Dəri ləkələri

Dəri ləkələriLəkə müalicəsi, üz və ya vücudun hansısa nahiyəsində yaranan ləkələrin aparılması üçün edilən tibbi vəziyyətdir.

Bəs dəri ləkələrinin səbəbləri nələrdir?

Dəri ləkələri barədə ətraflı məlumatı məqaləni sonadək oxuyaraq əldə edə bilərsiniz.

Doktorinfo.az xəbər verir ki, doğuşdan sonra və ya hansısa bir zamanda ortaya çıxan ləkələr üçün bu müalicə tətbiq olunur. Müalicə ilə ləkələrin azaldılması və ya yox edilməsi bəzi tibbi üsullarla mümkün hala gələ bilir. Məsələn, lazer, ləkə müalicəsinin ən təsirli üsullarından biridir. Bu üsulla seanslar halında prosedur edilib ləkələrin azaldılması, yox edilməsi təmin edilir. Lazer xaricində ferqli üsullarda dəri tipinə və ləkələrin vəziyyətinə görə qərar verilib gerçəkləşdirilir. Bu, ləkələri müayinə edərək həkim tərəfindən təyin edilir.

Leke mualicesinin faydasi nedir?

Doktorinfo.az məlumat verir ki, ləkə müalicəsi, vücudunuzda yaranmış ləkələrin yox olmasını təmin edir. Bu müalicə ilə görüntü olaraq təmiz üzə sahib olmaq mümkündür. Dərinizin daha parlaq olmasını təmin edib dəri bariyerini gücləndirərək ləkə yaradacaq formada ortadan qaldıra bilərsiniz. Hemcinin dərinizi yeniləyərək yeni görüntüyə sahib ola bilərsiniz.

Deri lekesi ne ucun olur?

Ləkə müalicəsi üçün həkimə müraciət edərkən ilk olaraq bu ləkələrin yaranma səbəbi öyrənilir. Bundan sonra ləkələrin azaldılması üçün tövsiyələr verilir. Bu ləkələrin yaranma səbəbləri arasında ən çox qarşılaşılan günəş şüaları və sızanaq sonrasında ləkələrin yaranmasıdır. Sızanaqlardan sonra bunların izinin qalması böyük ehtimaldır. Bu səbəbdən yaranandan sonra sızanaqlara toxunmaq tövsiyə edilmir. Dəri ləkəsinin yaranmaması üçün xüsusilə günəş şüalarından qorunmaq gərəklidir. Bunun üçün günəş kremi istifadə etməyiniz tövsiyə edilir.
Dəri ləkələriDeri lekesinin novleri hansilardir?

Ləkə müalicəsi üçün ilk olaraq ləkənin növünü öyrənmək gərəklidir. Bu vəziyyətdə uyğun üsul istifadə edilərək təsirli nəticə alına bilər. Məsələn, sızanaqlardan sonra yaranan bir leke ola biləcəyi kimi günəş şüalarına məruz qalmaqdan yaranan günəş ləkəsi fərqli olur. Dəri ləkələri olaraq saya biləcəyimiz digər ləkələr də bunlardır:

Dəri xalları

Doğuş ləkəsi

Çillər

Hamiləlik zamanında yaranan ləkələr

Dəri səpkisi kimi fərqli ləkə növləri də mövcuddur.

Leke mualicesi kimler ucun uygundur?
Dəri ləkələriSəpkiləri olan və bundan sonra ləkə yaranan şəxslər

Günəş ləkələrinə sahib və qocalmağa bağlı olaraq dərində lekelenmeler olan şəxslər,

Dərini yeniləmək, gəncləşdirmək və dəri problemlərini həll etmək istəyənlər üçün olduqca uyğundur.

Buna baxmayaraq bəzi şəxslərə edilmir:

Qocalmağa görə yaranan dəri yaralanmaları və ləkə problemi olanlar

Dərisi olduqca həssas, allergik dəri quruluşu olanlar

Dəri təbəqəsi normal olmayanlar

Dəridə açıq yara olanlar.
Dəri ləkələriDəri ləkələrinə qarşı hansı tədbirlər görülə bilər?

Yaz-qış fərq edilmədən çölə çıxmadan öncə günəş kremi istifadə edilməlidir.

Ləkə və ya uz qalmaması üçün sızanağı sıxmamaq

Makiyaj məhsullarının tərkibinə diqqət edilməlidir

Xüsusilə yaz aylarında uzun müddət günəşə məruz qalmaqdan qaçınılmalı

Ləkə yaranmasının qarşısını almaq üçün siqaretdən imtina edilməlidir.

Dərini nəmləndirmək üçün dəri bariyeriyasını gücləndirməli.

Üzdəki ləkələr üçün hansı həkimə müraciət edilməlidir?

Ləkə müalicəsi üçün və səpkilərlə bağlı problemlər yaşayırsınızsa bu mövzuda destek ala biləcəyiniz, dermatolologiya sahəsində uzmanlığı olan mütəxəssislərdir. Dermatoloq, kosmetoloqa gedərək probleminizi deyə bilərsiniz.

Dəridəki qəhvəyi rəng ləkələr necə yox edilir?

Ləkə müalicəsini etdirmək istəyənlər, bu ləkələrə yaşlılıq ləkəsi, çil və ya qəhvəyi rəng ləkələr olaraq adlandırırlar. Dəridə qəhvəyi rəngdə yaranan bu ləkələr üçün uyğun müalicə üsullarını seçmək lazımdır. Bu prosedurlardan sonra ləkələrdə azalma görülür.

Mezoterapiya ilə dəri ləkələrini müalicə etmək olarmı?

Ləkə müalicəsi üçün və ya başqa səbəblərdən dəriyə mezoterapiya tətbiqinin edilməsi, dəridəki kollagen miqdarını artıraraq dərinin yenilənməsini təmin edir. Beləliklə dəri özünü yeniləyir, daha sağlam, parlaq görüntüyə qovuşur.

Şahanə Quliyeva

Sağlamlıq Xəbərləri     Baxılıb: 427   Tarix: 08 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Endokrinologiya nədir?

Endokrinologiya tibb elminin çox vacib və əhəmiyyətli sahələrindən biridir. Endokrin sistemi daxili vəzləri bir araya toplayır. xəbər verir ki, daxili sekresiya vəziləri hormon sintez edən və ifraz edən orqanlardır. Endokri

Aterosklerozun risk faktorları

Ateroskleroz nədir?. Ateroskleroz son zamanlar geniş yayılan problemlər arasında yer alır. Ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri damar sərtliyidir. xəbər verir ki, damar sərtliyi Aterosklerozdur. Aterosklero

Hicama faydaları və zərərləri

Keçmiş zamanlardan bu günə qədər bir çox müalicə növləri tətbiq olunur. Hicama da bunlardan biridir. Dəri səthinə tətbiq olunan hicama, kiçik damarın altında qurulan vakuum qüvvətindən istifadə edilən texnikadır. Bel, boyu

Böyümə hormonu nədir?

Growth hormonu və somatotropin kimi adlarla bilinən böyümə hormonu, beyindəki hipofiz vəzindən istehsal olunan, uşaqlarda və yeniyetmələrdə böyüməyə təşviq edən təbii hormondur. xəbər verir ki, vücudun əzələ və sümük quruluşunu

Yeməkdən sonra çay içmək bu xəstəliyi yaradır

Qanda hemoqlabin adlı zülalın insan orqanizmi üçün əhəmiyyətli dərəcəsi çoxdur. xəbər verir ki, bu zülalın aşağı düşməsi və ya qırmızı qan hüceyrələrinin sayının azalması qanazlığı problem yarada bilər. Anemiya isə ayrılıqd

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri

Toyuq zəhərlənməsinin əlamətləri

Toyuq, sevəni də sevməyəni də çox olan ət məhsullarından biridir. xəbər verir ki, müxtəlif qida zəhərlənmələri arasında ən təhlükəli olanlardan toyuq zəhərlənməsində, salmonella bakteriyasının mövcudluğuna diqqət etmək lazımdır

Dəri ləkələri

Ləkə müalicəsi, üz və ya vücudun hansısa nahiyəsində yaranan ləkələrin aparılması üçün edilən tibbi vəziyyətdir. Bəs dəri ləkələrinin səbəbləri nələrdir?. Dəri ləkələri barədə ətraflı məlumatı məqaləni sonadək oxuyaraq əld

Qulaq kiri nə üçün olur?

Qulaq kiri adlanan xarici qulaq vəzlərində istehsal edilən, yaşıl, boz, qara və ya sarımtıl rəngdə olan maddə, adətən qulağı mikroblara qarşı qoruyur. Qorunma mexanizmidir desək yanılmarıq. məlumat verir ki, qulaq kanalındak


qarin agrisi dis agrisi babasil mualicesi tecili yardim