Həkim Haqqında
Haqqında Surxay Hadıyev 1947-ci ildə Göyçayda doğulub. 1971-ci ildə Azərbaycan Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildən də ATU-nun II Cərrahi xəstəliklər kafedrasında çalışır (baş laborant, assistent, dosent, professor).1990-cı ildən həmin kafedranın professorudur. 1995-1996-cı illərdə ATU-nun II Müalicə profilaktika fakültəsinin dekanı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli sərəncamı ilə "Əməkdar Elm Xadimi", 17 iyun 2000-ci il tarixli sərəncamı ilə "Respublikanın Əməkdar Həkimi" fəxri adlarına layiq görülüb. Bir müddət "Baku City Hospital"ın direktoru vəzifəsində çalışıb.ATU-nun nəzdində Dissertasiya Şurasının Aprobasiya Seminarının Sədridir. 200-ə qədər elmi məqalənin, cərrahiyyə üzrə 30-a qədər ixtira və səmərələşdirici təklifin müəllifidir. 6 namizədlik dissertasiyasına rəhbərlik edib. Professor Surxay Hadıyev mədə-bağırsaq, qaraciyər və öd yolları, mədəalıtı vəzi cərrahi əməliyyatları üzrə dünya miqyaslı mütəxəssisdir. 2016-cı il sentyabrın 1-dən etibarən ATU-nun Tədris Cərrahiyyə Klinikası direktorudur.
Ünvan
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, Mirqasımov küç., 1004-cü məhəllə., Bakı, AzərbaycanMirqasımov küç., 1004-cü məhəllə., Bakı, Azərbaycan Bakı