Yediyimiz ətin faydaları və zərərləri

Yediyimiz ətin faydaları və zərərləriÖlkəmizdə hazırlanan yeməklər zamanı ən çox seçilən qırmızı ət növləri adətən dana və qoyun ətidir. Qırmızı ətdən hazırlanan yeməklər zamanı, heyvanın hansı hissəsinin bişiriləcəyi də vacibdir. Çünki ətin daha sərt, yumşaq, və ya sümüklü olmasına bağlı olaraq bişirilmə texnikalari fərqlidir. Dəmir, sink, protein cəhətdən olduqca zəngin olan qırmızı ətin qansızlıq, anemiya kimi sağlamlıq problemləri zamanı istifadəsi tövsiyə edilir.

Ətin faydaları nələrdir?

İnkişafı dəstəkləyir – İnkişaf çağında olan uşaqların istifadə etməsi vacibdir. B6, B12 kimi vitaminlərin qaynağı olan qırmızı ət inkişafı artırır və gündəlik protein ehtiyacını təmin edir.

Əzələ quruluşunu gücləndirir – İçərisindəki protein qrupları vücuddakı əzələ qruplarının güclənməsinə kömək edir. Bu səbəbdən qırmızı ət idmançılar tərəfindən istifadə edilən qidadır.

Qansızlığı aradan qaldırır – Anemiyaya qarşı vücudu qorumaq üçün qidalardan alınması gərəkən bəzi vitamin və minerallar vardır. Tərkibindəki yüksək dəmir sayəsində qansızlığa qarşı qoruyucu təsirə malikdir.

Beyin sağlamlığını qoruyur – "Kreatin" cəhətdən zəngin qidadır. Bu da beyin sağlamlığı üçün gərəkli maddədir. Eyni zamanda tərkibindəki B6 və B12 vitaminləri sayəsində yaddaşı qüvvətləndirir. Mütəmadi ət istifadə edərək güclü yaddaşa sahib ola bilərsiniz.

Soyutma ətin faydaları

Düzgün bişirilmə texnikası ilə qidalardan vitaminleri əldə edə bilərsiniz.

Əti ilə sümüyü birlikdə qaynadaraq daha sağlam qida əldə edə bilərsiniz. Ət suyunu ayrıca yeməklərdə də istifadə edə bilərsiniz. Ət suyu sizi infeksiyalara qarşı qoruyur, iltihabları azaldır, oynaq ağrılarının qarşısını alır, həzmi asanlaşdırır, vücud üzərində sakitləşdirici təsirə malikdir.

Qırmızı ətin bütün faydaları ilə yanaşı gözəlliyiniz üzərində də təsirləri mövcuddur. Xüsusilə aydın dəri üçün qırmızı ətin istifadəsi tövsiyə edilir.

Qırmızı ətin içərisində A, D, B6, B12 kimi vitaminlər mövcuddur. Bu, dəri sağlamlığı üçün olduqca vacibdir. Çünki bu vitaminlərin hüceyrə yeniləyici kimi xüsusiyyətləri vardır. Bunu sayəsində dəri daha gənc və aydın görünür.

Qırmızı ətin faydaları ilə yanaşı zərərləri də mövcuddur.
Yediyimiz ətin faydaları və zərərləriBəs ətin zərərləri nələrdir?

Heyvanların istifadəsi vücud üçün ciddi zərərlərə səbəb ola bilər.

Ailə və qohumlarınızda ürək problemləri varsa ət istifadesini azaltmağınız gərəklidir. Qırmızı ətin tərkibində trans yağ və doymuş yağ miqdarı ilə damarlarda tıxanıqlığa səbəb ola bilər. Bu vəziyyət ürək xəstəlikləri ilə nəticələnə bilər.

Vücudunuzda protein miqdarı gərəkdiyindən çoxdursa bir sıra saglamliq problemləri ilə qarşılaşa billərsiniz. Bu səbəbdən ət istifadəsini azaltmalısınız.

Xüsusilə də sosis, kolbasa kimi qidalar xərçəngə yol açması aparılan araşdırmalarla təsdiq edilmişdir.

Manqal və ya qızardılma üsulu ilə bişirilən etler yüksək istilikdə bişirildiyi üçün ətin quruluşunda pozulmalar meydana gəlir və xərçəng riski artır.

Şahanə Quliyeva

Sağlam Qida     Baxılıb: 374   Tarix: 25 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Limonun faydaları

Xəstə olduğumuz zaman C vitamini üçün bolca istifadə etməyə çalışdığımız limonun bir çox faydaları mövcuddur. xəbər verir ki, limondan istifadə etmək üçün bir çox səbəb vardır. Limonun faydalari nelerdir?. Limon immunitet

Alma qabığı və çayı meyvəsindən daha faydalıymış... Faydaları nələrdir?

Almanın faydalarından daha öncəki məqaləmizdə bəhs etmişdik. Ancaq əksər insan almanın qabığını soyaraq yeməyi seçirlər. xəbər verir ki, mütəxəssislər alma qabığının ən az alma kimi faydalarının olduqca çox olduğunu dil

Gül kələminin faydaları nələrdir?

Dadı ilə seçilən gül kələminin bir çox faydaları mövcuddur. Həm yeməklərdə həm də qızartmalarda istifadə edilir. Faydaları nələrdir?. təqdim edir:. Vücudu toksinlərdən təmizləyir – Vücudun hazırda mövcud olan toksin atm

Bir çox problemin düşməni olan qurudulmuş xurmanın faydaları nələrdir?

Qurudulmuş xurma bir çox xəstəlik üçün şəfa mənbəyi hesab olunur. xəbər verir ki, ürək problemləri, təzyiq, şəkər kimi bir çox narahatlıqlar zamanı effektli təsirə malikdir. Payız-qış mövsümünün ən dadlı nemətlərindən biridir

Yuxu gətirən qida və içkilər

Yuxusuzluq bir çox problemi də yanında gətirir. Yuxusuz keçirilən gecə beyin funksiyası zəifləyir, vücud yorğun, halsız düşür. Bəzən bu halın xronikləşməyə başladığı müşahidə edilir. Belə ərəfələrdə bəzi qidalar, çaylar faydal

Qəhvə içmək faydalıdır ya zərərli?

Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər. xəbə

Alçanın faydaları

Alça, faydası bol olan yaz meyvələrindəndir. xəbər verir ki, fərqli növlərə, ləzzətə sahibdirlər. Yaşıl, qırmızı, sarı rəngləri ilə süfrələrin bəzəyidir. Alcanin qida deyeri nedir?. Kalori: 30 qr. Karbonhidrat: 8 qr. Lif

Mədə xorası üçün nələr yeyilməlidir?

Mədə xoraları geniş yayılan problemlərdən biridir. Mədə xorasının əsas əlamətlərindən biri yanma hissidir. Bir çox zaman dərman müalicəsi ilə yanaşı təbii üsullardan da istifadə tövsiyə edilir. xəbər verir ki, mədənin v

Qlükozamin nədir?

Hansısa bir əlavə istifadə etmədən öncə xüsusilə xronik sağlamlıq problemlləriniz varsa və ya başqa dərmanlar istifadə edirsinizsə, mütəxəssislər müzakirə etməlisiniz. xəbər verir ki, qlükozamin əlavələri bəzi şəxslərə uyğu


babasil mualicesi cinsi xestelikler tecili tibbi yardim tecili yardim