Menstruasiya gecikməsinin səbəbləri

Menstruasiya gecikməsinin səbəbləriHansısa sağlamlıq problemi olmayan hər qadında 21 ilə 35 gün müddətində ya da təxminən 28 gün gündə bir dəfə menstruasiya baş verir. Bu period müddəti təxminən 2 ilə 7 gün arasında həyata keçir. Vücuddakı hormonların düzgün çalışması menstruasiya periodunun hər ay vaxtında olması üçün əsas faktordur. Minimum vaxtından 7 gün sonra da olmaması gecikmə olaraq adlandırılır. Bir çox fərqli səbəblərdən gecikmələr baş verə bilər.

Doktorinfo.az xəbər verir ki, araşdırmalar göstərir ki, hər qadında menstruasiya gecikməsi baş verə bilər. Bir il ərzində 2 ya da 3 dəfədən daha çox bu hal yaşanarsa bu problemin mövcudluğunun xəbərçisidir. Ətraf faktor, stres, psixoloji faktorlar, mövsümi keçişlər, hormonal veziyyetler ya da istifadə edilən dərmanlar bu kimi vəziyyətə yol aça bilər.
Menstruasiya gecikməsinin səbəbləriQadının hamilə qalması ilə birlikdə menstruasiya qanaxması da kəsilir.

Menstruasiya gecikməsinin səbəbləri nələrdir?

Menstruasiya gecikməsinə səbəb ola bilecek bir çox fərqli səbəb mövcuddur. Ən geniş yayılanları təqdim edirik:

Hamiləlik: Adət gecikməsinə səbəb olan faktordur.

Xroniki xəstəliklər: Ömür boyu təsiri qalıcı olan xroniki xəstəliklər də bu adət gecikmələrinə təsir edə bilər.

Polikistik Over sindromu: Yumurtaların üzərində yer alan kistaların kişilik hormonlarını çox istehsal etməsi aybaşının gecikmesine səbəb ola bilər. Kişilik hormonunun çox olması kistaların artmasına səbəb olur, kistalar da kişilik hormonlarına təsir göstərər və bu döngə belə davam edər. Bunun müalicəsi dərman yolu ilə həyata keçir.

Çəki itkisi və ya çəkinin normadan çox olması: Əgər çəkiniz normal çəkinin 10 faiz altındadırsa vücudunuzun çalışma prinsipi dəyişər və bu da yumurtalamağa mənfi təsir göstərər. Artıq çəkili və hətta piylənmə olan qadınlarda da menstruasiya gecikməsi problemi baş qaldırır. Artıq çəki hormonal dəyişikliklərə səbəbiyyət verir və bu da aybaşı gecikməsinə zəmin yaradır.

Süd vermə müddəti: Bu müddət ərzində qadın menstruasiya olmaya bilər və ya gecikmələr yaşaya bilər.
Menstruasiya gecikməsinin səbəbləriHamiləlikdən qoruma dərmanları: İstifadə edən qadınlar gecikmələrlə tez-tez üz-üzə qala bilər. Dərmanlardan istifadə edilmədiyi təqdirdə gecikmələrin normaya dönməsi 6 ay kimi müddətdə baş verir.

Stres faktoru: Beyinin hipotalamus nahiyəsi menstruasiya dövrünü tənzimləyir. Stress əsnasında yaşanılan vəziyyətlər beyinə təsir göstərər və adət gecikməsinə səbəbiyyət verir.

Tiroid pozğunluqları: Şəxsin hipertroidi və hipotroidi olması da adət gecikdirici təsirə səbəbiyyət verə bilər.

Əlamətləri nələrdir?
Menstruasiya gecikməsinin səbəbləriKəskin qarın və bel ağrısı

Hamilə qalma potensialının olması

16 yaşına qədər reqlin olmaması

14 yaşına qədər süd vəzilərinin böyüməməsi və s.

Şahanə Quliyeva

Qadın xəstəlikləri     Baxılıb: 171   Tarix: 12 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Vaginal iltihabın müalicəsi

Vagina nahiyəsində ağrı, axıntı və qaşıntı kimi simptomlarla xarakterizə olan vagina iltihabı qadınların sosial həyatını və cinsi sağlamlığına mənfi təsir göstərən xəstəliklərdəndir. məlumat verir ki, müxtəlif səbəblərə bağl

Süd vəzi xərçənginin əlamətləri - Onkoloq sadaladı

Süd vəzisi xərçəngi qadınlarda ən çox yayılmış xərçəng növlərindən biridir. Təəssüf ki, xəstəliyin diaqnozu daha çox sonrakı mərhələlərdə aşkarlanır. -a istinadən Rusiyadan olan onkoloq-mammoloq Marqarita Maqdalyanovanı

Abort nə zaman edilir?

Abort, dünyada da tez-tez müraciət edilən prosedurdur. xəbər verir ki, hamiləliyin ilk 10 həftəsində edilə bilir. 10 həftədən artıq hamiləliklərdə abort seçim olmur. Abortun bir nece novu mövcuddur. Abortun edilme sebebleri:

Qadınların beyini bu səbəbdən quruyur

Siqaret kişilərdə ilk növbədə ürək-damar xəstəlikləri riskini artırdığı halda, qadınlarda tamam başqa ağır risk daşıyır. -a istinadən bildirir ki, bu nəticəyə ABŞ Arizona universitetinin genonika üzrə alimləri yeni elmi tədqiqatı

Cinsi orqanda qaşınmanın müalicəsi

Xarici cinsiyyət orqanları nahiyəsindəki qaşınma bir çox qadınları narahat edir. Belə ki, vulva qadının xarici cinsiyyət orqanı olub, qasığın arxasında, aralığın önündə və böyük cinsiyyət dodaqlarının arasında yerləşir. Onlar

Ginekoloq uşağın boyuna təsir edən amilləri açıqladı

Dünyaya gələn uşağın boyu uzundursa, bu, o demək deyil ki, gələcəkdə də hündürboy olacaq. -a istinadən xəbər verir ki, bu sözləri mama-ginekoloq Stanislav İvaxa öz teleqram kanalında yazıb. "Mən tez-tez, adətən doğuşda

Əkizlərin fərqli ataları ola bilərmi? - CAVAB

Həkimlərin "milyonda bir dəfə olur" dediyi heteropaternal superfekundasiya fenomeni bu dəfə televiziya proqramı ilə gündəmə gətirilib. . -a istinadən bildirir ki, tibbi olaraq heteropaternal superfekundasiya kim

Süd vəzi ağrıları - Hansı təhlükəlidir?

Süd vəzi ağrısı, bir çox qadının həyatının fərqli zamanlarında qarşılaşdığı geniş yayılan şikayətdir. Bu ağrı, hormonal, süd vəzi toxumasındakı dəyişikliklərdən ciddi sağlamlıq problemlərinə qədər bir çox faktorlardan qaynaqlan

Süd vəzi xərçəngində hansı müalicə növü istifadə edilir?

Xərçəng, bədxassəli şişdir. Bu şişlərin böyüməsi, yayılması artıq sağlamlıq üçün böyük problemlərə yol açır. bədxassəli şişlərin böyüməsi, orqan və toxumalarda mövcud olduqları nahiyəni, həm də ona yaxın hissələri zədələməs


babasil mualicesi hamilelik testi tecili yardim bogaz agrisi