Sidik rənginiz içilən su miqdarını ortaya çıxardır

Sidik rənginiz içilən su miqdarını ortaya çıxardırİnsan vücudunun 60% sudan ibarətdir. Tərkibindəki minerallar, biokimyəvi reaksiyaların gerçəkləşməsində və sistemlərin uyğun çalışmasında rol alır.

Sidik rənginizdən suyu nə qədər içdiyinizi görə bilərsiniz

Doktorinfo.az xəbər verir ki, vücud mayelərinin yəni qan mədə istehsalı, tüpürcək, sidik, oynaq mayesi və beyin fəqərələr mayesinin böyük qismini su təşkil edir. İnsan vücudu üçün çox önəmli faydaları olan su olmazsa şəxs sadəcə 3-4 gün həyatda qala bilir. Su insan həyatı üçün oksigendən sonra əhəmiyyətli ən vacib ikinci ehtiyac olaraq göstərilir.

Çünki qanın 83%, sümüklərin 22%, beyinin və əzələlərin 75% sudan ibarətdir. Tər, tüpürcək, sidik kimi vücud mayelərinin istehsalı, atıqların atılması, suda əriyən qidaların sovrulması, vücud istiliyinin tənzimlənməsi su ilə mümkün olur.

Su hüceyrələri qidalandırır
Sidik rənginiz içilən su miqdarını ortaya çıxardırSuyun ən vacib vəzifələrindən biri toksinlərin vücuddan uzaqlaşdırıb, hüceyrələrin qidalanmasına kömək olmaqdır. Qan təzyiqi və vücud istiliyinin tənzimlənməsini təmin etməkdir. Ağız, üst tənəffüs yolları və ağciyərin nəmlənməsinə yardımcı olaraq tənəffüsə dəstək olmaqdır. Su, qidaların həzminə yardımcı olur, qəbizliyin qarşısını alır və bağırsaqların çalışmasında, böyrəklərin fəaliyyətinə təsir göstərir, daş yaranmasının qarşısını alır. Su kifayət qədər içildiyi zaman vücuddan ödəm atılır.

Yetərli su içmək dəri sağlamlığını qoruyur

Gündə 2- 3 litr arası su icmek sadəcə vücuda yaxşı təsir göstərməklə qalmamaqla eyni zamanda dəri sağlamlığının qorunmasında da təsirli rol oynayır.

Saçlarda tökülmə və kəpəklənməyi azaldarkən, çəki vermək istəyənlərdə yağ ərinməsinə kömək olaraq maddələr mübadiləsini sürətləndirir.

Oynaq mayesində mövcud olan su ilə oynaq sürüşkənliyi artar, ağrılar azalır. Beyin funksiyaları su ilə tənzimlənir, unutqanlıq və stresə yaxşı təsir göstərir. Reflüks, qastrit və ya ağız qoxusu olan şəxslərdə şikayətlər azalır.

Sidik rengi icilen su miqdarini ortaya cixarir

İqlim, fiziki hərəkət və əlavə xəstəliklər ilə birlikdə hər kəsin gündəlik 2-3 litr arasında su istifadəsi tövsiyə edilir.

Bəzi xəstəliklərdə qrip, ishal, sidik yolu infeksiyada, hamiləlik, süd vermə müddətində su istifadəsində artış tövsiyə edilir. Xüsusilə sidik rənginin tünd olması kifayət qədər su içilmədiyinin göstəricisi ola bilər.

Normal sidiyin rəngi sarının hər tonudur. Sidiyə rəngini verən, ürokom maddəsidir. Açıq sarı və ya suya yaxın rəng çox maye istifadə edildiyini və sidik tündlüyünün ən aşağı səviyyədə olduğunu göstərirkən, tünd sarı isə mayenin az istifadə edildiyini və ya böyrəyə az maye gəldiyini işarət edir. Tünd sarı sidik ilə qarşılaşan şəxslərin su istifadəsini artırması tövsiyə edilir.
Sidik rənginiz içilən su miqdarını ortaya çıxardırÜrək çatışmazlığı və ya böyrək çatışmazlığı kimi vəziyyətlərdə həkimin tövsiyə edəcəyi formada su istifadəsi tövsiyədir. Həddindən çox su içmə istəyi və susuzluq hissi, şəkər xəstəliyi, hormonal pozintular və ya böyrək xəstəliklərinə işarət edir. Suyun həddindən çox istifadəsi mənfi nəticələrə səbəb ola bilir.

Normal şərtlərdə artıq su içilməsi boyreklerin həddindən çox çalışmasına, vücuddakı sodium, potassium və bir çox mineral tarazlığının pozulmasına səbəb ola bilir. Vücuddakı bütün funksiyalar mənfi şəkildə təsirlənə bilir. Bu səbəbdən kifayət qədər su imək sağlamlıq üçün əhəmiyyətlidir.

Sağlamlıq Xəbərləri     Baxılıb: 135   Tarix: 23 mart 2024
f Paylaş

Oxşar xəbərlər

İmmunoterapiya nədir?

Vücudun immun sistemi, mikroorqanizmlərin və anormal hüceyrələrin tanınması və bunlara qarşı hücuma keçilməsi kimi əhəmiyyətli rol oynayır. xəbər verir ki, biolojik terapiya, bu təbii qorunma sisteminin xəstəliklərə qarş

Sedasiya təhlükəlidir?

Sedasiya xəstənin qorxu, narahatlıq kimi hisslərini azaltmaq üçün istifadə edilən texnikadır. Sedasiya ne ucun edilir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, ən təməl məqsəd isə hərəkətsizliyi

Müalicəvi massajın faydaları

Digər adı ilə də bilinən Medikal massaj stress atma və rahatlamaq, bəzi xəstəliklərin müalicəsi üçün edilən massaj növüdür. Vücudun dövran sisteminə yaxşı təsir etməkdə və ümumilikdə ağrı, iltihablanma, sinir sıxışması kim

Psixologiya nədir?

Psixologiya elmi nədir?. Psixologiya insan zehninin fəaliyyətini, davranışını və emosional təcrübələrini öyrənən elm sahəsidir. Tarixi qədimlərə dayanır. xəbər verir ki, psixolgiya insanın psixikasını, yəni ruh halını öyrənir

Yaşa görə nəbz nə qədər olmalıdır?

Ürəyin hər atışında hiss edilən nəbz, sağlamlığınızı idarə etməkdə əhəmiyyətli rol oynayır. Ürəyin dəqiqədəki atış sayısını müəyyən edən nəbzin dincəlmə dəyəri 60 ilə 100 arasında olmalıdır. Bu vəziyyət dəqiqədən dəqiqəy

Qida zəhərlənməsi

Qida zəhərlənməsi əlamətləri, həzm sisteminə təsir göstərən narahatçılıqları əhatə edir. Qida zəhərlənməsi nədir? Qida zeherlenmesinin səbəbi varmı?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər veri

Boğaz iltihabı: Növləri və müalicələri

Boğaz iltihabı, gündəlik həyatda tez-tez qarşılaşılan və xüsusilə havaların soyuması ilə artan problemdir. xəbər verir ki, bakteriyaların, virusların səbəb ola biləcəyi bu problem, boğazda meydana gəlməsi ilə birlikdə şəxsləri

Qəfil ölüm nədir?

Son zamanlar ani ölümlərin sayında artım müşahidə edilir. xəbər verir ki, qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Bəs qəfləti ürək ölümü nədir?. Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyay

Uşaqlarda günəş vurmanın əlamətləri

Günəş vurması neçə gün davam edər?. Uşaqlarda gün vurmanın əlamətləri nələrdir?. Bu və daha çox məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Günəş vurmasının əlamət göstərmə müddəti şəxsin vəziyyətinə, yaşına, qaynaqlana


hamilelik testi babasil mualicesi dis agrisi tecili tibbi yardim