Hipertoniya: Əlamətləri və müalicəsi

Hipertoniya: Əlamətləri və müalicəsiBütün dünyada ən çox görülən xəstəliklərdən biri hipertoniyadır. Orta yaşlı insanlarda daha çox müşahidə edilir. Yaşlı insanlarda xroniki hala çevrilə və nəzarətdə saxlanmadığı təqdirdə ölümə belə yol aça bilər. Yüksək təzyiq ürək-damar, böyrək xəstəliklərinə, beyin qanaxması kimi ağır problemlərə səbəb olur. Erkən diaqnoz isə əhəmiyyət kəsb edir.

Hipertoniya haqqında daha ətraflı məlumatı məqaləni sonadək oxuyaraq əldə edə bilərsiniz.

Yüksək təzyiq (Hipertoniya) nədir?

Doktorinfo.az məlumat verir ki, Hipertoniya – qan təzyiqinin yüksək olmasıdır. Erkən diaqnoz və müalicə bu xəstəlik üçün vacibdir.

Yuksek tezyiqin diaqnozu nece qoyulur?

Bunun üçün təzyiq iki həftə ərzində mütəmadi şəkildə ölçülərək yoxlanılır. Əgər göstərici 140/90 olarsa bu, yüksək təzyiq kimi düşünülür. Bundan əlavə qan analizi, qanda xolesterin, kreatinin yoxlanılmalıdır. Həmçinin həkim müayinə əsasında tövsiyə edərsə pasiyentin ürəyi də ətraflı şəkildə müayinə oluna bilər.

Tezyiq ne ucun yukselir?

Adeten genetik və ya müxtəlif xəstəliklərlə bağlı olur. Bununla yanaşı ətraf mühit, şəxsin yaşadığı həyat tərzi təsir edə bilər.
Yeyilən qidaların tərkibi təzyiqin qalxması üçün əsas faktordur. Xüsusilə yağ deyeri yüksək olan qidalar təzyiqi ani şəkildə yüksəldə bilər. Siqaretdən, spirtli içkilərin istifadəsi təzyiqin yüksəlməsinə yol açan vasitələrdir.

Qeyd edək ki, düzgün qidalanmaq, meyvə və tərəvəzlərin qəbulu təzyiqi nəzarətdə saxlamağa kömək edir.
Ancaq qeyd etdiyimiz kimi, bəzi xəstəliklər də təzyiqin yüksəlməsinə səbəb ola bilər. Damarların tıxanması, tiroid xəstəlikləri, endokrin, böyrək problemləri yüksək təzyiq xəstəliyinə zəmin yaradır.

Hipertoniyanin elametleri nelerdir?

Adətən xüsusi, keskin ağrılar baş verməz. Yüngül baş ağrısı, gicəllənmə, burun qanaması kimi əlamətlər təzyiqin yüksəlməsi ilə meydana çıxa bilər. Ancaq bu əlamətlər vücudda hansısa orqanların funksiyalarının pozulması mənasına gəlməz.
Hipertoniya: Əlamətləri və müalicəsi

Bu əlamətlər baş verərsə hekim müayinəsi vacibdir:

Nəfəs darlığı

Döş qəfəsində ağırlıq, ağrılar

Şiddətli baş ağrısı

Bulantı

Qusma

Şüur itkisi və s.

Hipertoniya xəstəliyi iki hissəyə ayrılır: birincili və ikincili.

İkincili hipertoniya adətən daxili orqanların funksiyalarında dəyişiklik olduğu zaman baş verir.
Stress təzyiq yüksəlməsinə səbəb olan əsas faktorlardan biridir. Streslə əlaqəli olaraq yuxu problemləri, depressiya, ishal, baş ağrısı, vücudun müxtəlif nahiyələrində ağrılar yarana bilər. Bunlar isə müalicə olunaraq nəzarət altına alınmasa hipertoniya xəstəliyinə yol aça bilər.

Hipertoniya: Əlamətləri və müalicəsiHipertoniyanın mualicesi nece aparilir?

Burada məqsəd təzyiqi aşağı endirməkdir. Əgər xəstədə şəkər xəstəliyi, böyrək çatışmazlığı, hansısa orqanın funksiyasında pozulma varsa qan təzyiqi daha da aşağı endirilməlidir. Dərman müalicəsi bu xəstəlik üçün xüsusi əhəmiyyət kəsb edir.

Bununla yanaşı düzgün qidalanmaq, idmanla məşğul olmaq, duz qəbulunun azalması vacib şərtlərdən biridir.

Hipertoniyadan qorunmaq üçün rasiona vitamin B3 (niasin) olan qidalar daxil edilməlidir. Həkimlərin dediyinə görə, niasinin damargenişləndirici təsiri var, təzyiqin artmasının qarşısını alır.

Kifayət qədər vitamin B3 qəbul edən insanlarda hipertoniyaya tutulma riski 35 faiz azalır. Çovdar çörəyi, təmizlənməmiş taxıl, qarabaşaq, lobya, qoz-fındıq, yumurta sarısı, ət, süd, göbələk, ananas kimi məhsullardır. Ən çox B3 vitamini mayada olur.

Bəs hansı təbii reseptlərdən istifadə etmək mümkündür?
Hipertoniya: Əlamətləri və müalicəsiTəqdim edəcəyimiz reseptler təzyiq xəstələrinin qidalanmağında yer ala bilər.

Bunun üçün 1 xörek qaşığı pişikotu və nanə qarışdırılır. 1 çay qaşığı bundan alınaraq dəmlənilir. Gün ərzində 2 dəfə içmək tövsiyə edilir.

Yarpız, kəklikotu, yemişan qarışdırılır. Daha sonra isə 8 saat dəmlənilir. Dəmləndikdən sonra isə süzülməlidir. Gün ərzində 2-3 dəfə istifadə etmək mümkündür. Bunu mütəmadi istifadə etmək lazımdır.

Şahanə Quliyeva

Xəstəliklər     Baxılıb: 65   Tarix: 08 may 2024
f Paylaş

Oxşar xəbərlər

Üveit xəstəliyi nədir?

Gözdəki müxtəlif təbəqələrin iltihablanması ilə xarakterizə edilən göz xəstəliyi üveit adlanır. xəbər verir ki, digər adı ilə göz iltihabı da adlanır. Üvea, gözün daxili təbəqələrindən biridir və gözün arxasındakı bəyaz təbəqən

Övrə nədir?

Dəri və selikli qişalarda olan kiçin qan damarından ətraf toxumaya plazma sızması nəticəsində yaranan şişliklərə övrə deyilir. xəbər verir ki, müxtəlif səbəblərdən yarana bilər. Övrənin yaranma səbəbləri:. Bəzi dərmanlarda

Çəpgözlük

Çəplik görmə funksiyalarının pozulmasıdır. xəbər verir ki, bir baxış istiqamətində gözün funksiyalarının doğru işləməməsindən qaynaqlanır. Bes ceplik nece duzeldilir?. Görmə kəskinliyi artırılır. İkili görmə varsa düzəldilir

Ayaq ağrılarının səbəbləri

Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər

Öd yolu xərçəngi nədir?

Öd yolunun ən çox görülən xəstəliklərindən biri öd kisəsi daşları, digəri isə şişlərdir. Öd yolu xərçəngi həzm sistemində inkişaf edən xərçənglər arasında 5-ci yerdədir. Vücud öd kisəsi funksiyasını yerinə gətirmədiyi zama

Oynaq ağrılarında kompres etmək olarmı?

Oynaq ağrılarından bir çox insan əziyyət çəkir. Bu zaman isə müəyyən kremlər, isti və ya soyuq kompreslərdən istifadə edir. Bes oynaq, revmatoloji agrilar zamani kompres etmek olarmi?. xəbər verir ki, oynaq ağrıları zaman

Selenium nə üçün vacibdir?

Seleniumun nədir? Faydaları, əksikliyi barədə daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Selenium, vücudun fizioloji funksiyalarını yerinə gətirə bilməsi üçün gərəkli olan element hesab edilir. xəbər veri

Mastit nədir?

Mastit, adətən əmizdirmə müddətində süd vəzisində süd toplanmasına bağlı olaraq süd vəzi toxumasının iltihablanmasıdır. Mastit barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, əmizdirmə müddətind

Dürinq xəstəliyi

Dürinq xəstəliyi şiddətli qaşınma, içi maye dolu qabarcıqlar ilə xarakterizə olunur. Xroniki xəstəlikdir. xəbər verir ki, dəri problemi bir çox insanda baş verir. Xəstələrin bir çoxunda Çölik xəstəliyinin simptomları görünür


dis agrisi cinsi xestelikler babasil mualicesi boyrek agrisi