Balın bilinməyən faydaları

Balın bilinməyən faydalarıAntiseptik və antibakterial xüsusiyyətlərə sahib olan balın faydaları olduqca çoxdur. Müxtəlif növləri vardır.
İnfeksiyalarla mübarizə aparır və mədə problemləri zamanı effektivdir.

Balın tərkibi bir çox vitamin və minerallarla zəngindir. Tərkibində C, B1, B2, B3, B5, B6 vitaminləri, kalsium, sodium, dəmir, magnezium, potasium vardır.

Balın sağlamlığa faydaları nələrdir?

İlıq su ilə istifadə edildiyi zaman vücudda toplanan yağın həzminə kömək edir.

Yüksək xolesterin səviyyəsini tənzimləyir, nəzarət altına alır, yaxşı xolesterini artırır.

Şəkər yerinə təbii dadlandırıcı olaraq istifadə edilir.

İmmunitet sistemini gücləndirir. İnfeksiyalardan qoruyur.

Yüksək karbonhidrat qaynağıdır. Xüsusilə idmançılar üçün əla seçimdir. Çünki gücü artırır, yorğunluğu aradan qaldırır.
Balın bilinməyən faydalarıXərçəngə qarşı qoruyur və şişlərin yaranmasının qarşısını alan qidalardandır.

Mədə problemlərini müalicə edir.

Zehni gücləndirir.

İltihab yaranmasının qarşısını alır.

Bakteriyalardan orqanizmi təmizləyir.

İshal müddətini azaldır. Aparılan araşdırmalara görə, ishalın şiddətini və müddətini azaltdığı məlum olub. Xüsusilə potassium qəbulunu artırır.

Dərini təmizləyir. Bakteriyaları təmizlədiyi üçün sızanaqların müalicəsi baxımından təbii məhsullar içərisindədir. Ballı üz maskaları dəri üçün faydalı olub dərinin canlanmasına kömək olur. Həmçinin dərini çox yumşaq edir.

Vücuddakı yararlı hüceyrələri artırır.

Allergik simptomları azaldır.

Sümük ağrılarınızı yüngülləşdirir.

Boğazı yumşaldır. Bu səbəbdən infeksiya baxımından balın qəbulu çox vacibdir.

Enerji verir.
Balın bilinməyən faydalarıBal kimlərə tövsiyə edilmir?

Balın faydaları hər insana eyni təsir göstərmir. Xüsusilə şəkər xəstələrinə və artıq çəkili insanlara baldan çox istifadə etmək tövsiyə edilmir. Çünki hazırda əsl balı tapmaq çətindir. Aparılan araşdırmalara görə, əsl bal şirin də olsa bu diabet xəstələri üçün təhlükəli hesab edilmir. Amma qatqısı olan balların tərkibində şəkər miqdarı çox olduğundan bu şəkər xəstələri üçün faydalı hesab edilmir.
Çox istifadə edildiyi zaman baş gicəllənmə, qusma, yüksək qızdırma kimi problemlərə yol aça bilər. Bu səbəbdən alarkən balın keyfiyyətli olmasına diqqət göstərin. Hər gün norma daxilində istifadə edilməlidir. Xüsusilə də səhər ac qarına yemək vücudun fəaliyyəti, təmizlənməsi üçün çox vacibdir.

Sağlam Qida     Baxılıb: 249   Tarix: 03 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

K vitamini əksikliyi: Əlamətləri və səbəbləri

K vitamini qaraciyərdə istehsal edilən pıxtılaşma faktorlarının istehsal mərhələsində iştirak edir. məlumat verir ki, hansısa bir kəsik, yaralanma vəziyyətlərində qanaxmanın dayandırılması və normal şərtlərdə qanın tündlüyünü

Mədə xorası üçün nələr yeyilməlidir?

Mədə xoraları geniş yayılan problemlərdən biridir. Mədə xorasının əsas əlamətlərindən biri yanma hissidir. Bir çox zaman dərman müalicəsi ilə yanaşı təbii üsullardan da istifadə tövsiyə edilir. xəbər verir ki, mədənin v

Gecə yatmazdan öncə yumurta yeməyin faydaları

Yumurta, faydası çox olan əsaslı qidalardan biridir. Yumurtanın faydaları və zərərləri nələrdir?. Nə üçün gecə yatmazdan öncə yeyilməlidir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bir ədəd yumurtanı

Yuxu gətirən qida və içkilər

Yuxusuzluq bir çox problemi də yanında gətirir. Yuxusuz keçirilən gecə beyin funksiyası zəifləyir, vücud yorğun, halsız düşür. Bəzən bu halın xronikləşməyə başladığı müşahidə edilir. Belə ərəfələrdə bəzi qidalar, çaylar faydal

Sink nədir?

Sink, vücudumuz üçün həyati önəm daşıyan mineraldır. Sink nə üçün vacibdir? Sink hansı qidalarda mövcuddur?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bu mineral, bir çox kimyəvi maddələr reaksiyasını

Qış meyvələrindən necə və nə üçün istifadə edilməlidir?

Qış meyvələri, soyuq aylarda sağlamlığınızı qorumaq üçün vacibdir. Bu mövsümdə bolca mövcud olan portağal, naringi, alma kimi meyvələr, yüksək C vitamini tərkibi ilə immunitet sistemini gücləndirir. xəbər verir ki, nar v

Əzgilin fayda və zərərləri

Əzgil aşağı kalorili, lif və minerallarla zəngin olan meyvədir. Tərkibindəki lif həzm sistemini tənzimləyir. Eyni zamanda aşağı glisemik indeksi sayəsində qan şəkərini nəzarət altında tutmağa kömək olur. xəbər verir ki, antioksidantla

Pəhriz zamanı nələri səhv edirik?

Arıqlamaq bir çox xanımın arzusudur. Bu baxımdan bir çox pəhriz növlərinə əməl edilir. Bəs hansı yanlışlar düzgün formada arıqlamağın qarşısını alır?. Pəhriz zamanı nələrə diqqət edilməlidir?. Çox aşağı kalorili qidalanmayın

Yüksək təzyiq üçün bu qidanı yeyin

Təzyiq xəstəliyi bir çox insanı narahat edir. xəbər verir ki, təzyiqdən əziyyət çəkənlər təzyiqlərini daima nəzarətdə saxlamalı və dərman qəbul etməlidirlər. Yüksək təzyiq barədə ətraflı məlumatı saytımızda bu haqda yazıla


qarin agrisi mede agrisi sekis dis agrisi