Ayaqda göbələk xəstəliyinin əlamətləri və müalicəsi

Ayaqda göbələk xəstəliyinin əlamətləri və müalicəsiAyaqda göbələk problemi, ayaqlarda qaşıntı və parlaq qırmızı səpkilərə səbəbiyyət verən infeksiyadır. Bu infeksiya, soyulma, yanma hissi, qızarıqlıq, su toplama, qaşıntı və yaralara səbəb olur. Çox görülən və eyni zamanda yoluxucu dəri xəstəliyidir. Daha çox kişilərdə görülən vəziyyət, qadınlarda və 12 yaşdan aşağı uşaqlarda da ortaya çıxa bilir.

Ayaq göbələyi nədən olur?

Nəmli və isti ortamlar

Duşdan sonra ayaqları qurutmamaq

Dar, qapalı ayaqqabı geymək

İmmunitetin az olması

Pedikür alətləri

Təmiz olmayan hovuzlar

Ayaq göbələyinin əlamətləri nələrdir?
Ayaqda göbələk xəstəliyinin əlamətləri və müalicəsiƏlamətləri, ayağın hər hansısa yerində özünü göstərə bilər. Ən çox ayaq barmaqları ya da ayaq barmaqları arasında olur.

Əlamətləri:

Qırmızı səpkilər

Yanma hissi

Dərinin zədələnməsi

Xoş olmayan qoxu

Ayaq dabanlarında kəpəklənmə

Ayaqda içi su dolu yaralar

Ayaq göbələyinin növləri hansılardır?
Ayaqda göbələk xəstəliyinin əlamətləri və müalicəsiAyaq dırnaq göbələyi (intertriginous) – Barmaq toru infeksiyası olaraq da adlandırılan növü ən çox görülən növüdür. Adətən ən kiçik ayaq barmağında yaranır. Bu cür göbələk xəstəliyi yanma, qaşınma, ayaq dabanında yayılan infeksiyaya səbəb olur.

Mokkan – Bu zaman quruluq, qaşınma, dərinin qabıqlanması kimi nəticələr doğurur. Göbələk müalicə edilmədiyi təqdirdə dəri qalınlaşır və yarılır. Bu infeksiya bütün ayaq dabanına və ayağın kənarlarına yayıla bilər.

Qabarcıqlı (Vezikülobülloz) – Ən nadir görülən göbələk növüdür. Adətən ayağın altında yer alan dərinin su toplanması və qabarcıqların bir anda partlaması ilə yaranır. Müalicə edilmədiyi təqdirdə ayaq barmaqları arasında, dabanında, ayağın alt və ya üst nahiyəsində də ortaya çıxa bilir.

Ayaqda göbələk xəstəliyinin əlamətləri və müalicəsiMüalicəsi:

Adətən göbələk əleyhinə infeksiyanı məhv edən kremlədən istifadə edilir. Bununla yanaşı xalq təbabəti üsullarından da istifadə edilir:

Xına – Qədim zamandan günümüzə qədər göbələk üçün xınalardan istifadə edilir. Ayaqlarınıza xına çəkərək bu müddətin irəliləməsini dayandıra bilərsiniz. Xına həmçinin pis qoxunun da qarşısını alır.

Sodalı su – Ayaq göbələyi sodanın köməyi ilə müalicə edilir. Ayaqların bir müddət sodalı suda qalması tövsiyə edilir. Sodalı su sayəsində göbələklər sürətli formada təmizlənir. Həmçinin soda, qoxuyu, qaşıntıyı da aradan qaldırır.

Alma sirkəsi – Ayaq göbələyinin qarşısı sirkənin antibakterial xüsusiyyəti sayəsində alınır. Hər axşam sadəcə ayaqlarınız üçün istifadə edəcəyiniz bir qabın içərisinə 1 stəkan qədər alma sirkəsi və ayaqlarınızı keçəcək qədər su əlavə edin. Suyun içərisində 20 dəqiqə ərzində ayaqlarınızı gözlədin və təmiz məhraba ilə qurulayın. Alma sirkəsi bakteriyaları təmizləyərək göbələk infeksiyasını qısa müddətdə yaxşılaşdıracaqdır.

Ayağınızdakı göbələkdən xilas olmaq istəyirsinizsə bakteriyalarla mübarizə aparan antioksidantlardan istifadə etməlisiniz. Bu növ məlhəmlər içərisində zeytun yağı da yer alır. Hər axşam yatmazdan əvvəl 1 şirniyyat qaşığı zeytun yağı ilə 1 çay qaşığı kəklikotunu qarışdıraraq hazırlayacağınız qarışımı ayağınıza çəkin. Bu yağların sovrulması gecə ərzində davam edəcək və göbələk bir neçə gün ərzində azalacaq.

Limon yağı – Antioksidant tərkibli yağlardan hesab edilir. Göbələyin yaratdığı pis qoxunu aradan qaldırır. Hər duşdan sonra ayaqlarınızı limon yağı ilə massaj edə bilərsiniz. Həmçinin limon yağını su ilə qarışdırıb ayaqlarınızı bu suda 20 dəqiqə qədər gözlədə bilərsiniz.
Ayaqda göbələk xəstəliyinin əlamətləri və müalicəsiGöbələk xəstəliyindən qorunmaq üçün nə edilməlidir?

Ayaqların gündəlik qulluğu edilməli

Yaş səthlərə ayaq qoyulmamalı

Ortaq ayaqqabı, məhrəbadan istifadə edilməməli

Duş qəbulundan sonra ayaqlar çox yaxşı qurudulmalı

Corablar gündəlik dəyişdirilməli

Göbələk əleyhinə spreylərdən istifadə edilməlidir.

Sağlamlıq Xəbərləri     Baxılıb: 6657   Tarix: 17 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Günəş vurmasının əlamətləri

Günəş vurması tez-tez yay aylarında yüksək istilik səbəbiylə meydana gələn bir vəziyyətdir. Körpələr də daxil olmaq üzrə bütün yaş qruplarına təsir göstərir. Günəş vurması nəticəsində ürək, qaraciyər, böyrək funksiyaların

Psixologiya nədir?

Psixologiya elmi nədir?. Psixologiya insan zehninin fəaliyyətini, davranışını və emosional təcrübələrini öyrənən elm sahəsidir. Tarixi qədimlərə dayanır. xəbər verir ki, psixolgiya insanın psixikasını, yəni ruh halını öyrənir

Sedasiya təhlükəlidir?

Sedasiya xəstənin qorxu, narahatlıq kimi hisslərini azaltmaq üçün istifadə edilən texnikadır. Sedasiya ne ucun edilir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, ən təməl məqsəd isə hərəkətsizliyi

Bağırsaq infeksiyası nədir?

Bağırsaq infeksiyası, xalq arasında ishal olaraq bilinən və gündəlik yaşayış tərzinə mənfi təsir göstərən infeksiya xəstəliyidir. Kiçik uşaqlarda daha çox müşahidə edilir. İshal, qusma, qarın ağrısı kimi problemlərə səbə

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri

Nevrologiya nədir?

Nevrologiya nədir?. Bu sahə ilə kim məşğul olur?. Daha ətraflı məlumat üçün məqaləni oxuya bilərsiniz. Nevrologiya – sinir sistemi xəstəliklərini öyrənən elm sahəsidir. xəbər verir ki, bu sahə ilə isə nevroloqlar məşğul olur

Əsəbi cilovlamağın yolları

Əsəb duyğusu əksər zaman qarşılanmayan gözləntilər, təmin olunmamış istəklər və istənilməyən nəticələrə verilən reaksiya olaraq yaranır. Əsəb nədir? Necə cilovlamaq olar?. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadə

Dumanlı beyin sindromu xəstəlikdir?

Bəzən baş ağrıları yaşanılır. Bəzilərində isə ağrılarla yanaşı başda ağırlıq, diqqət əksikliyi, yaddaşda zəiflik də müşahidə edilir. Bu, dumanlı beyin kimi kimi bilinir. xəbər verir ki, tibbi dildə bu adda diaqnoz olmas

Hicama faydaları və zərərləri

Keçmiş zamanlardan bu günə qədər bir çox müalicə növləri tətbiq olunur. Hicama da bunlardan biridir. Dəri səthinə tətbiq olunan hicama, kiçik damarın altında qurulan vakuum qüvvətindən istifadə edilən texnikadır. Bel, boyu


cinsi xestelikler dis agrisi bogaz agrisi tecili tibbi yardim