Göz tənbəlliyi nədir və kimlərdə olur?

Göz tənbəlliyi nədir və kimlərdə olur?Ambliopiya (Tənbəl göz sindromu), gözlərdən birinin görmə prosesində iştirak etməməsi kimi bilinir.

Doktorinfo.az xəbər verir ki, ambliopiya görmənin birtərəfli zəifləməsinin təməl səbəblərindən hesab edilir.

Daha çox uşaqlıq dövrünün xəstəliyi kimi xarakterizə edilir, buna görə də bu zaman ilkin diaqnoz və mualiceye başlama vaxtı əhəmiyyət kəsb edir.

Birincili (anadangəlmə) və ikincili ambliopiya olaraq iki hissəyə ayrılır. İkincili ambliopiyaların bir neçə forması mövcuddur: Strabizmatik (disbinokulyar), anizometropik, obskurasion, refraksionisterik, qarışıq.
Göz tənbəlliyi nədir və kimlərdə olur?Gözün bulanıqlaşması, ptoz, nistaqm, çəpgözlük aşkar olunarsa, defektlərin erkən aradan qaldırılması mütləqdir. Ambliopiyanın müalicəsində davamlı effekt tam müalicə kursunun keçirilməsi, həkimin təlimatlarına (eynəklərin, göz plastrlarının istifadəsi, müntəzəm müayinə) dəqiq emel olunması zamanı əldə olunur.
Böyüklərdə ambliopiya güclü emosional sarsıntı fonunda inkişaf edir və görmənin anidən itirilməsi ilə xarakterizə olunur. Bu vəziyyət bir neçə saatdan bir neçə ayadək davam edə bilər.

Oftalmoloji muayine əsasında diqnoz dəqiq təyin edilir. Adətən oftalmoskopiya, biomikroskopiyadan istifadə edilir. Müalicə növünü həkim təyin edir.

Qeyd edək ki, erkən, fərdi seçilmiş və davamlı müalicə müsbət nəticələr verir. Ambliopiyanın korreksiyasının 6-7 yaşa qədər aparılması üstün tutulur; 11-12 yaşından böyük uşaqlarda ambliopiya müalicəyə tabe olmur.

Uşaq xəstəlikləri     Baxılıb: 183   Tarix: 18 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Uşaqlarda qida allergiyası

Qida allergiyaları, qidalanmada yer alan qida maddələrinə qarşı immun sisteminin verdiyi reaksiya olaraq ortaya çıxan, müxtəlif sağlamlıq problemlərinə səbəb olan və xəstənin həyat keyfiyyətinə mənfi təsir görstərən sağlamlı

Uşaqlarda baş ağrılarına diqqət edin - Səbəbi...

Baş ağrısı bir çox uşaqlarda problemə səbəb olur. Son zamanlar geniş yayılmış xəstəlikdir. Bəzi valideynlər isə bunun keçəcəyini düşünərək əhəmiyyət vermirlər. Uşaqların şikayətlərinə diqqət etmirlər. Ancaq həkimlər hər şikayəti

Uşaqlarda qasıq yırtığı nədir?

Uşaqlarda qasıq yırtığı nədir? . Əlamətləri və diaqnozu barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Uşaqlarda qasıq yırtığı, qarın içindəki toxuma və orqanların, qasıq kanalındakı doğuşdan gələn açıqlı

Əl-ayaq-ağız xəstəliyi olan "Koksaki virusu" nədir?

Son illərdə yayılan əl-ayaq-ağız xəstəliyi xüsusilə isti fəsillərdə daha çox müşahidə edilir. Bu xəstəliyə səbəb olan koksaki virusu insanların həzm sistemlərində yaşayıb artan, yayılan virus ailəsinin üzvüdür. Əksər zama

Uşaqlarda diabet xəstəliyi

Vücudun qidalanma qaynağı olan şəkərin tənzimlənməsindəki vacib hormonların başında insulin gəlir. Şəkər xesteliyi yəni diabet, bu hormondakı pozulmalarla bağlı olaraq görülür. Adətən böyük xəstəliyi olaraq bilinsə də so

Fallot tetralojisi, Mavi uşaq sindromu nədir?

Xalq arasında mavi uşaq xəstəliyi olaraq bilinən Fallot Tetralojisi, siyanotik, yəni göyərməylə özünü göstərən ürək xəstəlikləri arasında ən çox görülənidir. Fallotlu uşaqlarda ilk əlamət uşaq həkimi tərəfindən ürəkdə his

Uşaqlarda qripin təbii yolla müalicəsi

Qrip influenza A, B, C viruslarının səbəb olduğu qızdırma, baş ağrısı, burun axıntısı, halsızlıq kimi əlamətlərlə ortaya çıxan xəstəlikdir. İnfeksiya daha çox oktyabr, noyabr ayından sonra görülür. Dekabr, fevral ayında is

Uşaqlarda yüksək təzyiq

Təzyiq, qanın atar damarlar içərisində meydana gətirdiyi təzyiqdir. Böyük təzyiq adlandırılan sistolik qan təzyiqi və kiçik təzyiq olaraq bilinən diastolik qan təzyiqi olaraq iki formada dəyərləndirilir. xəbər verir ki, uşaqlı

Uşaqlarda sidik yolu infeksiyaları

Uşaqlarda sidik yolu infeksiyaları geniş yayılmış problemdir. Qalıcı böyrək zədələnməsinə səbəb ola bilər, bu səbəbdən bu xəstəliyə zamanında diqqət göstərmək lazımdır. Xüsusilə də uşaqlarda səbəbi bilinməyən yüksək qızdırm


mede agrisi tecili yardim tecili tibbi yardim sekis