Kistik fibrozis nədir?

Kistik fibrozis nədir?Kistik fibrozis, doğuşdan etibarən tənəffüs sistemi, həzm sistemində yer alan mukus və vəzlərinə təsir edən xəstəlikdir. Kistik Fibrozis xüsusilə, ağciyərlər, pankreas, qaraciyər, bağırsaqlar, sinüslər və cinsi orqanların funksiyalarıa təsir göstərir.

Doktorinfo.az xəbər verir ki, gendəki mutasiya nəticəsində ağciyər, mədə-bağırsaq, tər vəzlərində pozuntu baş verir. Kistik fibrozis xəstəliyinə sahib şəxslərdə, vücuddakı yer alan mukus qalınlaşır və yapışqan bir hal alır. Bu vəziyyət şəxsin nəfəs almaqda çətinləşməsinə səbəb olur və ciddi ağciyər infeksiyasının inkişaf ehtimalını artırır. Həzm fermentləri incə bağırsaqlara çatmadığı zaman qidalar düzgün şəkildə parçalana bilməz və qidalar sovrulmaz. Kistik fibrozisli şəxslərin qidalanma pozğunluqları, qarın ağrısı və şiddətli qəbizlik kimi narahatçılıq ola bilər.

Kistik fibrozis, vücudun tərləmə yolu ilə hədsiz miqdarda duz itkisinə səbəb olur, bu da həddindən çox maye itkisinə, yorğunluğa, aşağı təzyiqə və ürək narahatçılıqlarına yol aça bilər. Yenə bu xesteliye sahib olan şəxslərdə diabet, osteoporoz və sonsuzluq ehtimalı yüksələ bilər.

Səbəbi:

Gen mutasiyasından qaynaqlanan xəstəlikdir. Xəstəlik genini daşıyan qadın və kişilərin uşaqlarında 25 faiz ehtimalla ortaya çıxar.

Xəstəlik zamanı bir sıra minerallar hüceyrə xaricinə daşına bilməz və su da hüceyrə xaricinə buraxılmaz.

Kistik fibrozis, adətən yeni doğulan uşaqlara edilən rutin yoxlanışlarda müəyyən edilə bilər. Ancaq bəzi vəziyyətlərdə xəstəlik irəliləyən zamanlarda üzə çıxır.
Kistik fibrozis nədir?Əlamətləri nələrdir?

Duzlu dəri

Həddindən çox bəlğəmli, öskürək

Ağciyər infeksiyaları

Həddindən çox tüpürcək

Sonsuzluq

Diabet xesteliyi

Müalicəsi necə aparılır?

Pulmoner reabilitasiya – Ağciyərdə tıxanmaların yaranmasının qarşısını almaq və yaranan bəlğəmin rahatca atılmasını təmin etmək üzrə edilə biləcək hərəkətlərdir.

Fizioterapiya – Müxtəlif cihazlar və idman hərəkətləri ilə xəstənin rahatlanmasına kömək edir.
Kistik fibrozis nədir?Oksigen müalicəsi – Bu müalicə vücudda mukus toplanması və ağciyər infeksiyaları səbəbiylə qandakı oksigen səviyyəsinin düşməsinin qarşısını almaq üçün verilir.

Ağciyər nəqli – Xəstəliyin irəlilədiyi vəziyyətlərdə ağciyərlə bağlı problemlərin mualicesinde istifadə edilən üsuldur.

Yüksək kalorili pəhriz – Həzm sisteminde yaranan problemlərdən ötrü kistik fibrozisli xəstələr qidalardan kifayət qədər enerji ala bilməzlər. Bu səbəblə daha yüksək enerji tərkibli qidalardan ibarət pəhrizlərdən istifadə edilə bilər.

Şahanə Quliyeva

Uşaq xəstəlikləri     Baxılıb: 128   Tarix: 21 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Südünüz körpəni doydururmu? - Öyrənməyin yolları

Hazırda kifayət qədər körpələr üçün hazır qidalar satılır. Bir çox qadınlar isə övladı üçün belə qidaların doydurucu olduğunu zənn edirlər. xəbər verir ki, mütəxəssislər isə ana südünün bütün qidalardan üstün olduğunu v

Ani körpə ölümü sindromu nədir?

Ani körpə ölümü, körpələrin adətən ilk illərində sağlam olmaqlarına baxmayaraq açıqlana bilməyən səbəblərlə və əksər zaman yuxu əsnasında ani formada uşağın beşiyində ölü tapılmasıdır. xəbər verir ki, uşaqlarda ölüm səbəblər

Göy öskürək xəstəliyi nədir?

Göy öskürək, xalq arasında boğmaca da adlandırılan xəstəlik, yoluxucu üst tənəffüs yolu infeksiyasıdır. Hər yaşda görülə bilər, ancaq 1 yaş altındakı uşaqlarda boğmaca, ciddi sağlamlıq problemlərinə yol aça bilər. Xəstəlik

Uşaqlarda mədə bulantısının səbəbləri

Mədə bulantısı ağrısız, xoş olmayan qusma hissinə yaxın olaraq bilinən şikayətdir. xəbər verir ki, mədə bulantısı adətən kimyəvi xəbərdarlıq və ya hərəkətə bağlı yarana bilən tam olaraq səbəbi açıqlana bilməyən bir vəziyyətdir

Angelman sindromu nədir?

Angelman sindromu, inkişaf geriliyi, intellektual problem, nitq pozuntusu, yoxluğu ilə ortaya çıxan nevroloji xəstəlikdir. xəbər verir ki, xəstəliyi daşıyan uşaqlar adətən ailə üzvlərindən daha açıq dərili, sarışın və rəngl

Ən yaxşı pediatr kimdir?

"Ən yaxşı həkim kimdir, "Dərdimizi kimə ünvanlayaq?" kimi suallar bir çoxlarının yaralı yeridir. Bu dəfə mövzumuzu "Bakıda ən yaxşı pediatr kimdir?" sualı ətrafında yazdıq. Bu barədə şəhərdə, sosia

Uşaqlarda piylənmənin yaratdığı xəstəlik ehtimalları

Uşaqlar üçün "Nə qədər kökdürsə, o qədər sağlamdır" düşüncəsinin yanlış olduğu artıq bir gerçəklikdir. Piylənmə ilə bağlı statistikalara baxıldığı zaman bu düşüncənin və dəyişən həyat tərzinin nə nəticələr doğurduğ

Revmatik hərarət xəstəliyi nədir?

Revmatik hərarət iltihabi xəstəlikdir. Birləşdirici toxumanın iltihablanma prosesidir. xəbər verir ki, nadir görülən problemlər sırasında yer alır. 7-15 yaş arası şəxslərdə daha çox inkişaf edə və qüsurlara yol aça bilər

Qızılca xəstəliyi təhlükəlidir?

A qrupu streptokok adı verilən bəzi bakteriyaların səbəb olduğu, boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir


tecili yardim qarin agrisi dis agrisi mede agrisi