Pnevmoniya müalicəsi

Pnevmoniya müalicəsiPnevmoniya - xalq arasında bilinən sətəlcəm, ağciyərin iltihablanmasıdır.

Doktorinfo.az xəbər verir ki, müxtəlif mikroorqanizmlərlə əlaqəli olaraq meydana gəlir. Bəzi pnevmoniya növlərində xəstə şəxsdən sağlam insana yoluxma riski vardır. Amma xəstəlik əksər zamanda xəstənin öz ağız, boğaz və ya həzm kanalında mövcud olan mikrobların ağciyərə keçməsi ilə meydana gəlir. Xesteliye səbəb olmayan mikroblar, məhz vücudun qorunma mexanizmi aşağı düşdüyü zaman pnevmoniya yaradır.

Setelcemin baslangicinda gorunen elametler hansilardir?

Üşümək-titrəmə

39-49 dərəcə yüksək qızdırma

Öskürək

İltihablı bəlğəm

İştahsızlıq

Halsızlıq

Oynaq və əzələ ağrıları

Bulantı

Qusma

Pnevmoniya müalicəsiAğırlaşmış formada isə bu əlamətlər müşahidə edilə bilər:

Şüur itkisi

Nəfəs darlığı

Döş qəfəsində ağrı və s.

Bu əlamətlər olan hər xəstə mütləq həkimə müraciət etməlidir. Erkən diaqnoz və müalicələrə tez başlamaqla həyati təhlükənin qarşısını almış olarsınız. Qan analizi ilə yanaşı, ağciyər rentgeni ilə diaqnoz asanlıqla qoyula bilər.

Qrip və bənzər infeksiyalar pnevmoniyaya zəmin hazırlayır. Pnevmoniya hazırda dünya üzərində çox müşahidə edilən və ən çox ölümə səbəb yaradan xəstəlikdir. Xüsusilədə körpələrdə, yaşlılarda bu xəstəlik ölümlə nəticələnə bilər.

Pnevmoniyanin yaranmasina zemin yaradan risk faktorlar hansilardir?

Şəxsin yaşlı olması

Xronik xəstəliklər: Ağciyər, ürək, böyrək, qaraciyər, şəkər, əsəb sistemi xəstəlikləri və s.

Siqaretdən istifadə

Qusmalar

Spirtli içkilərdən istifadə

Qrip infeksiyaları
Pnevmoniya müalicəsiSətəlcəmdən qorunma yolları nələrdir?

Yaranan problemlər qulaq ardı edilməməli və öncədən çıxan xəstəliklər düzgün müalicə edilərsə pnevmoniya həddinə gəlməz.

Düzgün qidalanma vacibdir.

Gigiyenaya diqqət edilməlidir.

Xəstə insanlarla təmasdan qaçınmaq lazımdır.

Müalicə xəstəyə görə dəyişir. Əksər zaman müalicə ilə sağala bilən xəstəlik növüdür. Belə xəstələrin dincəlməsi, dərmanların vaxtında qəbulu əsas şərtdir. Müalicədən sonra yaxşılaşma olsa belə ağciyər yenidən rentgen olunmalıdır.
Pnevmoniya müalicəsiPnevmoniya mualicesi nece edilir?

Adətən antibiotiklər, bol maye qəbulu, ağrıkəsicilər, qızdırma salan dərmalardan istifadə edilir.

Əgər ehtiyac varsa xəstəyə inhalyasiya edilir. Adətən müalicə 5-10 gün davam edir. Bəzi sətəlcəm növlərinin müalicə növü 21 günə qədər uzana bilər. Bu, mikrob növünə görə fərqlənir.

Əsas müalicə ilə yanaşı xalq təbabətindən də istifadə etmək mümkündür.

Bunun üçün turpun orta hissəsində dəlik açılaraq 2 xörək qaşığı bal əlavə edilir, turpun üzəri isə kəsilmiş hissəsi ilə örtülür. Bundan sonra turplar qaba yığılaraq 3 saat saxlanılır. Alınan şirə gündə bir neçə dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir.

Bundan əlavə soğan suyu ilə bal bərabər nisbətdə qarışdırılaraq gündə 3-4 dəfə yeməkdən 15-20 dəqiqə əvvəl 1 çay qaşığı içilir.

Gündə iki dəfə 1 stəkan yeni çiy süd 2 ədəd əncir qurusu ilə birgə qaynadılaraq yeməkdən sonra 1 stəkan isti halda qəbul edilə bilər.

Xəstəliklər     Baxılıb: 745   Tarix: 18 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Osteopatiya nədir?

Osteopatiya bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Yunanca "Osteon"(sümük), "pathos" (ağrı çəkmək) sözlərindən ibarət olan osteopatiyanın qarşılığı sümük ağrısı çəkmək mənasına gəlir. xəbə

Amilaz əksikliyi nədir?

Amilaz nədir? Aşağı olmasının hansı rolları mövcuddur?. Bu və daha ətraflı sualların cavabı üçün məqaləni sonadək oxuya bilərsiniz. Amilaz həzm sistemində böyük rol oynayır. xəbər verir ki, qarışıq karbohidratları daha bəsi

Kirəclənmə nədir?

Qocalma ilə birlikdə ortaya çıxan hüceyrələrdə itkilər, irəli yaş xəstəliyi olaraq bilinən, ancaq gənc yaşlarda da görülə bilən oynaq kirəclənmələrinə səbəb ola bilir. xəbər verir ki, yaşlılıq müddətində xəstələrin həya

Kişi klimaksının əlamətləri

Kişi klimaksı nədir?. Bir çox kişilərdə baş verən dəyişiklikdir. Adətən 40-70 yaş arasındakı kişilərin cinsiyyət vəzlərində dəyişikliklər baş verir. Bu, xayalarda degenerativ dəyişikliklərdə əlaqəlidir. xəbər verir ki, b

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Şahdamar tıxanıqlığı

Şahdamar tıxanıqlığı geniş yayılan problemlərdən biridir. Bəs şahdamar tıxanıqlığı nə üçün yaranır?. xəbər verir ki, şahdamar tıxanması adətən damar sərtliyi, damar kirəclənməsindən yaranır. Şahdamar tixaniqligi kimlerd

Çəpgözlük

Çəplik görmə funksiyalarının pozulmasıdır. xəbər verir ki, bir baxış istiqamətində gözün funksiyalarının doğru işləməməsindən qaynaqlanır. Bes ceplik nece duzeldilir?. Görmə kəskinliyi artırılır. İkili görmə varsa düzəldilir

Ürək ritm pozğunluğu

Ürək ritm pozuntusu ürəyin müntəzəm döyüntü ritmini itirdiyi bir vəziyyəti ifadə edər. Ürək ritm pozuntusu haqqında daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, bu pozğunluqlar uşaqlardan böyüklər

Miopiya xəstəliyi nədir?

Miopiya, gözün quruluşunun normaldan uzun olmasına bağlı olaraq uzağı dəqiq görə bilməməkdir. Miopiya barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, miopiyada gözə gələn işıqlar retinanın üzərind


bogaz agrisi hamilelik testi tecili yardim cinsi xestelikler