Su çiçəyi: Simptomları və müalicəsi

Su çiçəyi: Simptomları və müalicəsiSu çiçəyinin tibbi adı variselladır. Yeniyetməlik çağından öncəki ərəfələrdə daha çox rast gəlinir. Adətən ağırlaşmadan sağalma prosesi baş verir. Xəstəliyin səbəbi virusdur. Su çiçəyi bir dəfə keçirildikdən sonra orqanizm həyat boyu immunitet qazanır, ancaq buna baxmayaraq nadir də olsa təkrarlaya bilər.

Doktorinfo.az xəbər verir ki, ən çox 5-10 yaşlarında, qış sonu və yaz aylarında müşahidə edilir. Çox yoluxucudur. Hava damcı yolu ilə yoluxur. Su çiçəyi keçirən şəxs, xəstəlik əlamətləri başlamazdan iki gün öncə xəstəliyi yoluxdurmağa başlayır. Yoluxuculuq yaralar qabıqlayana qədər davam edir.

Su ciceyinin elametleri nelerdir?

Xəstəliyin əsas göstəricisi içi su dolu səpkilərdir. Səpkilər başlanğıcda şəffaf, daha sonra bulanıq bir hal alır. Qaşıntılı olur və hər nahiyə səpə bilər. Ağız içərisində də səpkilər müşahidə edilə bilər.

Su ciceyi kimler ucun risklidir?

Yeni doğulan körpələr

28 həftədən öncə dünyaya gələn körpələr

Xərçəng xəstələri

İmmuniteti aşağı olanlar

Hamilələr
Su çiçəyi: Simptomları və müalicəsiSu çiçəyi zamanı istənilməyən vəziyyətlər nələrdir?

Adətən yüngül keçən xəstəlik olsa da nadirən ağırlaşmalar mümkündür.

Ağırlaşmalar nəticəsində xəstəlik sətəlcəmə çevrilə bilər. Bunun isə hətta ölümlə nəticələnmə ehtimalı var. Su çiçəyi əsəb sistemi ilə bağlı problemlərə yol aça bilər. Çox nadirən su çiçəyindən sonra ürək zərlərində iltihablanma, mədədə qastrit, böyrək, oynaq iltihabı baş verir.

Səpkilərə və formalarına, əlamətlərinə görə diaqnoz qoyulur.

Su çiçəyinin mualicesi nece aparılır?

Xəstələrə əlamətlərə görə müalicə edilir. Qızdırma varsa buna uyğun dərmanlar istifadə edilir. Ancaq bu vəziyyətdə aspirin zərərlidir. Çünki beyində iltihaba yol aça bilər. Qaşıntılar üçün antihistamin dərmanlardan, məlhəmlərdən istifadə edilir. Qətiyyən səpkilər qaşınmamalıdır.

Xəstələrə tövsiyələr:

Dəridəki qasintini azaltmaq və mikrobdan qorumaq üçün gündəlik duş almaq tövsiyə edilir. Dırnaqlar qısa kəsilməlidir. Belə xəstələr işə, uşaqlar məktəbə, bağçaya getməməlidirlər.
Bu əlamətlər yaranarsa mütləq həkimə müraciət etmək lazımdır:

Dəridə anormal qızarıqlıq, şişlik

Ağız quruluğu

İdrara gedə bilməmək

Əsəbilik, uyuşma

Qüvvətli öskürək, nəfəs darlığı

Yeriməkdə çətinlik

Şiddətli baş ağrısı

4 gündən artıq davam edən qızdırma

Boyun və bel ağrısı

Su çiçəyindən qorunmağın yolu vurulan peyvənddir.
Su çiçəyi: Simptomları və müalicəsiKimler su ciceyi peyvendini vurdurmalidir?

12-18 ay arasındakı bütün körpələr

Daha öncə bu xəstəliyi keçirməmiş və peyvənd olunmamış uşaqlar (13 yaşına qədər tək doza, üzəri olanlar üçün 4-8 həftə arası bütün uşaqlara)

Daha öncə xəstəlik keçirməyən, peyvənd olunmayan böyüklər

Tibb işçiləri

Şahanə Quliyeva

Xəstəliklər     Baxılıb: 414   Tarix: 06 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Kişilərdə sidik qaçırma nədir?

Sidik qaçırma bir çox insanlar üçün bəlalı hal kimi dəyərləndirilir. Səbəbi müxtəlif ola bilər. xəbər verir ki, bu problem kişilər arasında da geniş formada yayılıb. Kisilerde sidik qacırmanin sebebleri. Prostatit. Prosta

Uçuq nədir?

Xalq arasında uçuq olaraq bilinən herpes infeksiyası, Herpes Simpleks virusunun səbəb olduğu bir infeksiya xəstəliyidir. İnfeksiyanın vücudun hər yerində görülmək ehtimalı olsa da tez-tez ağız ətraflı və genital nahiyəd

Kubital Tunel Sindromu nədir?

Dirsəyin uzun müddət təzyiqə məruz qalması və dirsəyin uzun müddət qatlanmas ilə edilən hərəkətlərin nəticəsi olaraq ortaya çıxan kubital tunel sindromu, əldə və barmaqlardakı ağrı, uyuşma və hissizlik ilə özünü bəlli edir

Miopiya xəstəliyi nədir?

Miopiya, gözün quruluşunun normaldan uzun olmasına bağlı olaraq uzağı dəqiq görə bilməməkdir. Miopiya barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, miopiyada gözə gələn işıqlar retinanın üzərind

Aorta koarktasiyası nədir?

Aorta koarktasiyası, qanı orqanizmə daşıyan ən böyük damarda daralma olan zaman yaranan vəziyyətdir. xəbər verir ki, ürək və damar cərrahı Cabir Gülmalıyevin sözlərinə görə, daralma adətən başa və qollara gedən damarları

Göz titrəməsi, Nistaqmus xəstəliyi nədir?

Nistaqmus, görmə və dərinlik düşüncəsinin azalmasına səbəb olan gözlərin təkrarlayan və nəzarətsiz bir formada yana, aşağı-yuxarı ya da dairəvi düzəndə hərəkət etməsidir. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz

Metastatik xərçəng nədir?

Metastaz nədir? . Müalicəsi ilə bağlı ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Metastaz, xərçəngin qaynağını aldığı orqandan daha uzaq bir nahiyəyə yayılmış olmasını ifadə edər. xəbər verir ki, metastaz, xərçən

İşığa həssaslıq, Fotofobiya nədir?

Fotofobiya nədir? Necə narahat edir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxumağınız tövsiyə edilir. Fotofobiya və ya işığa həssaslıq, adətən işığa qarşı hədsiz həssaslığı ifadə edən bir termindir. xəbər verir ki

Kişi klimaksının əlamətləri

Kişi klimaksı nədir?. Bir çox kişilərdə baş verən dəyişiklikdir. Adətən 40-70 yaş arasındakı kişilərin cinsiyyət vəzlərində dəyişikliklər baş verir. Bu, xayalarda degenerativ dəyişikliklərdə əlaqəlidir. xəbər verir ki, b


babasil mualicesi tecili tibbi yardim boyrek agrisi mede agrisi