Qaz sancılarının təbii müalicəsi

Qaz sancılarının təbii müalicəsiQaz sancısı, vücudda toplanmış olan qazın səbəb olduğu ağrılı vəziyyətdir. Adətən qarın nahiyəsində hiss edilir.

doktorinfo.az qaz sancısının geniş yayılmış səbəblərini təqdim edir:

Hava udma – Sürətli yemək yemək, ağızdan hava udma və qazlı içkilərin istifadəsi kimi səbəblərlə artıq havanın udulması. Bu hava, mədə və bağırsaqlarda toplanaraq qaz sancısına yol aça bilər.

Yemək vərdişləri – Bəzi qidalar daha artıq qaz yarada bilər. Xüsusilə kələm, brokoli, lobya kimi lifli və qaz yaradıcı qidalar qaz sancısına səbəb ola bilər.

Qəbizlik və ya ishal – Bağırsaq hərəkətlərindəki pozuntular, qazın toplanmasına və sancılara səbəb ola bilir.

Qaz sancisinin elametleri bunlardir:

Qarın ağrısı

Qarın şişkinliyi

Qaz çıxartma

Gəyirmə

Mədə bulantısı

Qusma

Nəfəs darlığı

Gərginlik

Qarın qurultusu

Müalicəsi altda yatan səbəbə görə təyin edilir.

Qaz sancisinin yarandigi nahiyeler:

Üst qarın – Mədə və qida borusunun mövcud olduğu hissədir. Bu nahiyədə qaz toplandığında, üst qarın nahiyəsində ağrı və narahatçılıq baş verə bilər.

Orta qarın – Mədə, incə bağırsaqlar və böyük bağırsaqların bir qismini əhatə edir. Qaz sancısı bu nahiyədəki hansısa yerdə hiss edilə bilər.

Alt qarın – Qalın bağırsaq və pelvik orqanların mövcud olduğu yerdir. Bu hissədə qaz toplanması və ya hərəkəti, alt qarın ağrısı və ya şişkinlik hissinə yol aça bilər.

Qarının hansısa bir sahəsi – Qaz sancısı, qarın bölgəsinin hansısa bir yerində hiss edilə bilər və bəzən bu ağrı dalğalanır yəni anidən gəlib gedə bilər.

Bağırsaqlarda yaranan qazlardan qaynaqlanan qaz sancısına probitoik əlavələri və ya antibiotiklər kömək ola bilir. Həzm edilməyən qidalardan qaynaqlanan qaz sancısına bu qidaların istifadəsini azaltmaq və ya tamamilə kəsmək kömək ola bilər.
Qaz sancılarının təbii müalicəsiQaz sancısının qarşısını almaq üçün aşağıdakı tədbirlər alına bilər:

Yemək yeyən zaman yavaş yeyin və qidaları yaxşı çeynəyin

Saqqız çeynəməkdən və qazlı içkiləri içməkdən qaçının

Siqaretdən istifadə etməyin

Lifli qidaları yavaş-yavaş və mərhələli olaraq artırın.

Bu bitkilərdən istifadə edə bilərsiniz:

Razyana, zəncəfilli çayı için.

Kişmiş toxumu - 1 çay qaşığı toxumu ağzınıza alın və çeynəyin.

İlıq içkilər – həzmi asanlaşdırır, qazın atılmasına kömək edir.

Bol su için – bağırsaqdakı hərəkətləri sürətləndirir və qazın atılmasına kömək olur.

Şahanə Quliyeva

Xalq Təbabəti     Baxılıb: 244   Tarix: 16 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Mazolun müalicəsi

Ayaq mazollarının yaranması ən geniş yayılan problemlərdən biridir. Mazollar ayaq dərisinin uzun müddət ərzində sıxılması nəticəsində yaranır. xəbər verir ki, düzgün seçilməmiş ayaqqabılar, dar corablar bu hala zəmin yaradır

Qaraciyər yağlanması nədir? – Təbii üsullarla çarəsi

Qaraciyər yağlanması, gec diaqnoz qoyulduğu zaman daha böyük problemlərə yol açan ciddi problemdir. Qaraciyər hüceyrələrində toplaşan artıq yağlar nəticəsində ortaya çıxan bu xəstəlik irəlidə qaraciyər çatışmazlığına yo

Zeytun yağlı əncir qarışımının möcüzəvi faydaları

Qurudulmuş meyvələrin ən şəfa dolu və ləzzətlərindən quru əncirlər zeytun yağı ilə birlikdə hansı möcüzələri yaradır?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, xüsusilə qəbizlik problem

Beyin damarlarını açan vasitələr

Beyin damarlarının tutulması bir sıra problemləri yanında yarada bilər. Bu hala bir çox faktor sebeb ola bilər. Hansı səbəbdən beyin damarları tutula bilər?. xəbər verir:. İrsi hal. Stress. İnsult. Yüksək şəkər. Qalxanvar

Baş ağrılarını azaldan çaylar

Baş ağrıları əksər insanın ortaq problemidir. xəbər verir ki, bir çox insan dərmana üz tutsa da bəziləri gündəlik əziyyət çəkdiyi baş ağrılarından təbii yollarla xilas olmaq istəyir. Bes bas agrilarini azaldan caylar hansilardir?

Hər kəsin evində var - Sadə üsullarla ağrılardan xilas olun

Gündəlik hər insan müxtəlif ağrılardan əziyyət çəkə bilər. Bəzən ağrılar elə zaman başlayır ki həkimə müraciət edə bilmirik və ya maddi vəziyyət buna şərait yaratmır. Bu zaman ev şəraitində ağrılardan necə xilas ola bilərik?

Bəd-nəzərdən qoruduğuna inandığımız üzərliyin digər faydaları nələrdir?

Üzərlik ta qədim zamandan bəd-nəzəri dəf etmək üçün istifadə edilir. Ancaq aparılan araşdırmalar üzərliyin daha bir çox faydasını üzə çıxarıblar. Bəs üzərliyin hansı faydaları mövcuddur?. xəbər verir ki, üzərliyi yandırmaqda

Saç niyə yağlanır? – Təbii vasitələrlə çarəsi

Bir çox insan saç yağlanmasından əziyyət çəkir. Bəzən bu ötəri səbəbdən qaynaqlanır, bəzən isə dermatoloji səbəb olur. saçların tez yağlanmasına səbəb olan faktorları təqdim edir:. Saçları çox isti su ilə yumaq. Saç tipin

Ayaq ağrısı üçün maz - Reseptlər

Ayaq agrilari bir çox insanın ortaq problemidir. Səbəbi isə müxtəlifdir. məlumat verir ki, fiziki gərginlikdən qaynaqlanan ayaq ağrıları daha çoxdur. Bu səbəbdən ayaq ağrıları zamanı həkimə müraciət etmək vacibdir. Müalicələrd


babasil mualicesi cinsi xestelikler boyrek agrisi tecili yardim