Sünnət faydalı əməliyyatdır?

Sünnət faydalı əməliyyatdır?Sünnətin sağlamlıq üçün bir çox faydaları mövcuddur.

Sünnətin faydaları nələrdir?

Cinsi orqan əyriliyi, əyri formada idrara getmək, idrar dəliyinin dar olması problemləri geniş yayılıb. Bu zaman sünnət edilmək bu problemlərin aradan qalxmasına yol açacaqdır.

Digər faydası isə gigiyenadır. Cinsi orqanın üzərindəki əlavə dəri götürüldüyü zaman infeksiyaya yoluxmaq riski azalır. Əks halda mikroblar dərinin iç hissəsində toplaşa bilər bu isə bir sıra xəstəliklərə səbəb ola bilər.

Sünnət cinsi orqan xərçəngi riskini azaldır. Sünnət edilən cinsi orqanın sünnət edilməyənlərlə müqayisədə daha az xərçəngə yoluxma riski olduğu təsbit edilmişdi.

Sünnətin digər faydalarından biri yoluxucu xəstəliklərdən qorumasıdır.

Prosedurun, sidik yolu infeksiyasına qarşı qoruyuculuğu mövcuddur.

Sünnət olunan şəxslərdə sonsuzluq çox müşahidə edilmir.
Sünnət faydalı əməliyyatdır?Yeni doğulan ərəfədə uşağa edilən sünnətin faydaları nələrdir?

Adətən uşağın doğulmasından sonrakı ilk aylarda sünnətin edilməsi tövsiyə edilir.

Səbəbi isə budur:

Körpə olan zaman yaralar daha tez sağalır.

Qanaxma riski olduqca aşağıdır. Gözlənilən qanaxmadan daha az qanaxma olur.

Yeni aylarda edilən zaman infeksiyaya yoluxma riski çox az olur.

Yeni doğulan zaman istifadə edilən anesteziya ilə sonrakı zamanlarda edilən fərqli tərkibli olur. Körpələrdə ümumi anesteziya deyil lokal formalıdan istifadə edilir.
Sünnət faydalı əməliyyatdır?Sünnət hansı yaşda edilməlidir?

Sünnət üçün tibbi ehtiyac varsa hər yaşda edilə bilər. Ancaq xüsusi göstəriş yoxdursa bu prosedurun uşaqkən edilməsi uyğundur. Psixoloji olaraq mənfi təsir göstərə billəcəyi üçün 2-6 yaş arası uşaqların lokal anesteziya altında sünnət edilməsi tövsiyə edilməz. Bu yaş aralığında ediləcəksə ümumi yatızdırılaraq edilməsi daha məqsədəuyğundur.

Uşaqların həyatlarının ilk 1-6 ay arası edilməsi ən düzgün seçimdir. İstər sağlamlıq, istər psixoloji cəhətdən belə uyğundur.

Allergik vəziyyətlərdə öncə uşağın allergiyası təsbit edilməli, müalicədən sonra sünnət edilməlidir.

Həddindən artıq çəkili uşaqlarda ilk olaraq arıqlama planı tutulmalıdır. Əks halda problemlər yaşana bilər.

Yırtığı olan uşaqlarda sünnətin bu növ əməliyyatlar əsnasında edilməsi uyğun görülür.

Sünnət, bu üzrə peşəkar həkim tərəfindən edilməlidir

Əks halda:

Qanaxma yarana bilər

Düzgün olmayan kəsim edilə bilər.

Zədəli kəsim nəticəsində ortaya düzgün olmayan görüntü çıxar ki bu sağlamlıq üçün də düzgün olmaz və yenidən sünnətə ehtiyac duyula bilər.

Çox şişlik, düzəlməyən yaralar yarana bilər.
Sünnət faydalı əməliyyatdır?Sünnətdən sonra diqqət ediləcək məqamlar:

Sünnətdən sonra keyidicinin təsiri 4-5 saatdan sonra keçməyə başlayan zaman ağrı ola bilər. Uşağa yazılan ağrıkəsici sirop,antibiotik kremi mütəmadi istifadə edilməlidir.

İki gün uşağı həddindən çox hərəkətdə olmaqdan qoruyun.

Alt paltarı geniş, rahat seçilməlidir ki, əməliyyat yeri ağrıtmasın.

Yaranın təmiz formada olmasına diqqət etmək lazımdır. 3-4 gün sonra uşaq duş vannasına girə bilər.

Tam sağalmaq isə hər dəridə fərqli olduğu üçün dəqiq gün sayı demək doğru olmaz.

Əməliyyatlar     Baxılıb: 227   Tarix: 21 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Ürək əməliyyatından sonra bunları edin

Ürək əməliyyatları adətən məşəqqətli olur. Bu əməliyyatdan öncə və sonra da xüsusi məqamlara diqqət etmək vacibdir. xəbər verir ki, sulu qidaların istifadəsi daha üstünlükdür. Çünki bu zaman xəstələrin qəbiz olmamasına diqqə

Blefaroplastika əməliyyatı

Yaşın irəliləməsi və yer çəkiminin də təsiri ilə dəridə təbii olaraq sallanmalar yaranır. Bu səbəblərlə göz qapaqlarında torbalanma, dəridə bollaşma, rəng dəyişikliyi, rahatlama və qırışıqlıqlar kimi əlamətlər ortaya çıxar

Mammoplastika əməliyyatı

Sinə estetikası olaraq adlandırılan, sinə böyütmə-kiçiltmə olaraq da bilin mammoplastika, süd vəzisinin görünüşünü dəyişdirmək və yenidən şəkilləndirmək üçün tətbiq olunan plastik cərrahi prosedurdur. Mammoplastika əməliyyat

Kök hüceyrəli yağ inyeksiyası nədir?

Vücudumuzdan liposaksiya ilə alınan yağın qalın partikülləri təmizləndikdən sonra ehtiyac duyulan başqa nahiyəyə inyeksiya edilir. Yağ inyeksiyası ən çox hansı nahiyələrə edilir?. xəbər verir ki, vücudun gərək duyulan hə

Botox (Botoks) nədir?

Botoks (Botox), Clostridium botulinum bakteriyasının yaratdığı tibbi proteindir və botulinim toxin sözünün qısaldılmış halı olaraq adı keçir. xəbər verir ki, mütəxəssislərlə və doğru formada tətbiq edildiyi zaman müalicəedic

Otoplastika əməliyyatı

Otoplastika əməliyyatı, qulaqların xaricə doğru çıxıq bir görünüşə sahib olması vəziyyətində, qulaq formasının yenidən şəkilləndirilməsi məqsədilə edilən cərrahi prosesdir. xəbər verir ki, şəlpə qulaq əməliyyatı sayəsind

Popofilinq əməliyyatı

Popo estetikası, görüntünü yaxşılaşdırmaq üçün edilən estetik cərrahi prosedurdur. xəbər verir ki, bu prosedur, poponun daha dolğun, daha yüksək və ya daha simmetrik görünməsini təmin edir. Hər bir üsulun riskləri vardır

Skleroterapiya nədir?

Varikoz bir çox insanların ortaq problemidir. Müasir dövrdə varikozun müalicəsi dedikdə ilk düşünülən üsullardan biri məhz Skleroterapiyadır. Effektiv metod sayılan Skleroterapiya - damar boşluğu içərisinə dərman-skllerozan

Rinoplastika, burun əməliyyatı

Rinoplastika nədir? Kimlərə göstərişdir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Rinoplastika, qığırdaq və sümüklərin quruluşunu dəyişərək buruna verilən yeni formanı təmin edən burun əməliyyatıdır


sekis boyrek agrisi bogaz agrisi hamilelik testi