Dölyanı mayenin hamiləlikdə rolu

Dölyanı mayenin hamiləlikdə roluHamiləlik dövründə döl amniotik kisə kimi tanınan qoruyucu dölyanı kisə ilə əhatə olunur. Daxilindəki mayeyə amniotik maye, yəni dölyanı maye deyilir.

Doktorinfo.az xəbər verir ki, tərkibi ananın qan axınından əldə edilən su və elektrolitlərdən ibarətdir.

Dolyani mayenin rolu nedir?

Dölü xarici təzyiq, qəzalara qarşı müdafiə edir.

Hərarəti tənzimləyir. Döl daima sabit və normal temperaturda qalır.

Dölün əzələ sisteminin inkişafına şərait yaradır.

Daha ana bətnində olan zaman körpə qidalanma refleksini bu mayeni udmaqla qazanır.

Dölün tənəffüs sisteminin normal inkişafına təkan verir.
Dölyanı mayenin hamiləlikdə roluHamiləlik zamanı dölyanı mayenin miqdarı necə olmalıdır?

Mayenin miqdarı sabit qalmır. Belə ki, döl böyüdükcə miqdar da artır. Son həftələrə yaxınlaşdıqca maye miqdarında da artış müşahidə edilir. Orta hesabla, bütün hamiləlik müddətində normal həcmi təxminən 800 ilə 1200 ml. arası olur. Lakin bu miqdar anadan asılı olaraq dəyişə də bilər.

Bəzi hamiləlik zamanı bu miqdar həddindən çox olur.

Bes dolyani mayenin miqdari cox ola bilermi?

Hamiləlikdə dölyanı mayenin həddindən artıq çoxluğu polihidramnioz və ya hidramnioz kimi tanınan bir vəziyyətdir.

Polihidramniozun baş vermə səbəbləri nələrdir?

Şəkərli diabetin mövcudluğu
Dölyanı mayenin hamiləlikdə roluMədə-bağırsaq və ya mərkəzi sinir sistemi problemləri buna zəmin yarada bilir.

Ekizler və ya daha çox dölün mövcud olması mayenin səviyyəsini artırır.

Plasenta anomaliyaları.

Bəs maye miqdarının çox olmasına müdaxilə lazımdırmı?

Müalicəsi səbəblərdən asılıdır. Maye miqdarı daima nəzarətdə saxlanılmalıdır. Daha ağır hallarda amniorduksiyadan, erkən doğum kimi müdaxilələr mayenin çoxluğu ilə bağlı riskləri azaltmaq və mümkün risklərin qarşısını almaq üçün seçilə bilər. Bu prosedur iynə vasitəsilə artıq mayenin boşaldılmasıdır. Ehtiyac olub-olmaması isə ginekoloq müayinəsindən sonra müəyyənləşir.

Hamiləlik     Baxılıb: 253   Tarix: 09 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Hamiləlikdə burun qanaxması

Hamiləlikdə burun nə üçün qanayır? Bu təhlükə kəsb edirmi?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Burun qanaxması həm normal müddətdə həm də hamiləlikdə tez-tez qarşılaşılan problemlərdən biridir. Bi

Əkiz hamiləlik nədir? - Yarana biləcək problemlər

Əkiz hamiləlik, bir yumurtanın mayalanıb 2 və ya daha çox embriona bölünməsi ya da iki fərqli yumurtanın ayrı spermlər ilə mayalanması nəticəsində eyni hamiləlikdə iki dölün olması mümkündür. Genetik faktor da əkiz hamiləlikd

Hamiləlik hesablanması

Hamiləliyin hesablanması son menstruasiya tarixinə və normal hamiləlik müddətinin 40 həftə olduğuna əsaslanır. məlumat verir ki, hamiləliyin hesablanması doğum tarixini proqnozlaşdırmaq və hamiləliyin inkişafını izləmək üçü

Hamiləlikdə Herpes virusu təhlükəlidir?

Hamiləlikdə yaşanılan problemlərdən biri dərinin müxtəlif nahiyələrində yaranan uçuqlar, səpkilərdir. Herpes simpleks olaraq bilinən bu problemə səbəb olan virus təmas yolu ilə hamiləyə yoluxduğu zaman diqqətli olmaq vacibdir

Boru hamiləliyi

Təəssüf ki hər hamiləlik istənilən formada nəticələnmir. Bəzən uşaqlıqdankənar hamiləliklər baş verir. Uşaqlıqdankənar hamiləlik, qarın boşluğu hamiləliyi, yumurtalıq, uşaqlıq boynu hamiləliyi və boru hamiləliyi olaraq xarakteriz

Hamilə qadınlar belə qidalanmalıdır

Hamiləlik dövründə bir qadının qida ehtiyacları dölün böyüməsini və inkişafını dəstəkləmək üçün dəyişir. Balanslaşdırılmış pəhriz həm ananın, həm də körpənin sağlamlığını təmin etmək üçün çox vacibdir. -a istinadən bildiri

Hamiləlikdə böyrək daşı və müalicəsi

Böyrək daşı, hər zaman narahatçılıq yaradan problemdir. Hamiləlikdə isə bu vəziyyət daha da ağrılı hala çevrilə bilər. Hamiləlikdə böyrək daşının əlamətləri nələrdir?. Tək tərəfli böyrək ağrısı. Böyrəklərdə şişlik. Bulantı-qusma

Düşük hamiləlik və ya ana ola bilməmək - Mioma nədir?

Günümüzdə, olduqca gənc və gələcəkdə uşaq istəyi olan qadınlarda, çox böyük ölçülərdə mioma görülür. Bu xəstələrin ən böyük qorxusu uşaqlığa dəyə biləcək zərərdir. Miomanın çıxarılması əsnasında uşaqlıqda yarana biləcək zərərlər

Hamiləlik testi müsbətdir, amma döl yoxdur... - Boş hamiləlik nədir?

Boş hamiləlik, mayalanan yumurta rəhm içinə yerləşir, ancaq embriona çevrilmədiyi zaman baş verən düşmədir. Embrion olmasa da vücud hamiləlik hormonu koryonik gonadotropin istehsal etməyə davam edər. Bu müddətdə mədə bulantısı


tecili yardim cinsi xestelikler boyrek agrisi mede agrisi