynədən istifadə edilərək müalicə tam ağrısız formada keçirilir.

Diş ağrılarının təbii üsulla müalicəsi

Çayağacı yağından istifadə edə bilərsiniz. Antiseptik xüsusiyyətə malikdir. Pambığa yağından damlatdıqdan sonra ağrıyan nahiyəyə qoya bilərsiniz.

Bəzi diş ağrılarında bitki dəmləmələri effektiv ola bilər. Xüsusilə də diş əti ağrıları, şişlik zamanı bitki dəmləmələrini etmək vacibdir.
Palıd qabığı dəmləməsi, diş əti çəkilmələri, diş laxlaması zamanı effektivdir.

Çobanyastığı dəmləməsi ağrıları azaldacaqdır.

Nanə çayı içərək və ya nanə çayı dəmləyib soyuq halda ağrıyan yerə qoyaraq dişə tətbiq edə bilərsiniz.

Çürük diş ağrıyan zamanı oyuğa bir mixək qoymaq, həmçinin valeryan damcılarında isladılmış pambıq qoymaq da ağrını azaltmağa kömək edəcəkdir.

Sodalı, duzlu su ilə qarqara diş əti şişlikləri zamanı əhəmiyyətli dərəcədə effektə sahibdir.

Diş ağrısıDiş ağrısının yaranmaması üçün nələr edilməli?

Bir çox diş ağrısı dis curumesinin nəticəsində meydana çıxdığı üçün diş təmizliyinə diqqət göstərməlisiniz.

Mütəmadi olaraq diş fırçalamaq, ağız vannaları çürükdən qoruya bilər.

Gün ən az bir dəfə diş sapından istifadə edilməlidir.

Bununla birlikdə şəkər miqdarı aşağı olan qidalar yeyilməlidir. Bu, dişlərin daha uzunmüddət sağlam qalmasına kömək edəcəkdir.

Qeyd edək ki, irəliləyən diş problemləri dişin çıxarılması ilə nəticələnə bildiyi üçün zamanında stomatoloqa müraciət etmək tövsiyə edilir.

Şahanə Quliyeva

Sağlamlıq Xəbərləri     Baxılıb: 320   Tarix: 09 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri

Qaş qaldırma proseduru nədir?

Yaşa bağlı olaraq vücudun digər nahiyələrində sallanmalar ola bilər. Bu isə qırışlarla meydana gəlir. İlk olaraq qaş və alın nahiyəsinə təsir göstərir. xəbər verir ki, qaş qaldırma estetikası ilə yanaşı şəxsdə görmə problemind

İmmunoterapiya nədir?

Vücudun immun sistemi, mikroorqanizmlərin və anormal hüceyrələrin tanınması və bunlara qarşı hücuma keçilməsi kimi əhəmiyyətli rol oynayır. xəbər verir ki, biolojik terapiya, bu təbii qorunma sisteminin xəstəliklərə qarş

Travmatologiya nədir?

Bir çox xəstəlikləri müalicə edən travmatologiya tibbin bir sahəsidir. Travmalar, qəzalar nəticəsində insan vücudunda bir çox yanıqlar, sınıq, əzilmələr və s kimi hallar baş verir. Hansi xestelere travmatologiya sobesind

Müalicəvi massajın faydaları

Digər adı ilə də bilinən Medikal massaj stress atma və rahatlamaq, bəzi xəstəliklərin müalicəsi üçün edilən massaj növüdür. Vücudun dövran sisteminə yaxşı təsir etməkdə və ümumilikdə ağrı, iltihablanma, sinir sıxışması kim

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Nevrologiya nədir?

Nevrologiya nədir?. Bu sahə ilə kim məşğul olur?. Daha ətraflı məlumat üçün məqaləni oxuya bilərsiniz. Nevrologiya – sinir sistemi xəstəliklərini öyrənən elm sahəsidir. xəbər verir ki, bu sahə ilə isə nevroloqlar məşğul olur

Disqrafiya nədir?

Disqrafiya nədir?. Disqrafiya, əksər zaman oxunaqsız yazma, yazını tamamlamasının normalın çox üstündə zaman alması və ya böyük əziyyət gərəkdirməsi ilə xarakterizə edilən əl ilə yazma bacarığındakı pozğunluğudur. Disqrafiy

İsti havalar hansı xəstəlikləri artırır?

Yazın gəlişi insan orqanizmində bir sıra dəyişikliklərə yol aça bilər. Yaranan hava dəyişkənliyi, təzyiq oynamaları, xəstəliklərə, ağrılara yol aça bilir. xəbər verir ki, bunlarla yanaşı qan-damar, ürək sisteminin fəaliyyətind


bogaz agrisi boyrek agrisi tecili yardim dis agrisi