Xroniki xəstəliklər hansılardır?

Xroniki xəstəliklər hansılardır?Xroniki xəstəliklər xüsusilə yaşlı insanlar arasında daha çox yayılıb. Hərəkətsiz yaşayış tərzi, yanlış qidalanmaq, tütün məhsullarından istifadə, genetik faktorlar xroniki xəstəliklər üçün zəmin yaradır.

Xroniki xəstəliklər hansılardır?

Doktorinfo.az xəbər verir ki, 1 ildən artıq davam edən, müalicəyə ehtiyac olan, yaşayış tərzinə mənfi təsir göstərən xəstəlik qrupuna xroniki xəstəliklər deyilir.

Xroniki xesteliklerin xususiyyetleri nelerdir?

Birdən çox faktorla əlaqəli olması

Uzun davam etməsi, bəzi xəstələrdə hansısa əlamət göstərməməsi və ya daha sonra bilinməsi

Həmçinin bu problem şəxsdə başqa digər xəstəliklərə yol açması zəmnində formalaşa bilər.

En cox musahide edilen xroniki xestelikler hansilardir?

Diabet – Yüksək qan şəkəri ilə xarakterizə edilən xəstəlikdir. Tip 1 diabeti, otoimmun qaynaqlı olaraq erkən yaşlarda ortaya çıxa bilər. Tip 2 diabet isə düzgün qidalanmamaq, genetika, hərəkətsiz yaşayış tərzi kimi səbəblərdən ortaya çıxar. Diabet xəstəliyi müalicə edilmədiyi, qan şəkəri nəzarət altına alınmadığı müddətcə digər problemlər yarana bilər. Göz, ürək xəstəlikləri, insulta yol aça bilər. Bu səbəbdən həkimin müalicə və tövsiyələri diqqətlə yerinə yetirilməlidir.

Xroniki xəstəliklər hansılardır?Yuksek tezyiq – Qan təzyiqinin 140/80 dəyərinin üzərində olması hipertoniya olaraq adlandırılır.
Təzyiq anidən yüksələ bildiyi kimi, əksinə müəyyən problemdən qaynaqlanması mümkündür. Bu xəstəliyin illərlə hansısa əlamət üzə verməyərək irəliləməsi ola bilər. Bunun üçün təzyiq mütəmadi aralıqlarla yoxlanılmalıdır.
Xroniki xəstəliklər hansılardır?Urek xestelikleri – Ölümlərin üçdə biri ürək-damar problemləri səbəbiylə baş verir. Ürək xəsəlikləri hər şəxsdə başqa formada təzahür edir. Ürəyin öz funksiyalarını doğru etmədiyi təqdirdə digər orqanlarda problemin yaranma ehtimalı yüksəlir. Xroniki ürək xəstəlikləri diabet, hipertoniya, piylənmə və s kimi problemlərlə əlaqəlidir. Belə şəxslər daha çox risk altındadırlar.

Xroniki obstruktiv agciyer xesteliyi – Ağciyərdəki hava axışının tıxanmasına yol açan iltihabi ağciyər problemidir. Belə xəstələrdə öskürək, nəfəs darlığı, bəlğəm kimi əlamətlər müşahidə edilir. Əsas risk faktoru isə şəxsin tütündən istifadə edilən məkanlarda olmasıdır. Uyğun müalicə ilə xəstəlik nəzarət altına alına bilər. Müalicənin əsas məqsədi xəstənin daha rahat nəfəs alması, yaşayış keyfiyyətinin yüksək olmasıdır.

Artrit – Xroniki iltihablı xestelikdir. Oynaq iltihabı oynaqlarda qızarıqlıq, şişlik, ağrı ilə müşahidə edilən xəstəlik növüdür. Bu xəstəliyin belə bir neçə növü mövcuddur. Erkən qoyulan diaqnoz xəstəliyin müalicəsində əsas faktordur. Edilən müalicələr sayəsində xəstəliyin irəliləməsi yavaşlayır.

Xərçəng – Vücudda yaranan şişlər vasitəsilə yayılan bu xəstəlik ən çox rast gəlinən xroniki xəstəliklər siyahısına daxildir. Ölümlərin bir çoxunun səbəbi məhz bu xəstəlikdən qaynaqlanır. Yüzlərlə fərqli növü mövcuddur. Hər bir xərçəng növünün özünəməxsus xüsusiyyətləri vardır. Bəzi xəstələrdə müalicəyə tabe olan xəstəlik, digər xəstədə qısa müddət ərzində yayıla və həyata son qoya bilər. Bədəndə yaranan nahiyəyə, irəliləmə formasına, növünə görə müalicələr fərqli formalarda təyin olunur.
Xroniki xəstəliklər hansılardır?Sumuk erimesi – Bu zaman sümük yüngül zədə nəticəsində qırıla bilər. Yaşlı insanlarda daha çox müşahidə edilir. Uyğun müalicə, düzgün qidalanmaqla sümük əriməsinin qarşısını qismət almaq mümkündür.

Depressiya – Altında bir sıra vacib psixiatrik problemlər yata bilər. Depressiya, daima məyusluq hissi, halsızlıq, ağrı hissi ilə xarakterizə edilir. Hətta gündəlik adi işlər belə çətin görülə bilər. Daha çox uzunmüddətli müalicə tələb edən problemdir.

Xroniki xəstəliklər hansılardır?Astma – Xroniki xəstəliklər qrupuna daxildir. Tənəffüs yollarının iltihabi xəstəliyidir. Öskürək, tənəffüs çətinliyi, nəfəs darlığı kimi simptomlara yol açır. Astma xəstəliyi tamamilə sağalmasa da nəzarət altına alına bilər.

Piylənmə - İnsan yaşayış tərzinə və orqanizmə mənfi təsir göstərdiyindən xəstəlik kimi qələmə verilir.
Vücud kütlə indeksinin 30 kq/m2-nin üzərində olması piylənmə adlanır. Bu göstərici orqanizmdə normadan çox yağın mövcud olduğunu bildirir. Piylənmə ürək-damar xəstəliklərindən tutmuş bir çox problemlərə yol aça bilər. Belə xəstəliklər zamanı piylənmədən əziyyət çəkən insanların ölüm riski daha yüksəkdir. Belə şəxslərdə tənəffüs yolu problemləri daha çox müşahidə edilir. Piylənmə artdıqca digər orqanlar da yüklənir və artıq yüklə işləyərək sıradan çıxa bilər. Bu səbəbdən piylənmənin artmağına icazə vermək düzgün deyil. İdeal çəkini qazanıb onu qorumaq lazımdır.

Xroniki xesteliklerin mualicesi nece aparilir?

Xroniki xəstəliklərin müalicəsi zamanı ilkin olaraq yaranan narahatçılıqların azaldılması üçün müalicə təyin edilir. Həmçinin xəstəlik və əsas altda yatan səbəb müayinə olunaraq aşkar edildikdən sonra uyğun müalicə sxemi tərtib edilir. Əks halda istənilməyən nəticələr yarana bilər və ağrı eyni nahiyə ilə məhdudlaşmayaraq arta və digər orqanları zədələyə bilər. Bu səbəbdən ağrının hansı xəstəlikdən qaynaqlandığını tapmaq vacibdir.

Müalicənin daha çox effekt verməsi üçün bunlar edilməlidir:

Xroniki xəstəliklər hansılardır?Düzgün qidalanmaq

İdmanla məşğul olmaq

Siqaretdən istifadəni tərgitmək və ya ən azından azaltmaq lazımdır.

Bu növ xəstəliklərin irəliləməsi şəxsin həyati təhlükə riskini ancaq artıra bilər. Düzgün müalicə ilə isə nəzarət altına alınması mümkündür.

Xəstəliklər     Baxılıb: 535   Tarix: 15 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Genetik xəstəlik, Apert sindromu nədir?

Apert sindromu genetik xəstəlikdir. xəbər verir ki, bu sindromda əllər, ayaqlar, üz sümükləri təsirlənir. Adətən genetik səbəblərlə görülür. Uşağın inkişafı əsnasında da yarana bilər. Apert sindromu barədə daha ətraflı məluma

Trigeminal nevralgiya nədir?

Trigeminal nevralgiya, üzdə şiddətli və təkrarlayan ağrıya səbəb olan sinir xəstəliyidir. Bu vəziyyət beyinin, üzün həssas sinirlərinə təzyiq etməsi və ya zərər verməsi nəticəsində ortaya çıxar. xəbər verir ki, trigemina

Varikosel nədir?

Damar genişlənməsi, xaya ciyəsi venalarının genişlənməsi varikosel adlanır. Əksər zaman soltərəfli olur. xəbər verir ki, gənc insanların qənimidir və gizli irəliləyir. Ümumi müayinə olunarsa müəyyən edilə bilir. Bes varikose

Rəng korluğu nədir?

Rəng korluğu müəyyən rənglərin və ya rənglər arasındakı fərqlərin görülmədiyi görmə pozuntusudur. Rəng korluğu nə üçün olur?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, görmə mərkəzində xüsus

Metastatik xərçəng nədir?

Metastaz nədir? . Müalicəsi ilə bağlı ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Metastaz, xərçəngin qaynağını aldığı orqandan daha uzaq bir nahiyəyə yayılmış olmasını ifadə edər. xəbər verir ki, metastaz, xərçən

Ayaq damar tıxanıqlığı nədir?

Ayaq damar tıxanıqlığı, ürəkdən ayaqlara qan daşıyan damarların daralması və ya tıxanmasıdır. Bu damarlar daralıb tıxandığında ayaqlardakı qan axışı kəsilir və bəzi əlamətlər ortaya çıxa bilir. Ayaq damar tıxanıqlığı nədir?

Göz miqreni nədir?

Gözə vuran miqren, auralı miqren, oftalmolojik miqren olaraq bilinən və şiddətli göz ağrıs ilə ortaya çıxan göz miqreni xəstədə çox sayda şikayətə yol aça bilir. Göz miqreni və səbəbləri barədə daha ətraflı məlumat üçün məqalən

Laringit nədir?

Laringit, qırtlaq və ya səs qutusu iltihabına verilən addır. Səs telləri həddindən çox istifadə edildiy zaman və ya infeksiyaya yoluxduğunda laringit ortaya çıxa bilir. Bəzi laringit xəstəlikləri zamanı səs duyulmaya bilər

Dürinq xəstəliyi

Dürinq xəstəliyi şiddətli qaşınma, içi maye dolu qabarcıqlar ilə xarakterizə olunur. Xroniki xəstəlikdir. xəbər verir ki, dəri problemi bir çox insanda baş verir. Xəstələrin bir çoxunda Çölik xəstəliyinin simptomları görünür


bogaz agrisi tecili tibbi yardim qarin agrisi cinsi xestelikler