Bəlğəm niyə yaranır? - Təbii müalicəsi

Bəlğəm niyə yaranır? - Təbii müalicəsiHər bir şəxs xəstələnən zaman öskürəklə birlikdə əksər zaman bəlğəm də çıxara bilərlər. Bəlğəm çıxartmaq, əslində vücud üçün faydalıdır. Ancaq buna baxmayaraq uşaqlar bəlğəm çıxaran zaman çətinlik çəkirlər.

Bəlğəm nədir?

Ağciyər və tənəffüs yollarında mövcud olan, xaricdən gələn yad maddələrə və bakteriyalara qarşı vücudu qoruyan müdafiə mexanizmidir.

Bəlğəm nə üçün olur?
Bəlğəm niyə yaranır? - Təbii müalicəsiXəstəliklər zamanı tənəffüs yollarında daha çox mukus (şirə) istehsalı olur. Bunun da miqdarı çox olarsa genizdə toplanaraq burunda tutqunluqlara və tənəffüs yollarında zədələnmələrə səbəb olur. Bu narahatçılıq hissi vücuddan öskürəyi xaric etməyə təkan verir. Bakteriya və ya virus mənşəli yaranan xəstəliklərin növünə görə, bəlğəmin rengi yaşıl, miqdarı isə qatı ola bilir.

Hansı xəstəliklər bəlğəm yaradır?

Tənəffüs yolu infeksiyaları

Astma xəstəliyi

Bronxit

Sətəlcəm

Qrip

Allergik vəziyyətlər

Bəlğəm zamanı uşaqlarda aşağıdakı şikayətlər görünür:
Bəlğəm niyə yaranır? - Təbii müalicəsiÖkürəklə birlikdə gələn bəlğəm

Ciyərlərdə xışıltı

Nəfəs almaqda çətinlik

Sinədə ağrı hissi

Uşaqlarda bəlğəmin sebebleri nələrdir?

Uşaqların mikroblara məruz qalması nəticəsində tənəffüs yollarında və ya ağciyərlərdə başlayan xəstəliklər nəticəsində bəlğəm yaranır. Çoxalan bəlğəmi vücud atmağa çalışdığı üçün də uşaqlar bir müddətdən sonra öskürməyə başlayırlar. Ancaq çox zaman bacara bilmədikləri üçün problemlərə yol açır.

Uşaqlarda bəlğəmin rəngi nəyi göstərir?

Bəlğəmin rəngi və miqdarı xəstəliklərdən xəbər verir.

Ağ bəlğəm – Üst tənəffüs yolu xəstəliklərində burun toxumalarının sismesi və sinüslərin tıxanması səbəbilə artan mukus öskürək vasitəsile xaricə atılır.

Sarı və daha sonra yaşıla çevrilən bəlğəm: Bakteriya və ya virus mənşəli xəstəliklərdə bəlğəm rəngi yaşıla çevrilə bilər. Bunun səbəbi bronxit və ya sətəlcəm ola bilər. Həkimin müalicəsinə baxmayaraq bir həftənin sonunda öskürəkdən gələn bəlğəmin yaşıla çevrilməsi virus infeksiyasının bakteriyal infeksiyaya dönməsinə işarət edir.

Bəlğəmin müalicəsi
Bəlğəm niyə yaranır? - Təbii müalicəsiBəlğəmi çıxarmaq üçün istər böyüklər istəsə də uşaqlar üçün dərmanlar təyin edilir. Bu növ dərmanlar bəlğəmin asanlıqla çıxmasını təmin etmək üçün qatılığını yumşaldaraq azaldır. Bununla yanaşı təbii üsullardan da istifadə edilə bilər.

Bu müddətdə maye bol qəbul edilməlidir. Dəniz suyu tərkibli burun spreylərindən də istifadə edilə bilər.

Kafeinli içkilərdən uzaq durulması tövsiyədir.

Paketlənmiş və ya hazır qidalardan imtina edilməlidir.

Bu ərəfələrdə allergiyaya səbəb ola biləcək qidalar və meyvələr yeyilməlidir. Bu, öskürəyin şiddətini artıraraq şəxsə narahatlıq yarada bilər.

Yatan zaman başın altı uca olmalıdır.

Bəs təbii bitkilərdən istifadə edərək bəlğəmdən necə xilas ola bilərsiniz?

doktorinfo.az bəzi faydalı bitkiləri tədim edir:

Nanə çayı – Bu növ bitkinin çayı boğazı yumsaldir, öskürək üçün faydalıdır. Buxar vannası etmək tösiyə edilir. Bu zaman buxar ağciyərlərdəki problemlərə effektli təsir göstərəcəkdir.

Nanənin dəmlənməsi qədər yağı da olduqca faydalıdır. Bəlğəmin xaric olmasını dəstəkləyir. Qulaq, qarın ağrılarının keçməsinə kömək edir. Boğazı bu yağla massaj etmək qrip zamanı kömək edəcəkdir.

Evkalipt çayı – Öskürəyin keçməsinə kömək edir. Boğazdan çətin gedən bəlğəmin xaric olmasına kömək edir. Bunun üçün dörddə bir qazan qaynadarkən 5-6 evkalipt yarpağı atıb buxarını içinə çəksəniz ağciyərləri və tənəffüs yollarını açmağa kömək edir.

Kəklikotu – Bu çayı həm xəstəlik zamanı həm gündəlik həyatda içmək olduqca faydalıdır. Boğazı yumşaldır.

Şüyüd – Bu bitkinin çayı boğazda və bronxitlərdə yaranan öskürəyə faydalıdır. Xüsusilə quru öskürəkdən əziyyət çəkənlər bu bitkinin çayından istifadə edə bilərlər.

Biyankökü çayı – Bəlğəmgətirici hesab edilir. Bu bitkinin kökündən astma, bronxit kimi problemlərdə istifadə edilir.

Hər halda öskürək və bəlğəm varsa gecikdirmədən həkim müayinəsi vacibdir.

Şahanə Quliyeva

Sağlamlıq Xəbərləri     Baxılıb: 1348   Tarix: 09 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Lordoz və kifoz nədir?

Onurğa deformasiyaları bir çox insanda görülən problemlərdəndir. xəbər verir ki, onurğa deformasiyası onurğa sütununun normal əyriliklərindən kənara çıxmasına deyilir. Bəs onurğa deformasiya dedikdə nə başa düşülür?. Lordoz

Aterosklerozun risk faktorları

Ateroskleroz nədir?. Ateroskleroz son zamanlar geniş yayılan problemlər arasında yer alır. Ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri damar sərtliyidir. xəbər verir ki, damar sərtliyi Aterosklerozdur. Aterosklero

Hemangioma nədir?

Hemangioma, uşaqlarda görünən xoşxassəli damar şişidir. Damar endotelindən inkişaf edir. Doğuşdan sonra, bir ilə üç həftə ərzində dəri üzərində və ya altında meydana çıxır. Qız uşaqlarında daha çox müşahidə edilir. Yaranm

Əsəbi cilovlamağın yolları

Əsəb duyğusu əksər zaman qarşılanmayan gözləntilər, təmin olunmamış istəklər və istənilməyən nəticələrə verilən reaksiya olaraq yaranır. Əsəb nədir? Necə cilovlamaq olar?. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadə

Nevrologiya nədir?

Nevrologiya nədir?. Bu sahə ilə kim məşğul olur?. Daha ətraflı məlumat üçün məqaləni oxuya bilərsiniz. Nevrologiya – sinir sistemi xəstəliklərini öyrənən elm sahəsidir. xəbər verir ki, bu sahə ilə isə nevroloqlar məşğul olur

Burqer xəstəliyi: Əlamətlər və müalicəsi

Burqer xəstəliyi, qollarda və ayaqlarda mövcud olan damarlarda inkişaf edən və nadir görülən xəstəlikdir. Siqaret istifadəsi ilə bağlı inkişaf edən və adətən kişilərdə görülən arteriya xəstəliyidir. xəvər verir ki, xəstəliyi

Sidik rənginiz içilən su miqdarını ortaya çıxardır

İnsan vücudunun 60% sudan ibarətdir. Tərkibindəki minerallar, biokimyəvi reaksiyaların gerçəkləşməsində və sistemlərin uyğun çalışmasında rol alır. Sidik rənginizdən suyu nə qədər içdiyinizi görə bilərsiniz. xəbər verir ki

Müalicəvi massajın faydaları

Digər adı ilə də bilinən Medikal massaj stress atma və rahatlamaq, bəzi xəstəliklərin müalicəsi üçün edilən massaj növüdür. Vücudun dövran sisteminə yaxşı təsir etməkdə və ümumilikdə ağrı, iltihablanma, sinir sıxışması kim

A vitamini nə üçün mühümdür?

A vitamini, bədənin fəaliyyəti üçün zəruri olan bioloji maddələrin ümumiləşdirilmiş adıdır. xəbər verir ki, qidalarda 2 tip A vitamini mövcuddur. Ət, balıq, toyuq, tam yağlı süd və süd məhsulları kimi heyvani qidalarda olur


mede agrisi dis agrisi cinsi xestelikler tecili yardim