Yayda həşərat dişləməsinin orqanizmə mənfi təsirləri

Yayda həşərat dişləməsinin orqanizmə mənfi təsirləriYay açıq havada istirahət üçün əla vaxtdır: dənizdə, meşədə, parklarda, saatlarla vaxt keçiririk. Lakin bu istrahətimizə mane olan həşəratlar var. Məsələn, milçək, ağcaqanad, qarışqa, arı və s.
Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, həşəratların dişləməsi narahatlıqla yanaşı, bəzən orqanizmə birbaşa zərər verə bilər. Bu zərərə ən çox allergen insanlar məruz qalır.
Mütəxəssislərin sözlərinə görə, həşəratların orqanizmə təsiri iki amildən asılıdır:
1. Böcəyin, həşəratın növü;
2. Orqanizmin fərdi reaksiyası.
Bəzi insanlar dişləmələrə asanlıqla dözsələr də, digərləri üçün isə ölümcül ola bilər.
Arılar - ən təhlükəli hesab edilir. Adətən, təhlükə hiss etdikdə hücum edirlər, lakin bəzən qoxu kimi digər amillər onların hücumuna səbəb ola bilər. Arı dişləməsinə isə çox vaxt iyul və avqust ayında rast gəlmək olar. Dişləmə zamanı yanıq hissi ilə müşahidə olunan ağrılı şişkinlik və şiddətli allergik reaksiya verə bilər.
Arılar zibil qutularını və zibillikləri sevdiklərinə görə yoluxucu xəstəliklərin daşıyıcısı ola bilərlər.
Eşşək arısını öldürmək olmaz. Çünki onun cəsədindən kimyəvi maddə ayrılır və ətrafdakı digər arıların hücumunu təşviq edir. Eşşək arısının dişləməsindən sonra həmin nahiyəni yaxşıca yumaq lazımdır. Əgər bu adi arıdırsa, yuyunduqdan sonra arı iynəsini dezinfeksiya edilmiş iynə ilə çıxarmaq olar. Sonra yaranın özünü sprit və ya perekislə yuyub, soyuq kompres qoymaq lazımdır. Allergik reaksiya olmasa belə antihistamin qəbul etməsi məsləhət görülür.
Mümkün qədər çox maye, əsasən isti şirin çay və ya şirin su içmək olar. Üz nahiyyələrindəki sancmalar zamanı isə birbaşa həkimə müraciət etmək lazımdır.
Ağcaqanad, milçək - ən çox qan sovuran həşəratlar hesab edilir. Ən təhlükəlisi malyariya və digər xəstəlikləri daşıya bilən ağcaqanad dişləmələridir. Bu həşəratların dişləməsi zamanı həmin yerdə şişkinlik yaranır, qaşınma, yanma hissi və qızartı görünür. Həssaslıq artdıqca dərinin digər yerlərində səpkilər və qaşınmalar şəklində allergik reaksiyalar verir.
Bir çoxları əhəmiyyət vermədən həmin yeri qaşıyır. Lakin qaşınmamalı, əvəzində spirt, soda ilə yuyulmalıdır.
Təhlükəli qarışqa növünün bədənində adətən çox miqdarda turşu olur. Dişləmə zamanı bədənə çoxlu miqdarda turşu buraxılır. Bədəndə ən təhlükəli yer selikli qişalardır. Çox vaxt qarışqa dişləməsindən sonra kiçik uşaqlar böyüklərdən daha çox əziyyət çəkirlər, çünki hələ immunitet sistemi formalaşmayıb.
Milli.Az 

Sağlamlıq Xəbərləri     Baxılıb: 126   Tarix: 17 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Amiloidoz xəstəliyi: Əlamətlər və müalicəsi

Amiloidoz, amiloid adı verilən və sümük iliyində istehsal olunan bir zülalın orqanlarda düzgün olmayan formada toplanması nəticəsində ürək, böyrəklər, qaraciyər, dalaq, sinir, həzm sistemi kimi orqanların düzgün çalışmamasın

Fobiyadan necə qurtulmalı?

Fobiya və qorxu bir çox insanın yaşadığı, həmçinin çoxluqla qarşılaşılan mövzusudur. Ancaq bunların fərqi vardır. xəbər verir ki, qorxu insanları təhlükədən uzaqlaşdırır, fobiya isə insan həyatına maneə olaraq çətinlik yaradır

Varikoz: Səbəb və müalicə

Varikoz damar genişlənməsidir. Bu problem qadınlarda daha çox müşahidə edilir. Ayaqlarda qabarmış yaşıl damarların mövcudluğu ilə xarakterizə edilən problemdir. xəbər verir ki, 25-30 % qadınlarda, 15-20 % isə kişilərdə rastlanılır

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri

Dumanlı beyin sindromu xəstəlikdir?

Bəzən baş ağrıları yaşanılır. Bəzilərində isə ağrılarla yanaşı başda ağırlıq, diqqət əksikliyi, yaddaşda zəiflik də müşahidə edilir. Bu, dumanlı beyin kimi kimi bilinir. xəbər verir ki, tibbi dildə bu adda diaqnoz olmas

Sedasiya təhlükəlidir?

Sedasiya xəstənin qorxu, narahatlıq kimi hisslərini azaltmaq üçün istifadə edilən texnikadır. Sedasiya ne ucun edilir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, ən təməl məqsəd isə hərəkətsizliyi

Yaz allergiyasından necə qorunmalı?

İsti günlərin, yaz fəslinin gəlməsi ilə allergiyanın artması mümkündür. Bu aylarda tumurcuqlar, polenlərə qarşı allergiyası olan şəxslərdə vəziyyətin pisləşməsi müşahidə edillə bilir. xəbər verir ki, bahar allergiyası bitk

Psixologiya nədir?

Psixologiya elmi nədir?. Psixologiya insan zehninin fəaliyyətini, davranışını və emosional təcrübələrini öyrənən elm sahəsidir. Tarixi qədimlərə dayanır. xəbər verir ki, psixolgiya insanın psixikasını, yəni ruh halını öyrənir

Hicama faydaları və zərərləri

Keçmiş zamanlardan bu günə qədər bir çox müalicə növləri tətbiq olunur. Hicama da bunlardan biridir. Dəri səthinə tətbiq olunan hicama, kiçik damarın altında qurulan vakuum qüvvətindən istifadə edilən texnikadır. Bel, boyu


hamilelik testi bogaz agrisi mede agrisi babasil mualicesi