Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob xəstəliyi: Əlamətləri və müalicəsiZob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir.

Doktorinfo.az xəbər verir ki, qalxanabənzər vəz endokrin vəz adlanır. Fəaliyyəti nəticəsində T3 və T4 adlı hormonları istehsal edir və bütün orqanlara ötürür.
Xüsusilə yod əksikliyi olan insanlar arasında bu problem daha çox müşahidə edilir. Qadınlar kişilərlə müqayisədə daha çox risk daşıyırlar.

Əgər bu şişin bədxassəli olduğu təsdiq olunarsa cərrahi əməliyyata ehtiyac ola bilər.Yodun qəbulu bu xəstəliyin müalicəsində istifadə edilir.

Tiroid hormonu normal miqdarda olduğu müddətcə tiroid vəzi nə qədər böyüsə də nəfəs borusuna təzyiq göstərmədiyi müddətcə problem ortaya çıxmaz. Ancaq tiroid hormonu normadan artıq çalışarsa və hipertireoz yaranarsa padioaktiv yod müalicəsi və ya əməliyyata ehtiyac ola bilər. Bu vəziyyətə "zəhərli zob" da deyilir.

Zob xəstəliyi adətən ağrı yaratmaz, amma çox böyüdüyü zaman öskürək, udma çətinliyi, nəfəs almaqda problemə səbəb ola bilər.

Bəzi formalarında isə müəyyən əlamətlər görülə bilər.

Zobun elametleri

Udqunmada çətinlik

Nefes darligi

Öskürmə

Boyunda şişlik

Arıqlamaq və ya əksinə çox kökəlmək

Boğazda ağrılar

Gün ərzində yorğunluq, tükənmişlik hissi

Saç tokulmesi

Depressiv hallar, unutqanlığın artması və s.

Bu əlamətlər mütəmadi davam edərsə vaxt keçmədən həkimə müraciət etmək lazımdır.

Zob xəstəliyi: Əlamətləri və müalicəsiZob xesteliyinin yaranma sebebleri:

Dəqiq səbəbi hələ araşdırılaraq tapılmayıb. Daha çox görülən səbəbi çox zaman qidalanma zamanı yaranan yod əksikliyidir. Digər səbəbləri sırasında yer alır:
Haşimato

Tiroid vəzində şişlik

Tiroid xərçəngi

Hamiləlik

Şişlər

Boyun nahiyəsindən radiasiyaya məruz qalanlar

Qalxanvari vəzin iltihabi xəstəliyi yer alır.

Zob xəstəliklərinin bütün formaları simptomlara yol açmaz.
Zob xəstəliyi: Əlamətləri və müalicəsiZobun mualicesi:

Zobun böyüklüyünə, şikayətlərə, xəstəliyi yaradan səbəblərdən asılı olaraq müalicə üsulu təyin edilir. Böyük olmayan və problem yaratmayan kiçik böyümələrdə müalicəyə ehtiyac duyulmur.

İlk olaraq həkim tərəfindən boyun nahiyəsindən əllə müayinə edilir. Daha sonra qan analizi və vücuddakı TSH, T3, T4-ün miqdarına baxılır. USM ilə boğaz yoxlanılaraq düyün olub-olmadığı yoxlanılır. Gərək duyularsa biopsiya edilir.

Dərman, padioaktiv yod müalicəsi və ya cərrahi üsullardan bir və ya bir neçəsi tətbiq oluna bilər. Əgər xəstədə hormon əksikliyi mövcuddursa buna uyğun dərman preparatları da verilir.

Nəzərə çatdırmaq lazımdır ki, əməliyyatın bəzi əks göstərişləri ola bilər. Belə ki, səs telləri zədələnə bilər. Bundan əlavə əməliyyat əsnasında bəzi vəzlər yanlışlıqla çıxarılarsa xəstədə kalsium əksikliyi yarana bilər. Bu vəziyyətdə xesteye derman olaraq kalsium verilməlidir.

Həkimə nə zaman gedilməlidir?

Əgər güzgüyə baxan zaman boyun nahiyənizdə şişlik görürsünüzsə, bununla yanaşı sürətli ürək döyüntüsü, əsəbilik, keçməyən ishal, qəbizlik, yuxusuzluq və ya əllərdə titrəmə, udqunma çətinliyindən əziyyət çəkirsinizsə endokrinoloqa müraciət etməlisiniz.

Xəstəliklər     Baxılıb: 726   Tarix: 01 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Qulaq qripi nədir?

Qulaq infeksiyaları ən çox qarşılaşılan vəziyyətlərdən biri qulaq qripidir. xəbər verir ki, normalda orta qulaq boşluğunda hava mövcuddur. Qulaq zərinin iki tərəfində yəni orta qulaq ilə xarici qulaq yolu arasında təzyi

Toksikodermiya nədir?

Toksikodermiya dəri xəstəliyidir. Dərinin iltihabi prosesidir. xəbər verir ki, xəstəlik şiddətli və yüngül keçir. Toksikodermiyaya adətən kimyəvi maddələr, dərmanlar yol açır. Toksikodermiyanin sebebleri:. Toksiki maddələr

Uçuq nədir?

Xalq arasında uçuq olaraq bilinən herpes infeksiyası, Herpes Simpleks virusunun səbəb olduğu bir infeksiya xəstəliyidir. İnfeksiyanın vücudun hər yerində görülmək ehtimalı olsa da tez-tez ağız ətraflı və genital nahiyəd

Göz titrəməsi, Nistaqmus xəstəliyi nədir?

Nistaqmus, görmə və dərinlik düşüncəsinin azalmasına səbəb olan gözlərin təkrarlayan və nəzarətsiz bir formada yana, aşağı-yuxarı ya da dairəvi düzəndə hərəkət etməsidir. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz

Distoni xəstəliyi nədir?

Distoni problemi nədir?. Səbəb və əlamətləri barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Distoni, əzələlərin gərginləşdiyi, təkrarlayan bir hərəkət pozuntusu olaraq bilinir. Xüsusilə Parkinson kimi xəstəliklərdə

Sümük iliyi xərçəngi nədir?

Vücudda fərqli tip hüceyrələr mövcuddur. Leykositlər: Xalq arasında akyuvar, bəyaz qan hüceyrələri ya da mübarizəçi hüceyrələr olaraq bilinən leykositlər infeksiyalara qarşı mübarizə aparan hüceyrələrdir. Eritrositlər: Alyuva

Laringit nədir?

Laringit, qırtlaq və ya səs qutusu iltihabına verilən addır. Səs telləri həddindən çox istifadə edildiy zaman və ya infeksiyaya yoluxduğunda laringit ortaya çıxa bilir. Bəzi laringit xəstəlikləri zamanı səs duyulmaya bilər

Mastit nədir?

Mastit, adətən əmizdirmə müddətində süd vəzisində süd toplanmasına bağlı olaraq süd vəzi toxumasının iltihablanmasıdır. Mastit barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, əmizdirmə müddətind

Miopatiya, əzələ xəstəliyi nədir?

Miopatiya əzələlərə təsir göstərən xəstəlikdir. Adətən əzələ zəifliyi, sərtlik kimi əlamətlərlə özünü göstərir. Miopatiya barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Miopatiya ne ucun olur?. xəbər veri


hamilelik testi babasil mualicesi tecili tibbi yardim dis agrisi