Sinüzit nədir?

Sinüzit nədir?Sinüzit, sinusları əhatə edən toxumaların iltihablanması və ya şişməsi vəziyyətidir.

Sinüzit barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Doktorinfo.az xəbər verir ki, sinuzit üz ağrısına, burun tıxanıqlığına və ya axıntısıyla birlikdə bəzən də qızdırmaya və digər simptomlara səbəb verə bilər. Adətən soyuqdəymədən qaynaqlanır, ancaq digər viruslar, bakteriyalar, göbələklər və allergiyalar da sinüzitə səbəb olan vəziyyətlər hesab olunur.

Həm uşaqları həm də böyüklərə təsir göstərən bir vəziyyət olan sinüzit, evdə tətbiq olunacaq təbii müalicələrlə, ağrıkəsici dərmanlarla və duzlu su ilə rahatladılır. Bu vəziyyət akut sinuzit üçün keçərlidir, ancaq şəxsdə xroniki sinüzit varsa antibiotik müalicəsi gərəkə bilər.

Sinüzitin novleri hansilardir?

Akut, subakut, xronik və təkrarlayan sinüzit

Akut sinüzit simptomları (burun tıxanıqlığı, burun axıntısı, üzdə ağrı, qoxu hissində azalma) dörd hefteden daha qısa çəkər və adətən soyuqdəymə kimi viruslardan qaynaqlanır.

Subakut sinüzit əlamətləri isə 4 ilə 12 həftə davam edər.

Xronik sinüzit əlamətləri ən az 12 həftə davam edər və adətən antibiotik müalicəsiylə simptomlarının yaxşılaşdırılması düşünülür.

Xroniki sinüzitin əsas səbəbi bakteriyalardır.

Təkrarlayan akut sinüzit isə simptomları bir ildə dörd və ya daha çox təkrarlanır və hər dəfəsində iki həftədən qısa çəkir.
Sinüzit nədir?Sinuzit ne ucun olur?

Xüsusilə şəxsdə 12 həftədən daha uzun müddət xroniki sinüzitin meydana gəlməsinin səbəbləri arasında infeksiyalar, viruslar, bakteriyalar, göbələklər, toz, kif kimi allergenlərlə birlikdə siqaret dumanı kimi ətraf faktorlar yer alır.

Daha çox yayılan səbəblər bunlardır:

Soyuqdeyme, qrip

Göbələk infeksiyaları

Toz, kif kimi allergenler

Burun polipləri

Sulu saçla qalmaq

Geniz əti

Kistik fibrosis

Astma

Burun əyriliyi

Diş infeksiyası

Siqaretdən istifadə

İmmun sisteminin düşməsi

Təyyarə ilə tez-tez səyahət etmək

Sinüzit sarı və ya yaşılımtıl rəngdə gələn burun axıntısı, burun tutqunluğu, üzdə dolğunluq və qızdırma, qoxu hissində azalma və baş ağrısı kimi əlamətlərə sahibdir.

Akut və xroniki sinüzitdə ortaya çıxan elametler bu formadadır:

Burun tıxanıqlığı

Burun axintisi

Bas agrisi

Qızdırma

Göz ətrafında ağrı

Qulaqda təzyiq

Qoxu hissində azalma

Diş ağrısı

Öskürək

Ağız qoxusu
Sinüzit nədir?Halsızlıq, yorğunluq

Akut sinüzit əlamətləri adətən öz-özlüyünə və ya təbii müalicə üsullarıyla 3-5 gün ərizndə kecer, ancaq simptomlar 10 gündən daha çox çəkirsə xroniki sinüzitə çevrilə bilər və həkim tərəfindən antibiotik müalicəsinə başlanılır.

Sinüzitin diaqnozu necə qoyulur?

Diaqnozu üçün həkim öncə şəxsin burun axıntısına, şişmə, tıxanma olub-olmadığına nəzarət edər. Həmçinin burunun içinə baxmaq üçün kiçik və işıqlı bir alət olan endoskopdan sitifadə edilir.

Diaqnozu üçün bu üsullardan istifadə edilir:

Burun endoskopiyası

Burun yaxmaları

Allergiya testi

Biopsiya və s.

Diaqnozdan sonra həkim uyğun müalicəni tərtib edir.

Sinuzitin mualicesi nece aparilir?

Sinüzit doğru müalicə edilmədiyi zaman faringit, qastrit, reflüks, göz ətrafı infeksiya kimi ciddi xəstəliklər yarana bilər.

Akut, Subakut, Xronik olaraq qruplara bölünən xəstəlikdə, akut sinüzitlər təxminən 4 həftə davam edər. Dərman müalicəsiylə ya da özlüyündən keçər. Subakut sinüzit keçiş mərhələsidir.

Bu mərhələdə akut sinüzit yaxşılaşmamış, xronik sinüzit isə tam olaraq yaranmamışdır.

Xronik sinüzit isə təxminən 3 aydan uzun davam edir. İlk olaraq antibiotik müalicəsi tətbiq edilir. Əgər sinüzit xronik hal alıbsa yəni dərman müalicəsinə cavab vermirsə sinüzit əməliyyatı ola bilər.

Endoskopik üsulla aparılan əməliyyat zamanı sinüslərin təbii kanallarını bağlayan polip və digər anatomik pozğunluqlar düzəldilir və sinüslərin kanalları açılır.

"Balon Sinüsoplasti" üsulu ilə burun içində heç bir toxumaya zərər vermədən, qanaxmaya yol açmadan və tampon gərəkmədən sürətli şəkildə yaxşılaşma təmin edilir. Bu üsul, ürəyin tıxanan damarlarının açılmasında istifadə edilən üsula bənzər bir formada sinus müalicəsində tətbiq edilir.

Sinüzit şiddətli, mənfiyə doğru uzun müddət davam edərsə sinüzit antibiotik dərmanları ilə müalicə edilir.

Simptomları yüngüllətmək üçün hansı üsullardan istifadə edilməlidir?

Vücud infeksiya ilə mübarizə aparırsa dincəlmək gərəklidir.

Bol maye qəbulu şərtdir

İsti kompres tətbiq etməli

Sarımsaq, zəncəfil, bal kimi təbii antibakteriallardan istifadə edilməlidir.

Sinuzitin qarsisi nece alinir?

Üst tənəffüs yolu infeksiyalarından qaçının. Soyuqdəymə olan və ya başqa infeksiyalara yoluxmuş şəxslərlə təmasdan qaçınaraq sinüzitin qarşısını almağınız mümkündür. Xüsusilə yeməklərdən öncə əllərinizi tez-tez sabun və suyla yuyun.

Allergiyaya səbəb olan şeylərdən uzaq durum. Mümkün olduğu qədər allergiyanız olan şeylərə məruz qalmaqdan qaçının.

Siqaret dumanından və kirli havadan qaçının. Siqaret durmanı və havanı kirlədən maddələr ağciyərlərinizi və burun kanallarınızı qıcıqlandıraraq alovlandıra bilər və bu da sinüzitə səbəb ola bilər.

Nəmləndirici istifadə edin. Evdəki hava qurudursa, havaya nəm əlavə etmək sinüzitin qarşısını almağa kömək edə bilər.
Sinüzit nədir?Sinuzitin olub-olmadığı necə anlaşılır?

Sinüslərdəki toxumaların iltihablanmasına bağlı ortaya çıxan sinüzit əlamətləri üzdə ağrı və ya təzyiq hissi, sarı və ya yaşılımtıl burun axıntısı, geniz axıntısı, burun tıxanıqlığı və qoxu hissiyyatında azalma, baş ağrısı, hərarət və ağız qoxusudur.

Sinuzite ne yaxsi tesir edir?

Gərəkli vəziyyətdə antibiotik istifadəsi

Duzlu su ilə rahat nəfəs almaq təmin edilir

Yüksək yastıq seçimi yaranan baş ağrısını yüngülləşdirmək üçün darçın, burun nahiyəsinin açılması üçün isti duş qəbulu və soyuq kompres sinüzitə yaxşı təsir edən üsullar içərisində yer alır.

Sinuzit agrisi hansi nahiyelere vurur?

Sinuzit ağrısı başda, alın və iki tərəfli nahiyədə, iyində, diş və damaqda ya da buruna doğru yayılan ağrı olaraq görülə bilir.

Şahanə Quliyeva

Xəstəliklər     Baxılıb: 302   Tarix: 02 may 2024
f Paylaş

Oxşar xəbərlər

Ayaq ağrılarının səbəbləri

Gündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər

Miopatiya, əzələ xəstəliyi nədir?

Miopatiya əzələlərə təsir göstərən xəstəlikdir. Adətən əzələ zəifliyi, sərtlik kimi əlamətlərlə özünü göstərir. Miopatiya barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Miopatiya ne ucun olur?. xəbər veri

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Laringit nədir?

Laringit, qırtlaq və ya səs qutusu iltihabına verilən addır. Səs telləri həddindən çox istifadə edildiy zaman və ya infeksiyaya yoluxduğunda laringit ortaya çıxa bilir. Bəzi laringit xəstəlikləri zamanı səs duyulmaya bilər

Osteopatiya nədir?

Osteopatiya bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Yunanca "Osteon"(sümük), "pathos" (ağrı çəkmək) sözlərindən ibarət olan osteopatiyanın qarşılığı sümük ağrısı çəkmək mənasına gəlir. xəbə

Çiçək xəstəliyi nədir?

Çiçək xəstəliyi bir növ infeksiya xəstəliyidir və dəri qabartılarından şiddətli ağrılara bir çox əlamət ilə ortaya çıxa bilməkdədir. xəbər verir ki, çiçək xəstəliyi klinik olaraq ilk dəfə Rhazes tərəfindən adlandırılıb. Cice

Sızanaq, aknəli üzün müalicəsi

Adətən üz, sinə, bel və çiyin nahiyələrində olan, yağ vəzlərinin həddindən çox istehsalı və bakterial infeksiyanın birəşməsi nəticəsində yaranan dəri problemidir. xəbər verir ki, sızanaqlar, qara nöqtələr, kistalar kimi müxtəli

Dürinq xəstəliyi

Dürinq xəstəliyi şiddətli qaşınma, içi maye dolu qabarcıqlar ilə xarakterizə olunur. Xroniki xəstəlikdir. xəbər verir ki, dəri problemi bir çox insanda baş verir. Xəstələrin bir çoxunda Çölik xəstəliyinin simptomları görünür

Senkop (Ürəkgetmə) nədir?

Senkop nədir?. Tibb elmində qarşılaşılan sual olub şəxslərin səbəbsiz huş itirmə vəziyyətlərində müayinə əsnasında xəstələrin tez-tez soruşduqları suallardandır. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz


tecili yardim cinsi xestelikler boyrek agrisi mede agrisi