Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Vücudda yaranan qırmızı xal təhlükəlidir?Qırmızı xal, vücudda hər nahiyədə yarana bilən dəri problemidir. Rəngi bənövşəyi, qırmızı rəngdə olduğu üçün qırmızı qal adlanır. Adətən 30 yaşdan sonra daha çox görülür. Qırmızı xalın içərisindəki kiçik qan damarlarının toplaşmaları ona qırmızı görüntünü verir. Digər xallardan fərqli olaraq damarlardan yaranan xal növü hesab edilir. Bu səbəbdən "damar xalı" da deyilir. Bəzən sərt formalı görüntüsü olsa da ani zərbə nəticəsində qanaya, zədələnə bilər.

Bu tip dəri prosesi əgər tez-tez qanamırsa və ya ölçüsü, forması, rəngi dəyişmirsə adətən problem yaratmır. Əgər qanaxma və ya görüntüdə dəyişiklik varsa həkimlə məsləhətləşməkdə fayda vardır. Bunlar dəri xərçənginin əlaməti ola bilər.
Vücudda yaranan qırmızı xal təhlükəlidir?Qırmızı xalın yaranma səbəbi nədir?

Qırmızı xalın yaranmasının tam səbəbi bilinmir, ancaq bəzi insanlarda bunun genetik faktordan qaynaqlandığı deyilir. Bundan başqa hamiləlik, kimyəvi maddələrə məruz qalma, bəzi xəstəliklər buna yol aça bilər. Bəzi mənbələr xalın yaranmasını mədə-bağırsaq, qaraciyər, tiroid hormonu ilə əlaqələndirsə də bu, təsdiqini tapmayıb. Bu səbəbdən xüsusi narahatçılığa ehtiyac yoxdur.
Qırmızı xal yaşla bağlıdır. Əksər insanlarda məhz 30 yaşdan sonra meydana çıxır. Ölçüləri isə yaşla əlaqəli olaraq arta bilər. Bunu isə aparılan araşdırmalar təsdiq edib.

Formaları necə olur?
Qırmızı xal adətən parlaq qırmızı rəngdə, yumru və ya oval formalı kiçik xal növüdür. Bəziləri yumşaq və dərinizdə normal formada görünə bilər, bəziləri isə daha çıxıntılı olur. Qollarda, ayaqlarda, çiyinlərdə daha çox müşahidə edilir. Əgər həmin nahiyəni qaşısanız, hansısa zərbə nəticəsində kəsilərsə və ya ovalanarsa qanaya bilər.
Həmçinin hörümçəyə bənzər formada da qırmızı xalı görə bilərsiniz. Bu zaman mərkəzdə kiçik qırmızı xal ətrafındakı damarlar isə hörümcək toruna bənzəyən formada olur. Bunlar adətən üz nahiyəsində olur.
Vücudda yaranan qırmızı xal təhlükəlidir?Necə müalicə edilir?
Əksər zaman müalicəyə ehtiyac qalmır, ancaq kosmetik cəhətdən pis görüntü yarada biləcəyi üçün alınması istənilə bilər.
Bu, cərrahi, lazer, yandırılma yolu ilə aradan qaldırılır. Kəsilmə üsulu ilə də xallardan xilas olunmaq mümkündür. Bu prosedurla xal dərinin üst qismindən götürülür.

Bəs götürülən xallar yenidən yaranırmı?

Əgər götürülmə proseduru doğru şəkildə həyata keçirilibsə yenidən qayıtma şansı yoxdur. Başqa nahiyələrdə yaranmağı, artması mümkündür.
Qeyd edək ki, kiçik toxunuşlarla belə xalları götürmək mümkündür, ancaq başqa nahiyədə yaranmasının qarşısını almaq mümkün deyil.
Vücudda yaranan qırmızı xal təhlükəlidir?Qırmızı xallar xərçəngə çevrilirmi?

Əsla xərçəngləşməyən xal qrupundandır. Uzunmüddət qalsa da, böyüsə də xərçəngə çevrilmə ehtimalı yoxdur. Buna baxmayaraq böyük orqanların yanındakı və ya sürətlə böyüyən hemangiomalar həyati təhlükə yarada bilər. Ancaq özlüyündə və ya təbii yollarla kiçilmə ehtimalı yoxdur.

Digər üsullarla götürməyə çalışarkən diqqətli olmaq lazımdır. Çünki qanayarsa təhlükəli vəziyyətə çevrilmək ehtimalı ola bilər.
Vücudda yaranan qırmızı xal təhlükəlidir?

Sağlamlıq Xəbərləri     Baxılıb: 2172   Tarix: 09 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Masaj olunmağın faydaları nələrdi ?

Masajin faydaları nələrdi ? Masaj nə üçün istifadə olunur ? Niyə Bir çox şəxs massajdan istifadə edir. xəbər verir ki, masaj xidməti vücud sağlamlığı cəhətdən olduqca faydalıdır. Şəxslərin sağlam vücuda sahib olması üçü

Boğaz iltihabı: Növləri və müalicələri

Boğaz iltihabı, gündəlik həyatda tez-tez qarşılaşılan və xüsusilə havaların soyuması ilə artan problemdir. xəbər verir ki, bakteriyaların, virusların səbəb ola biləcəyi bu problem, boğazda meydana gəlməsi ilə birlikdə şəxsləri

Disqrafiya nədir?

Disqrafiya nədir?. Disqrafiya, əksər zaman oxunaqsız yazma, yazını tamamlamasının normalın çox üstündə zaman alması və ya böyük əziyyət gərəkdirməsi ilə xarakterizə edilən əl ilə yazma bacarığındakı pozğunluğudur. Disqrafiy

Travmatologiya nədir?

Bir çox xəstəlikləri müalicə edən travmatologiya tibbin bir sahəsidir. Travmalar, qəzalar nəticəsində insan vücudunda bir çox yanıqlar, sınıq, əzilmələr və s kimi hallar baş verir. Hansi xestelere travmatologiya sobesind

Təzyiq ölçən zaman nələrə diqqət edilməlidir?

Təzyiq insan sağlamlığından xəbər verən əsas əlamətlərdən biridir. Ancaq hər formada təzyiq ölçmək doğru deyil. Bunun da düzgün üsulu mövcuddur. Bes evde tezyiq olcen zaman hansi sehvlere yol verilir?. xəbər verir ki, il

Yuxudan duranda ayaqda uyuşmanın səbəbi

Bəzi insanlar səhər və ya gecə yatıb oyandıqdan sonra əllərin keyiməsindən əziyyət çəkirlər. xəbər verir ki, səhərlər ayaqlarda keyimə uyuşma hissi varsa bu diabetik polineyropatiyaya işarət edə bilər. Ayaqlarda yaranan uyuşma

Göz sulanması nədir?

Tibbi ifadəsi ilə epifora olan göz sulanması, gözlərin artıq göz yaşı istehsalı və ya göz yaşlarının olması gərəkdiyi kimi axmaması səbəbiylə meydana gələn vəziyyətdir. Göz sulanmasının səbəbləri barədə ətraflı məlumat üçü

Bağırsaq infeksiyası nədir?

Bağırsaq infeksiyası, xalq arasında ishal olaraq bilinən və gündəlik yaşayış tərzinə mənfi təsir göstərən infeksiya xəstəliyidir. Kiçik uşaqlarda daha çox müşahidə edilir. İshal, qusma, qarın ağrısı kimi problemlərə səbə

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri


cinsi xestelikler bogaz agrisi boyrek agrisi tecili tibbi yardim