Bronxitin təbii müalicəsi

Bronxitin təbii müalicəsiBronxit, allergen səbəbiylə meydana çıxan iltihabi vəziyyətdir. Bronxitdən əziyyət çəkənlər bəlğəmli öskürürlər. Öskürək, bəzən hərarət, qarın ağrısı, iştahsızlıq və s. kimi əlamətlərlə özünü biruzə verir.

Doktorinfo.az xəbər verir ki, dəqiq müayinə və müalicəni isə allerqoloq təyin edir. Bronxit barədə daha geniş məlumatı öncə dərc edilən məqaləmizdən əldə edə bilərsiniz.

Müalicə zaman tibbi vasitələrlə yanaşı təbii vasitələrdən də istifadə edilir. Bəs bu problemə nə yaxşı təsir göstərə bilər?

Bronxitin tebii mualicesi nece aparilir?

Gərəklidir:

5 qr dəvədabanı yarpağı

5 qr zirə

10 qr bəlğəmotu kökü

25 qr şirin biyan kökü

Hazırlanması:

Xırda doğranılaraq qarışdırılır. Daha sonra qarışıqdan 1 xörək qaşığı götürülür. Üzərinə 1 stəkan qaynar su əlavə edilir. 2 saat ərzində dəmlənilir və süzülür. Gün ərzində 3 dəfə istifadə etmək mümkündür. 1 xörək qaşığı qədər qəbul edilməlidir.

Digər resept:
Bronxitin təbii müalicəsi1 stəkan süd və 1 xörək qaşığı adaçayı bir qaba tökülür. Az qazda qaynadılır. Soyudulur və daha sonra yenə qaynadılır. Yatmazdan öncə isti halda qəbul edilir.
Gülxətmi bitkisi də öskürək əleyhinə olan bitkilərdən hesab edilir.

Bunun üçün xırdalanmış 50 qr gülxətmi kökü lazımdır. Həmçinin 50 qr kəklikotu kökü qarışığından 3 xörək qaşığı 0,5 l qaynar suda 10-15 dəqiqə dəmlənilir. Gün ərzində 3 dəfə qəbul edilir. 0,5 stəkan qəbul etdilməyi kifayətdir.

Moruq yarpaqlarının çayını içmək də sinəyə çox yaxşı təsir göstərir. Bəlğəmin qarşısını alır. Laringit və bronxit zamanı tövsiyə edilir.
Həmçinin bununla bağlı həkim-fitoterapevt Fizuli Hüseynov da bu problem üzrə faydalı olacaq məcunun reseptini təqdim edib.

Gərəklidir:

Qarazirə tozu 50 qram

Ud hindi tozu 50 qram

Andız kökü tozu 40 qram

Biyan kökü tozu 40 qram

Bal 500 qram

Propolis (vərəmum) 50 qram

Zəncəfil tozu 40 qram

Keçibuynuzu bəkməzi 500 qram
Bronxitin təbii müalicəsiHazırlanması:

Bitkilər quru toz formasında olmalıdır. Bunlar bal və bəhməzlə qarışdırılır. Propolisi 1 gün ərzində soyducunun buzxanasında saxlayıb sürtkəcdən keçirib məcuna qarışdırmaq lazımdır. Hazır olan qarışımı böyüklər və kiçiklər istifadə edə bilərlər. Belə ki, böyülklər, uşaqlar da gündə 3 dəfə istifadə edə bilərlər. Böyüklər yeməkdən 1 saat əvvəl 1 xörək qaşığı, uşaqlar isə 1 saat əvvəl 1 çay qaşığı qədər qəbul etməlidirlər. Məcundan bronxit xesteleri ilə yanaşı xroniki bronxit, allergik bronxit, və astma xəstələri də istifadə edə bilərlər.

Qeyd edək ki, məcuna qatılanlara qarşı allergiyanızın olub-olmadığından əmin olduqdan sonra istifadəniz tövsiyə edilir.

Xalq Təbabəti     Baxılıb: 1285   Tarix: 20 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Gözaltı göyərmələrin səbəbləri və təbii çarəsi

Gözaltı göyərmələr zamanla hər insanın başına gələn dəri problemidir. Yorğunluq, genetik faktorlar kimi bir çox fərqli səbəblə ortaya çıxa bilən gözaltı göyərmələri estetik olaraq həm narahat edir, həm də həyat keyfiyyətin

Boyun duzlaşmasının təbii çarəsi

Duz toplanması problemindən bir çox şəxs əziyyət çəkir. Boyuna duz yığılması vücudda su-duz mübadilləsinin pozulmasından qaynaqlanır. Bu problem podaqra, ostexondroz, böyrəklərdə daş, oynaqlarda ağrı, öd daşları, damarlard

Sarımsaq limon birləşməsi hansı dərdə faydalıdır?

Xalq təbabətindən hər zaman müasir tiblə yanaşı istifadə edilib. Təbiətin belə nemətlərindən biri limon və sarımsaq birləşməsidir. İkisi də ayrılıqda insan orqanizmi üçün olduqca faydalıdır. Xolesterini azaldır, insult v

Ziyillərin evdə müalicəsi

Evdə ziyil müalicəsi, vücudun hər yerində çıxa bilən və yoluxucu olan ziyil probleminə qarşı görülən tədbirdir. Ziyil hansi nahiyede cixir?. xəbər verir ki, əksər zaman bəsit növləri ayaq və dırnaq ətrafında müşahidə edilir

Böyrəkləri təmizləyən reseptlər

Böyrək insan orqanizmi üçün vacib orqandır. Vücudu zərərli toksinlərdən təmizləyir. xəbər verir ki, böyrəkləri çox yükləmək də doğru deyil. Toksin və ziyanlı maddələri orqanizmdən temizlemek üçün təbii vasitələrdən də istifad

Bir çox problemin dərmanı bir arada... - Quru əriyin faydaları nələrdir?

Quru ərik hər zaman yeməklərdə və xalq təbabətində istifadə edilib. İnsan orqanizmi üçün olduqca faydalıdır. Tərkibi:. xəbər verir ki, içərisində B, C, PP vitaminləri, 12 amin turşusu, maqnezium mövcuddur. Bəs faydaları nələrdir?

Soğan qabığı çayının möcüzəvi faydaları

Təbiətdə elə tərəvəzlər yetişir ki, həm özü həm də qabığı olduqca faydalıdır. Belə nemətlərdən biri isə soğandır. xəbər verir ki, aparılan araşdırmalara görə, soğan qabığının bilinməyən bir çox faydaları müəyyən edilib. Bel

Üz qırışlarını necə azaltmaq olar? - Təbii vasitələr

Həm genetik həm də ətraf bir çox faktora bağlı olaraq zaman ərzində dərinizdə üzümüzdə qırışlar yaranmağa başlayır. Bu qırışların sayının çoxalması və dərinləşməsi də keflərin pozulmasına səbəb ola bilir. Üz qırışı nə üçü

Sarımsaqla qurd müalicəsi

Qurd problemi hər yaş qruplarında görülə bilir. Qıl qurdu isə ən geniş yayılan növüdür. xəbər verir ki, 5 ilə 14 yaş arasındakı usaqlarda daha çox müşahidə edilir. Yoluxucu xəstəlik olsa da öldürücü deyil. Bəzi xəstələrd


mede agrisi tecili tibbi yardim qarin agrisi boyrek agrisi