Ayaq ağrılarının səbəbləri

Ayaq ağrılarının səbəbləriGündəlik həyatda ən böyük köməkçimiz olan ayaqlarımız qarmaşıq və böyük bir əzələ, sümük, tendon torundan ibarətdir. Bütün vücudu daşıyacaq qədər güclü olan ayaqlarımız bir o qədər də həssas və qırılqan quruluşa malikdirlər. Əzələ skelet sistemi üzərində görülən ən çox ağrı ayaqlarda yaranan ağrıdır.

Ayaq ağrıları barədə ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Ayaq agrilarinin sebebleri neler ola biler?

Doktorinfo.az xəbər verir ki, ayaqda bir çox sümük, əzələ, sinir, yumşaq toxumalar və s mövcuddur. Bunlardan hansısa birində xəstəlik və ya zədələnmə baş verərsə ayaq ağrısının yaranmasına səbəb olur. Eyni zamanda gün ərzində ayaq üzərində çox durmaq, narahat ayaqqabı geyinmək kimi faktorlar da bu ağrıya yol aça bilər.

Sümük çıxıntıları, sümük qırığı, mazol, diabetik neyropati, düz daban sindromu, batıq ayaq dırnağı və s ən geniş yayılmış ayaq problemlərindən hesab edilir.
Damarların daralması və tıxanmasının bir sıra amillərin qarşılıqlı təsiri nəticəsində baş verir.

En cox rast gelinen sebebler:

Siqaret çəkmək

Yüksək xolesterin

Ateroskleroz

Yüksək təzyiq

Şəkər xəstəliyi

Genetika

Piylənmə

Qocalma

Ayaq ağrılarının səbəbləriAyaq agrisinin mualicesi:

Gündəlik həyatda çox ciddi zədələnməyən ayaq ağrıları adətən evdə müalicə edilə bilər. Ancaq tətbiq edilən müalicə üsullarına baxmayaraq şikayətlər azalmayıbsa bu zaman mütəxəssisə müraciət etmək lazımdır. Ayağın hansisa bir nahiyesinde ağrının hiss edildiyi zaman buz tətbiq edərək ağrını qismən azalda, şişliyin qarşısını ala bilərsiniz. Ağrının şiddətinə və səbəbindən asılı olaraq ağrıkəsici və əzələ genişləndirici dərmanlar da istifadə edə bilərsiniz.

Əgər ayaqda bir qırığın və ya toxuma zədələnməsinin sebeb oldugu ağrı mövcuddursa və tam ağırlıq verilə bilmirsə dəstəyə ehtiyac vardır. Bu vəziyyətdə ayağı əlavə gücə salmağa ehtiyac yoxdur. Eyni zamanda ayağı bağlamaq və yüksəkdə tutmaq təsirli olacaq. Ayaqda meydana gələn həddindən çox şişmələrdə ağrılar şiddətlənə biləcəyi üçün mütləq buz kompresi tətbiq edilməlidir.

Duzlu və sodalı suda ayaq vannası etməklə də ağrıları azalda bilərsiniz. Bu həmçinin şişliklərin azalmasına kömək edəcək.

Usaqlarda ayaq agrisinin sebebleri

Ayaq ağrılarının səbəbləriUşaqlarda və yeniyetməlik zamanında idmanla məşğul olanlarda çox görülür. Bu yaralanmalarin 3-də biri ayaqlarda və bunların da çoxu diz nahiyəsində görülür. Uşaqlarda yaxşı planlaşdırılmamış və düzgün tətbiq edilməmiş hərəkətlər bu ağrılara yol açar. Uşaqlarda sümük, əzələ-tendon uzanmağı arasındakı uyğunsuzluq və ya uşaqların ağır idman hərəkətlər etməsi bu ağrılara yol aça bilər. Ancaq hər uşaqda görülməyə bilər.

Burxulmalar, gərgin məktəb həyatı, edilən idman məşqləri də ayaq ağrılarına səbəb ola bilər.

Ayaq ağrılarının əsas səbəblərindən biri də məhz D vitamini əksikliyi ola bilər. Əgər oynaqlarda ağrılar mütəmadi olaraq davam edirsə bunun səbəbi vitamin əksikliyi ola bilər. Bu səbəbdən qanda D vitamini göstəricisini öyrənin.

Ağrıların qaynağı fərqli ola bilər. Ön ayaq, orta və arxa ayaqdan meydana gələ bilər. Bu səbəbdən ağrının şiddətinə və zamanına diqqət yetirmək lazımdır. Əgər şiddətli ağrı keçmirsə travmatoloq-ortopedə müraciət etmək ən düzgün qərar olacaq.
Ayaq ağrılarının səbəbləri

Xəstəliklər     Baxılıb: 1219   Tarix: 08 may 2024
f Paylaş

Oxşar xəbərlər

Göz titrəməsi, Nistaqmus xəstəliyi nədir?

Nistaqmus, görmə və dərinlik düşüncəsinin azalmasına səbəb olan gözlərin təkrarlayan və nəzarətsiz bir formada yana, aşağı-yuxarı ya da dairəvi düzəndə hərəkət etməsidir. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz

Sümük iliyi xərçəngi nədir?

Vücudda fərqli tip hüceyrələr mövcuddur. Leykositlər: Xalq arasında akyuvar, bəyaz qan hüceyrələri ya da mübarizəçi hüceyrələr olaraq bilinən leykositlər infeksiyalara qarşı mübarizə aparan hüceyrələrdir. Eritrositlər: Alyuva

Amilaz nədir?

Amilaz həzm sistemində qarışıq karbonhidratları daha bəsit şəkərlərə parçalama mövzusunda əsas rol oynayır. xəbər verir ki, tüpürcək və pancreas istehsalında mövcud olan amilaz, həzm müddətini başladaraq qida sovrulmasın

Çəpgözlük

Çəplik görmə funksiyalarının pozulmasıdır. xəbər verir ki, bir baxış istiqamətində gözün funksiyalarının doğru işləməməsindən qaynaqlanır. Bes ceplik nece duzeldilir?. Görmə kəskinliyi artırılır. İkili görmə varsa düzəldilir

Metastatik xərçəng nədir?

Metastaz nədir? . Müalicəsi ilə bağlı ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Metastaz, xərçəngin qaynağını aldığı orqandan daha uzaq bir nahiyəyə yayılmış olmasını ifadə edər. xəbər verir ki, metastaz, xərçən

Aorta koarktasiyası nədir?

Aorta koarktasiyası, qanı orqanizmə daşıyan ən böyük damarda daralma olan zaman yaranan vəziyyətdir. xəbər verir ki, ürək və damar cərrahı Cabir Gülmalıyevin sözlərinə görə, daralma adətən başa və qollara gedən damarları

Ayaq damar tıxanıqlığı nədir?

Ayaq damar tıxanıqlığı, ürəkdən ayaqlara qan daşıyan damarların daralması və ya tıxanmasıdır. Bu damarlar daralıb tıxandığında ayaqlardakı qan axışı kəsilir və bəzi əlamətlər ortaya çıxa bilir. Ayaq damar tıxanıqlığı nədir?

Qulaq qripi nədir?

Qulaq infeksiyaları ən çox qarşılaşılan vəziyyətlərdən biri qulaq qripidir. xəbər verir ki, normalda orta qulaq boşluğunda hava mövcuddur. Qulaq zərinin iki tərəfində yəni orta qulaq ilə xarici qulaq yolu arasında təzyi

Uretra darlığı nədir?

Uretra darlığı bəzi problemlər zamanı ortaya çıxa bilir. xəbər verir ki, uretra kanalında olan darlıq sidik ifrazının azalmasına,yanma-göynəməyə səbəb ola bilir. Bes uretra darligi ne zaman yaranir?. Uretrada olan darlığı


tecili yardim qarin agrisi dis agrisi mede agrisi