Yoğun bağırsaq xərçəngi nədir?

Yoğun bağırsaq xərçəngi nədir?Kolon xərçəngi, kolonun iç astarındakı poliplərlə başlayır. Uzman həkimlər xərçəng inkişaf etmədən öncə bu polipləri təsbit edərək ortadan qaldırmaq üçün müalicə planı tətbiq oluna bilər. Hər yaşda görülmə riski mövcud olan bağırsaq xərçəngi ən çox 50 yaşından sonra ortaya çıxar. Müalicə edilməyən yorğun bağırsaq xərçənginin yayılma ehtimalı yüksəkdir.

Doktorinfo.az xəbər verir ki, yoğun bağırsaq xerçengi, kolonun iç astarı mövcud olan hüceyrələrin anormal və nəzarətsiz bir formada böyüməsi ilə qalın bağırsaqda başlayan xərçəngə verilən addır. Kolon və rektum qalın bağırsağın ən uzun qismidir. Qalın bağırsaq isə həzm sisteminin son qismidir. Həzm sistemi vücuda daxil olan qidaları parçalayaraq istifadə edilməsini təşkil edir.

Kolon xərçəngi hər yaşda görülə bilsə də adətən yaşlı şəxslərə təsir edər. Kolonun içərisində yer alan polip adı verilən kiçik hüceyrələrin yaranması ilə meydana gələr. Bu poliplər adətən xərçəngli deyil, ancaq bəziləri zamanla kolon xərçənginə çevrilə bilər. Poliplər vücudda əlamət vermədiyindən mütəmadi olaraq testlər edərək bu hissədə böyük əhəmiyyət kəsb edir. Poliplərin xərçəngə çevrilmədən aşkar edilib çıxarılması xərçəngin qarşısını almağa kömək edir. Kolon xərçəngi kolorektal xerceng olaraq da adlandırılır.
Yoğun bağırsaq xərçəngi nədir?Kolon xərçənginin yaranmasında hədsiz yağlı, qırmızı ət çoxluq təşkil edən qidalanma, köklük, siqaret və spirtli içki istifadəsiylə yanaşı poliplər təsirlidir. Qadınlarda süd vəzi və yumurtalıq xərçəng hekayəsi olan şəxslərdə bağırsaq xərçəngi riski artır. Belə şəxslərdə 50 yaşını gözləmədən bağırsaq xərçəngi cəhətdən ümumi yoxlanış edilməsi tövsiyə edilir.

Yogun bagirsagin elametleri nelerdir?

Bağırsaq xərçəngində görülən əlamətlər:

Uzun müddətli qəbiz və ishal

Nəcisin incə və uzun olması

Nəcisdə qan

Keçməyən qaz

Çəki itkisi

Sancılar, agrilar

Yorğunluq, dəridə solğunluq

Mede bulantisi

Göz ağı və dəridə saralma

Bağırsaqların tamamilə boşalmadığı hissi

Yemək yeyən zaman tez doymaq

Udma çətinliyi və s.
Yoğun bağırsaq xərçəngi nədir?Yogun bagirsaq xercengi mualicesi nece edilir?

Kolon xərçənginin müalicəsi, xəstəliyin hansı merhelede olmasından asılıdır. Bu xərçəngdə ilk müalicə üsulları cərrahi müdaxilə ilə xərçəngli toxumanın çıxarıldığı əməliyyatdır. Patolojik nəticələrə görə, əməliyyatdan sonra kimyaterapiya da tətbiq oluna bilər.

Bir çox növ müalicə üsulları mövcuddur:

Polipektomi: Bu əməliyyat kolonda yer alan xərçəngli polipləri ortadan qaldırılması əsas məqsəddir.

Kolektomi (rezeksiyon): Uzman həkim bağırsağın şiş olan hissəsini və ətrafdakı bəzi sağlam toxumaları çıxarır. Anastomoz adı verilən bir prosedurla sağlam bağırsaq hissələri yenidən birləşdirilir.
Yoğun bağırsaq xərçəngi nədir?Kolostomilli əməliyyat: Uzman həkim kolonun şiş olan hissəsi çıxarılır. Bunun əvəzinə kolostomi edərək bagirsagi qadın divarınızdakı bir açıqlığa daşıyır və beləliklə idrar torba içində toplanır.

Kimyaterapiya: Yoğun bağırsaq xərçənginə səbəb olan şişləri kiçiltmək və simptomlarını yüngülləşdirmək üçün kimyaterapiya dərmanları istifadə edilir.

Bagirsaq xercenginin merheleleri nelerdir?

4 mərhələdən ibarətdir. Birinci mərhələdə xərçəng bağırsaq divarına yayılmış olur. İkinci mərhələdə bütün bağırsaq qatlarına xərçəng yayılmış olur. 3-cü mərhələdə limfa vəzlərinə yayılır. Sonrakı mərhələdə qaraciyər, qarın zəri və ağciyər kimi yerlərə yaylma olur.

Bagirsaq xercenginin en vacib elameti nedir?

Bağırsağın makat nahiyəsinə yaxın olan 15-lik qismindən gələn qanaxma ən vacib əlamətlər arasında yer alır. Qalın bağırsağın incə bağırsağa yaxın olan başlanğıc qismindən qaynaqlanan bağırsaq xərçəngləri, makattan daha çox gizli qanaxma ilə qan itkisinə yol açır və qanazlığı özünü göstərir.

Şahanə Quliyeva

Xəstəliklər     Baxılıb: 362   Tarix: 17 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Göz titrəməsi, Nistaqmus xəstəliyi nədir?

Nistaqmus, görmə və dərinlik düşüncəsinin azalmasına səbəb olan gözlərin təkrarlayan və nəzarətsiz bir formada yana, aşağı-yuxarı ya da dairəvi düzəndə hərəkət etməsidir. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz

Skolioz nədir?

Skolioz onurğa sütununda yaranan əyilmədir. xəbər verir ki, uşaqlarda qamət pozğunluğu adətən boy artımı zamanı yaranır. Bu zaman digər orqanlarda da dəyişikliklər baş verir. Daha sonra isə orqanların funksional pozğunluğ

Uretra darlığı nədir?

Uretra darlığı bəzi problemlər zamanı ortaya çıxa bilir. xəbər verir ki, uretra kanalında olan darlıq sidik ifrazının azalmasına,yanma-göynəməyə səbəb ola bilir. Bes uretra darligi ne zaman yaranir?. Uretrada olan darlığı

Distoni xəstəliyi nədir?

Distoni problemi nədir?. Səbəb və əlamətləri barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Distoni, əzələlərin gərginləşdiyi, təkrarlayan bir hərəkət pozuntusu olaraq bilinir. Xüsusilə Parkinson kimi xəstəliklərdə

Kifoz nədir?

Kifoz xəstəliyi kiçik ölçüdə olan zaman şəxsi çox narahat etməz, ancaq böyüdüyü zaman insan həyatında böyük problemlərə yol aça bilir. Kifoz problemi şəxsin gündəlik həyatında etdiyi iş və hərəkətlərdən qaynaqlanır. Kifo

Mastit nədir?

Mastit, adətən əmizdirmə müddətində süd vəzisində süd toplanmasına bağlı olaraq süd vəzi toxumasının iltihablanmasıdır. Mastit barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, əmizdirmə müddətind

Kişi klimaksının əlamətləri

Kişi klimaksı nədir?. Bir çox kişilərdə baş verən dəyişiklikdir. Adətən 40-70 yaş arasındakı kişilərin cinsiyyət vəzlərində dəyişikliklər baş verir. Bu, xayalarda degenerativ dəyişikliklərdə əlaqəlidir. xəbər verir ki, b

Enməmiş xaya, kriptorxizm nədir?

Oğlan uşaqlarında ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, bel nahiyəsində qoyulur. İnkişaf etdikcə xaya xayalığa doğru enməyə başlayır. 8-9-cu aylarda xayalığa enir. Doğulan zaman isə xaya xayalıqda olur. Bəzə

Şahdamar tıxanıqlığı

Şahdamar tıxanıqlığı geniş yayılan problemlərdən biridir. Bəs şahdamar tıxanıqlığı nə üçün yaranır?. xəbər verir ki, şahdamar tıxanması adətən damar sərtliyi, damar kirəclənməsindən yaranır. Şahdamar tixaniqligi kimlerd


dis agrisi hamilelik testi qarin agrisi babasil mualicesi