Böyrək daşının yaranması və düşməsi nədir?

Böyrək daşının yaranması və düşməsi nədir?Böyrək daşı kişilərdə qadınlarla müqayisədə 3-5 qat daha çox görülür. Hər il, min nəfərdən 1 və ya 2 şəxsdə daşla bağlı böyrək sancısı akut renal kolik meydana gəlir. Bunun ən vacib səbəbləri arasında genetik faktor, kifayət qədər su içməmək, qidalanma problemləri, sidik yolu infeksiyaları mövcuddur. Bunlar böyrək daşının yaranma riskini artırır. Böyrək daşı müalicə edilmədiyi müddətcə böyrək itkisinə səbəb ola bilər. Böyrək daşının zamanında diaqnozu və müalicəsi bir çox xəstəliyin yaranmasının qarşısını alır.

Böyrək daşı insan onurğasının hər iki tərəfində yer alır. Vücuddakı artıq məhsulların qandan təmizlənməsi vəzifəsini daşıyır. Qanın təmizlənərkən orada mineral və duzlardan yaranan birləşmələr, zaman daxilində böyrəklərdə daşa səbəb olur.

Böyrək daşı probleminin əlamətləri nələrdir?
Böyrək daşının yaranması və düşməsi nədir?Böyrək daşı adətən ilk ağrılarla özünü bəlli edir. Böyrək daşı ağrısının yaranması üçün daşların sidik yolunu bağlaması lazımdır. Böyrək daşları adətən sidik yoluna daxil olduqları zaman əlamət verir.

Əlamətləri təqdim edirik:

Şəxsdə mədə bulantısı və ya bununla bağlı yaranan qusma

Sidiyə gedərkən yaranan ağrı

Sidik rəngi bulanıq və tünddürsə böyrək daşı infeksiyaya səbəb olmuş ola bilir.
Böyrək daşının yaranması və düşməsi nədir?Böyrək daşı şəxsdə yüksək qızdırma yaradır.

Şəxsdə ani üşümə və titrəməyə səbəb ola bilər.

Tualetə tez-tez gedilsə də tamamilə ehtiyacını ödəyə bilməz.

Böyrək daşı sidik yollarını bağlayan və şəxsdə yuxarıda sadalanan əlamətlərə səbəb olan vəziyyətdir. Müalicə edilmədiyi təqdirdə böyrəklər funksiyalarını itirər və bu vəziyyət hər iki böyrəkdə də varsa böyrək çatışmazlığı ola bilər.

Böyrək daşının səbəbləri nələrdir?

Böyrək daşının yaranmasına səbəb olan faktorları bu formada sıralaya bilərik:

Ailənin sağlamlıq keçmişi

Uzunmüddət pəhriz etmək

Az miqdarda maye istifadə etmək

Piylənmə

Fərqli böyrək xəstəlikləri

Arıqlamaq üçün keçirilən əməliyyatlar

Yüksək miqdarda duz və şəkər istifadə

Bəzi vitamin əlavələri

Sidik yolu xəstəlikləri

Böyrək daşı necə düşə bilər?
Böyrək daşının yaranması və düşməsi nədir?Böyrək daşının düşməsi üçün ölçüsü çox önəmlidir. Böyrək daşının ölçüsü əgər 5 mm-in üzərindədirsə müdaxiləyə ehtiyac vardır. Ancaq böyrək daşı 5 mm-nin altındadırsa özlüyündən düşmə ehtimalı vardır. Bunun üçün bol su içmək və hərəkət etmək daşların düşməsinə yardım edir. 5 mm-dən böyükdürsə əməliyyata ehtiyac vardır.

Böyrək daşının yaranmaması üçün şəxs qidalanma formasına və həyat yaşayış tərzinə diqqət etməlidirlər.
Böyrək daşı aşağıda qeyd edilən formada düşə bilər:

Bol su içmək

Hərəkətli yaşayış tərzi

B6 vitamini tərkibli qidalar istifadə etmək (üzüm, nar, qarpız və s.)

Bəzi vəziyyətlərdə həkimlər daşın düşməsinə köməklik edə bilər, ancaq dərmanlar da tövsiyə edilir. Vücudda ürik asit artıqlığı olduğunda isə azaltmaq üçün də dərman müalicəsi tövsiyə edilə bilər.

Sağlamlıq Xəbərləri     Baxılıb: 260   Tarix: 29 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Vitamin əksikliyi vücudda özünü necə biruzə verir?

Vücud sağlamlığı cəhətdən böyük əhəmiyyət kəsb edən vitaminlər, əksildiyi zaman həyati risk daşıyan vəziyyətlərə səbəb ola bilər. Vitaminlər adətən çox əksilmədikcə hansısa problemi yaratmaz. Vitamin əksikliyini təbii yollarl

Fobiyadan necə qurtulmalı?

Fobiya və qorxu bir çox insanın yaşadığı, həmçinin çoxluqla qarşılaşılan mövzusudur. Ancaq bunların fərqi vardır. xəbər verir ki, qorxu insanları təhlükədən uzaqlaşdırır, fobiya isə insan həyatına maneə olaraq çətinlik yaradır

Yeməkdən sonra çay içmək bu xəstəliyi yaradır

Qanda hemoqlabin adlı zülalın insan orqanizmi üçün əhəmiyyətli dərəcəsi çoxdur. xəbər verir ki, bu zülalın aşağı düşməsi və ya qırmızı qan hüceyrələrinin sayının azalması qanazlığı problem yarada bilər. Anemiya isə ayrılıqd

Dırnaq yeməyin fəsadları

Çox yayılmış zərərli vərdişlərdən biri dırnaq yemə xəstəliyidir. Onixofagiya uşaq yaşlarından başlayır. xəbər verir ki, dırnaqları yeməklə infeksiya və bakteriyaların yaranıb çoxalmasına şərait yaradılır. Buna səbəb isə barmaqları

D vitamininin varlığı və əksikliyində vücudda nələr baş verir?

Sağlam sümükləri qorumaq üçün D vitamini olduqca faydalıdır. Bunun əsas səbəbi sümüyün ilk olaraq dayağı olan kalsium ancaq bu vitaminin varlığında vücud tərəfindən sovrulmasıdır. Günəş işıqlarının, dəridəki aktiv vitami

Günəş vurmasının əlamətləri

Günəş vurması tez-tez yay aylarında yüksək istilik səbəbiylə meydana gələn bir vəziyyətdir. Körpələr də daxil olmaq üzrə bütün yaş qruplarına təsir göstərir. Günəş vurması nəticəsində ürək, qaraciyər, böyrək funksiyaların

Aterosklerozun risk faktorları

Ateroskleroz nədir?. Ateroskleroz son zamanlar geniş yayılan problemlər arasında yer alır. Ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri damar sərtliyidir. xəbər verir ki, damar sərtliyi Aterosklerozdur. Aterosklero

Müalicəvi massajın faydaları

Digər adı ilə də bilinən Medikal massaj stress atma və rahatlamaq, bəzi xəstəliklərin müalicəsi üçün edilən massaj növüdür. Vücudun dövran sisteminə yaxşı təsir etməkdə və ümumilikdə ağrı, iltihablanma, sinir sıxışması kim

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri


mede agrisi tecili tibbi yardim qarin agrisi boyrek agrisi