D vitamininin varlığı və əksikliyində vücudda nələr baş verir?

D vitamininin varlığı və əksikliyində vücudda nələr baş verir?Sağlam sümükləri qorumaq üçün D vitamini olduqca faydalıdır. Bunun əsas səbəbi sümüyün ilk olaraq dayağı olan kalsium ancaq bu vitaminin varlığında vücud tərəfindən sovrulmasıdır. Günəş işıqlarının, dəridəki aktiv vitamin formulasına çevrilməsi ilə vücudda D vitamini istehsal edilir.
Dərinizin istehsal etdiyi vitaminin miqdarı, günün saatına, mövsümünə, dəri piqmentasiyalarına bağlı olaraq dəyişiklik göstərə bilər. Yaşayış tərzindən asılı olaraq D vitamini istehsalı azala və ya tamamilə yox ola bilər.

D vitamini necə qəbul edilməlidir?

Günəş şüalarına məruz qalmaq, əksər insan üçün D vitamini almağın asan yoludur. Günəş şüalarına çox məruz qalmaq da faydalı deyil. Bu müddət, dəri növünə, yaşa, günün saatlarına görə dəyişir.

Tövsiyə edilən D vitamini

12 aya qədər uşaqlar üçün 400 İU
1-70 yaç arası 600 İU
70 yaşdan yuxarı insanlar üçün 800 İU səviyyəsi qeyd edilir.

Ancaq bir çox həkimlər 1-12 yaş arası uşaqlar üçün tövsiyə edilən profilaktik dozanın 400-1000 İU olaraq qəbul edilməsini uyğun görürlər.

Ancaq yaşlı insanlarda D vitamini əksikliyi riski daha çoxdur. Çünki dərilərində günəş işığını D vitamininə çevirən reseptorlar az mövcud olur, qidalardan isə D vitamini almaya bilərlər, sovrulmasında da problemlər yaşana bilər. D vitamini olmadan isə sümüklər yumşaq, incə, qırılqan hala gələ bilər. Əgər əldə edə bilmirsinizsə dərman vasitəsilə bunu təmin etmək mümkündür.

Bəs bu vitaminin faydaları nələrdir?

Xərçəngə qarşı qoruyur

Aparılan araşdırmalara görə D vitamini kalsiumla birlikdə qəbul olunduğu zaman bəzi xərçəng növlərinin qarşısını almağa kömək edir.

Skolioz xəstəliyi zamanı effektivdir

Araşdırmalar, uzunmüddət D vitaminindən istifadə edənlərdə skolioz riskinin aşağı olduğunu qeyd ediblər.

Sümük əriməsi zamanı istifadə edilməlidir

Yetərli miqdarda bu vitamini və kalsiumu alan şəxslərdə sümük əriməsi prosesi yavaşlaya, sümük qırıqları azala bilər.

Sədəf xəstəliyi zamanı D vitamini

Bu tərkibli kremi dəriyə tətbiq etmək sədəf xəstəliyinin müalicə edilməsində rol oynaya bilər.

D vitamininin qaynaqları nələrdir?

Əsas qaynağı günəş şüalarıdır. Ultrabənövşəyi şüaların dəri ilə təmasından sonra yaranmağa başlayır. Bu səbəbdən hər gün üzlər, qollar açıq şəkildə günəşin gəliş istiqamətindən asılı olaraq 20-30 dəqiqə günəşlənmək lazımdır. Bunun üçün ən ideal saat 11:00 ilə 15:00 arasıdır. Gündəlik D vitamini ehtiyacını sadəcə qidalar ilə təmin etmək mümkün deyildir. Çünki qidalarla gündəlik ehtiyacın 20%-ni qarşılamaq mümkün olur. Bu səbəbdən günəş işığından yararlana bilməyənlər risk altındadırlar. Qoruyucu krem, paltarla, pəncərə arxasından günəşlənmək, D vitamini istehsalını azaldır.
D vitamininin varlığı və əksikliyində vücudda nələr baş verir?D vitamini əksikliyi kimlərdə görülür?

Qapalı ortamda çalışan insanlar

Yaşlılar

Qidalanma pozğunluğu olanlar

Yüksək qoruyuculuğu olan günəş kremindən istifadə edənlər

Süd verən qadınlar

Qapalı geyinənlər

Böyrək xəstəliyi olanlar

Qaraciyər xəstələri
D vitamininin varlığı və əksikliyində vücudda nələr baş verir?D vitamini əksikliyi və artıqlığında nə baş verir?

Uyğun miqdarda qəbul edilən D vitamini adətən güvənli qəbul edilir. Ancaq həddindən çox miqdarda qəbul edilən bu vitamin zərərli ola bilər.
Həddindən çox alındığı zaman mədə bulantısı, qusma, iştahsızlıq, qəbizlik, zəiflik, çəki itkisi, ürək ritm pozuntusu, böyrək zədələnməsi kimi narahatçılıqlar görülə bilər. Bununla yanaşı yüksək miqdarda olan D vitamini toxuma və oynaq kirəclənmələrinə, böyrək daşı yaranmasına, yülsək təzyiqə və qanda kalsium artışına səbəb ola bilər.

D vitamini əksikliyi bir çox xəstəliyə zəmin hazırlaya bilər. Gündəlik həyatda qapalı məkanlarda çalışmaq, açıq hava fəaliyyətlərindən uzaq durmaq və yanlış qidalanma ilə əlaqədar olaraq D vitamini əksikliyində artış müşahidə edilə bilər. D vitamini əksikliyi zamanı vücud ağrısı, halsızlıq, yerimə çətinliyi, sümük ağrısı, gücsüzlük, saç tökülməsi, baş ağrısı, depressiya, dəyişkən ruh halı, yuxusuzluq, həddindən çox tərləmə, tez-tez üşümək kimi əlamətlər baş verir.

Hamiləlikdə D vitamini əksikliyi

Bu ərəfədə D vitamini istifadəsi olduqca vacibdir. Ana qarnındakı uşaq, kalsium ehtiyacını anadan qarşıladığı üçün ananın bu ərəfədə D vitamini miqdarının kifayət qədər olması lazımdır. Ana və uşaqların sümüklərində yumşaqlıq, zəifləmə, uşağın əzələlərində meydana gələn zəiflik, diş çıxmasında meydana gələn gecikmə, problemlər də D vitamini ilə əlaqəlidir.
Hamilə qadınların 12 həftədən etibarən D vitamini əlavəsinə başlanılmalıdır.

Sağlamlıq Xəbərləri     Baxılıb: 304   Tarix: 18 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Mərkəzdən qaçan eritema nədir?

Eritema, halqavari, fiqurlu səpgilərlə xarakterizə edilən dəri xəstəliyidir. Mərkəzdən qaçan eritema xəstəliklər arasında ən çox rast gəlinənlər sırasındadır. Qadınlarda daha çox müşahidə edilir. dermatoloq Şövqü Salaho

Hicama faydaları və zərərləri

Keçmiş zamanlardan bu günə qədər bir çox müalicə növləri tətbiq olunur. Hicama da bunlardan biridir. Dəri səthinə tətbiq olunan hicama, kiçik damarın altında qurulan vakuum qüvvətindən istifadə edilən texnikadır. Bel, boyu

Sidik rənginiz içilən su miqdarını ortaya çıxardır

İnsan vücudunun 60% sudan ibarətdir. Tərkibindəki minerallar, biokimyəvi reaksiyaların gerçəkləşməsində və sistemlərin uyğun çalışmasında rol alır. Sidik rənginizdən suyu nə qədər içdiyinizi görə bilərsiniz. xəbər verir ki

Yeniyetmələr arasında yayılan xəstəliklər

Ürək patologiyaları geniş yayılan problemlər sırasında yer alır. Bəzi xəstəliklər yeniyetməlikdə üzə çıxsa da bəzilərində anadangəlmə olur. Bir çox xəstəlik simptomsuz inkişaf edir. Bes yeniyetmelerde daha hansi narahatliqla

Disqrafiya nədir?

Disqrafiya nədir?. Disqrafiya, əksər zaman oxunaqsız yazma, yazını tamamlamasının normalın çox üstündə zaman alması və ya böyük əziyyət gərəkdirməsi ilə xarakterizə edilən əl ilə yazma bacarığındakı pozğunluğudur. Disqrafiy

Qəfil ölüm nədir?

Son zamanlar ani ölümlərin sayında artım müşahidə edilir. xəbər verir ki, qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Bəs qəfləti ürək ölümü nədir?. Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyay

Endokrinologiya nədir?

Endokrinologiya tibb elminin çox vacib və əhəmiyyətli sahələrindən biridir. Endokrin sistemi daxili vəzləri bir araya toplayır. xəbər verir ki, daxili sekresiya vəziləri hormon sintez edən və ifraz edən orqanlardır. Endokri

Əsəbi cilovlamağın yolları

Əsəb duyğusu əksər zaman qarşılanmayan gözləntilər, təmin olunmamış istəklər və istənilməyən nəticələrə verilən reaksiya olaraq yaranır. Əsəb nədir? Necə cilovlamaq olar?. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadə

Ginekologiya nədir?

Ginekologiya qadın xəstəliklərinin diaqnoz və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Ginekoloq kimdir?. xəbər verir ki, ginekoloji problemləri müayinə və müalicə edən həkim isə yüksək ixtisaslı mütəxəssis, ginekoloqdur


hamilelik testi babasil mualicesi tecili tibbi yardim dis agrisi