Böyrək xərçənginin simptomları və mərhələləri

Böyrək xərçənginin simptomları və mərhələləriBöyrəyin əsas vəzifəsi, qanı süzdükdən sonra artıq maddələrdən sidik yaratmaq və qandakı kimi mineralların tarazlığını təmin edir. Böyrək xərçəngi, normal funksiyasını yerinə gətirən hüceyrələrin formasını itirərək anormal dərəcədə böyüməsi və nəzarətsiz çoxalmasıdır.
Siqaretdən istifadə, piylənmə böyrək xərçəngi riskini artırır. Bununla yanaşı birinci dərəcə qohumlarda böyrək xərçəngi olanlar və təzyiq xəstələrinin də böyrək xərçəngi cəhətdən riskli qrupda olduğu düşünülür.

Erkən mərhələdə xərçəng heç bir əlamət vermədən irəliləyə bilər. Bu səbəblə ediləcək müntəzəm müayinələr son dərəcə vacibdir. Bunun sayəsində erkən dövrdə aşkar edilən böyrək xərçənginin müalicəsində çox yüksək nailiyyət əldə edilə bilər.

Böyrək xərçənginin səbəbləri nələrdir?
Böyrək xərçənginin simptomları və mərhələləriSon illərdə xərçəng xəstələrinin təxminən 4%-ində böyrək şişləri meydana gəlib. Bu xəstəlik üçün risk faktorlarının başında siqaretdən istifadə, piylənmə, yüksək təzyiq, ailədə genetik xəstəliyin olması, ətraf faktorlar gəlir.

Böyrək xərçənginin əlamətləri nələrdir?

Sidikdə qan görülməsi

İştahsızlıq, çəki itkisi

Halsızlıq, tez yorulma

Bir səbəbi olmadan yaranan bel ağrısı, yan ağrısı

Yanlarda və ya qarında yaranan şişkinlik

Şiddətli qarın ağrısı

Keçməyən yüksək qızdırma

Digər orqanlara verilən metastaz nəticəsində nəfəs almaqda çətinlik, bəlğəm, ağrılar müşahidə edilə bilər.

İlkin ərəfədə görülməsə də USM, tomoqrafiya nəticəsində aşkara çıxa bilər.

Böyrək xərçənginin mərhələləri

Böyrək xərçəngi xəstəliyinin müalicəsində hansı mərhələdə olmaq vaciblik daşıyır.
Böyrək xərçənginin simptomları və mərhələləriMərhələləri hansıdır?

Mərhələ 1 – Böyrək xərçənginin ilk zamanında şiş toxuması böyrəklə sərhədlidir. Ölçüsü 7 sm-dən daha çox olmur.

Mərhələ 2 – İkinci ərəfədə şiş yaxın orqanlara ya da limfa düyünlərinə yayılmır. Ancaq toxumaların ölçüsü 7 sm-dən daha böyük olur.

Mərhələ 3 – Digər daxili orqanlara yayılmasa da, böyrək ətrafıda artım müşahidə edilir.

Mərhələ 4 – Bu mərhələdə artıq xərçəg xəstəliyi digər ətraf orqanlara yayılmış olur...
Böyrək xərçənginin simptomları və mərhələləriMüalicə üsulları:

Müalicə individualdır. Xəstəliyin mərhələsinə, tibbi xüsusiyyətlərə görə dəyişir. Mümkün qədər orqanı saxlamaqla şişi götürmək əsas məqsəd daşıyır.
Cərrahi əməliyyat üçün uyğun olmayan xəstələrdə radiofrekans, ablasyon, kimyaterapiya kimi üsullardan istifadə edilir. Xəstəliyin yayılmış olduğu xəstələrdə xərçəngli toxumaları hədəf alaraq dərmanlar və kimyaterapiyalar istifadə edilir. Daha irəli xəstəliklərdə irəliləməyin qarşısını almaq üçün radioterapiya tətbiq oluna bilər.

Sağlamlıq Xəbərləri     Baxılıb: 623   Tarix: 11 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Histamin nədir?

Histamin, insan vücudunda təbii olaraq mövcud olan, bitki və heyvanlar tərəfindən sintez edilə bilən bioloji amindir. xəbər verir ki, histidin tərkibli qida maddələri histaminə çevrilə bilir. Histamin ola bilməsi üçün ortamd

Aterosklerozun risk faktorları

Ateroskleroz nədir?. Ateroskleroz son zamanlar geniş yayılan problemlər arasında yer alır. Ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri damar sərtliyidir. xəbər verir ki, damar sərtliyi Aterosklerozdur. Aterosklero

Dumanlı beyin sindromu xəstəlikdir?

Bəzən baş ağrıları yaşanılır. Bəzilərində isə ağrılarla yanaşı başda ağırlıq, diqqət əksikliyi, yaddaşda zəiflik də müşahidə edilir. Bu, dumanlı beyin kimi kimi bilinir. xəbər verir ki, tibbi dildə bu adda diaqnoz olmas

Nevrologiya nədir?

Nevrologiya nədir?. Bu sahə ilə kim məşğul olur?. Daha ətraflı məlumat üçün məqaləni oxuya bilərsiniz. Nevrologiya – sinir sistemi xəstəliklərini öyrənən elm sahəsidir. xəbər verir ki, bu sahə ilə isə nevroloqlar məşğul olur

Dəri ləkələri

Ləkə müalicəsi, üz və ya vücudun hansısa nahiyəsində yaranan ləkələrin aparılması üçün edilən tibbi vəziyyətdir. Bəs dəri ləkələrinin səbəbləri nələrdir?. Dəri ləkələri barədə ətraflı məlumatı məqaləni sonadək oxuyaraq əld

Travmatologiya nədir?

Bir çox xəstəlikləri müalicə edən travmatologiya tibbin bir sahəsidir. Travmalar, qəzalar nəticəsində insan vücudunda bir çox yanıqlar, sınıq, əzilmələr və s kimi hallar baş verir. Hansi xestelere travmatologiya sobesind

Fobiyadan necə qurtulmalı?

Fobiya və qorxu bir çox insanın yaşadığı, həmçinin çoxluqla qarşılaşılan mövzusudur. Ancaq bunların fərqi vardır. xəbər verir ki, qorxu insanları təhlükədən uzaqlaşdırır, fobiya isə insan həyatına maneə olaraq çətinlik yaradır

Əsəbi cilovlamağın yolları

Əsəb duyğusu əksər zaman qarşılanmayan gözləntilər, təmin olunmamış istəklər və istənilməyən nəticələrə verilən reaksiya olaraq yaranır. Əsəb nədir? Necə cilovlamaq olar?. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadə

Uşaqlarda günəş vurmanın əlamətləri

Günəş vurması neçə gün davam edər?. Uşaqlarda gün vurmanın əlamətləri nələrdir?. Bu və daha çox məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Günəş vurmasının əlamət göstərmə müddəti şəxsin vəziyyətinə, yaşına, qaynaqlana


tecili yardim babasil mualicesi bogaz agrisi boyrek agrisi