Darçının bilmədiyiniz faydaları və zərərləri

Darçının bilmədiyiniz faydaları və zərərləriBir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırılan maddə mövcuddur. Həzm prosesini qaydaya salan, immuniteti gücləndirən darçının faydaları məhz bundan qaynaqlanır.

Darçının faydalarını təqdim edirik:

Qan şəkərini nəzarətdə saxlayır

Göbələk infeksiyalarına qarşı istifadə edilir. Hətta dırnaqdakı göbələyi yox etmə gücünə sahibdir.

Orqanizmi gücləndirir.

Mədə problemləri zamanı effektivdir.

Tez-tez istifadə edildiyi təqdirdə xərçəngin qarşısını ala bilir. Xüsusilə mədə və bağırsaq xərçəngi zamanı olduqca yararlıdır.

Sümükləri gücləndirir, sümüklərin inkişafına kömək edir.

Bakteriyaları məhv edə bilir, pis qoxuları aradan qaldırır.

Stress azaldıcı, əsəb sakitləşdiricidir.

Yaddaşı gücləndirir. Altsheymer xəstəliyi olanlar üçün də olduqca faydalıdır.

Diqqət əksikliyi problemi yaşayanlar üçün olduqca təsirlidir.

Arıqlamağa kömək edir.

Əzələ ağrılarını yox edir. Yorğunluğu aradan qaldıraraq enerji verir.
Darçının bilmədiyiniz faydaları və zərərləriXolesterini aşağı salmaq üçün faydalıdır.

Diş və diş ətində yaranan zərərverici bakteriyaları yox edir, ağız qoxusu zaman effektiv təsir göstərərək aradan qaldırır.

Boğaz ağrısı, öskürək, soyuqdəymə zamanı rahatlıqla darçından istifadə edilir. Mikrobları öldürdüyü üçün belə ərəfələrdə çox istifdə edilməlidir.

Darçın çayı baş ağrıları zamanı effektivdir. Ağrını azaldır.

Qan dövranını sürətləndirir və qandakı oksigen miqdarını artırır.

Parkinson xəstəliyi zamanı istifadə edilir.

Diabet xəstələri üçün olduqca faydalı ədviyyatdır.

Darçın dəri sağlamlığı cəhətdən olduqca təsirlidir və dəridəki səpkilərə, infeksiyaya qarşı faydalıdır.

Ana südünü artırır.

Ürək xəstəlikləri zamanı faydalıdır.

Tərkibi antioksidantlarla zəngin olduğu üçün xüsusilə qış aylarında istifadəsi tövsiyə edilir.

Ancaq bütün bunlara baxmayaraq həddindən çox istifadə edilərsə faydaları ilə yanaşı əks göstərişləri də mövcuddur.
Darçının bilmədiyiniz faydaları və zərərləriZərərlərindən bir neçəsini təqdim edirik:

Çox istifadəsi qaraciyər çatışmazlığına səbəb ola bilər.

Dəriyə tətbiq olunduğu təqdirdə yanma, dəri zədələnməsi yarada bilər.

Çox istifadə edilərsə həmçinin ürək döyüntüsündə artışa yol aça bilər.

Su içmədən darçın tozu udmaq olduqca təhlükəlidir və ciddi şəkildə boğulma yarada bilər.

Az istifadəsi xeyir, amma çox istifadəsi mədəni zədələyə bilər.

Ağızda yanma hissi yaradıb, yaralara yol aça bilər.

Məqsədsiz formada istifadəni artırmaq böyrəklər üçün zərərlidir.

Qadınlıq əzələlərinin sıxılmasına, gərginləşməsinə yol aça bildiyindən adətən hamiləlik zamanı istifadəsi tövsiyə edilmir.

Normadan artıq qəbulu vücudda toksik maddələrin toplaşmasına yol aça bilər.

Qan şəkərini aşağı sala bilər ki, bu da baş gicəllənməsinə səbəb ola bilər.

Darçın qanı durultduğu üçün beyin qanaxması, qanın durmaması kimi risklər ortaya çıxa bilər.

Sağlam Qida     Baxılıb: 2561   Tarix: 15 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Böyrək xəstələri necə qidalanmalıdırlar?

Böyrək xəstəlikləri son zamanlar geniş formada vüsət alıb. Böyrək xəstələri qidalanmaqlarına da xüsusi diqqət göstərməlidirlər. Düzgün qida düzgün müalicə ilə birlikdə davam etdiyi zaman effekti olur. Tərkibində D vitamin

Bir çox problemin düşməni olan qurudulmuş xurmanın faydaları nələrdir?

Qurudulmuş xurma bir çox xəstəlik üçün şəfa mənbəyi hesab olunur. xəbər verir ki, ürək problemləri, təzyiq, şəkər kimi bir çox narahatlıqlar zamanı effektli təsirə malikdir. Payız-qış mövsümünün ən dadlı nemətlərindən biridir

Pəhriz zamanı nələri səhv edirik?

Arıqlamaq bir çox xanımın arzusudur. Bu baxımdan bir çox pəhriz növlərinə əməl edilir. Bəs hansı yanlışlar düzgün formada arıqlamağın qarşısını alır?. Pəhriz zamanı nələrə diqqət edilməlidir?. Çox aşağı kalorili qidalanmayın

Zeytun yağının faydaları

Zeytun yağı, xolesterinin tarazlanmasını təmin edən faydalı bitki yağlarındandır. İnsan orqanizmi üçün olduqca faydalıdır. xəbər verir ki, xüsusilə böyümə çağındakı uşaqların sümük inkişafını dəstəkləyən həzm sisteminin müntəzə

K vitamini əksikliyi: Əlamətləri və səbəbləri

K vitamini qaraciyərdə istehsal edilən pıxtılaşma faktorlarının istehsal mərhələsində iştirak edir. məlumat verir ki, hansısa bir kəsik, yaralanma vəziyyətlərində qanaxmanın dayandırılması və normal şərtlərdə qanın tündlüyünü

Öpüş xəstəliyi nədir?

Öpüşmə əsnasında tüpürcək yolu ilə yayıldığı üçün öpüş xəstəliyi olaraq bilinən mononükleoz, Epstein-barr virusunun səbəb olduğu hərarət, boğaz ağrısı, limfa vəzlərində şişlik əlamətiylə xarakterizə edilən yayılan viral infeksiyadır

Qəhvə içmək faydalıdır ya zərərli?

Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər. xəbə

Maqneziumun qəbulu nə üçün vacibdir?

Maqnezium, vücudun normal fəaliyyəti üçün olduqca vacib mineraldır. Vücut bu mineralı özü istehsal edə bilmədiyi üçün qidalar və ehtiyac olduqda əlavələr formasında qəbul edilməlidir. Enerjinin yaranması, qan təzyiqinin tənimlənməsi

Qara çayın faydaları və zərərləri nələrdir?

Qara çay tərkibindəki antioksidant sayəsində xərçənglə mübarizədə vacib yer tutur. Bununla birlikdə infeksiya, sümüklərin qüvvətlənməsi, qaraciyər detoksu, dərinin parlaması, yaddaşın quvvetlenmesi kimi bir çox faydası vardır


tecili yardim cinsi xestelikler boyrek agrisi mede agrisi