Kətan toxumunun faydaları və zərərləri

Kətan toxumunun faydaları və zərərləriKətan toxumu, faydaları səbəbiylə qidalanmada əsas yer tutur. Kətan toxumu dedikdə ilk ağıla omega 3 qaynağı gəlir. Görüntüsü ilə küncütə bənzəyir. Həzmi rahat olan qidanın faydaları çoxdur.

Kətan toxumu, yağ, lif və antioksidant qaynağıdır. Çində və Misirdə yetişdirilən toxum, tibdə də istifadə edilir. Yağı, unu, kapsullarından istifadə edilir. Qəbizlik, diabet, yüksək xolesterin, ürək xəstəliyi kimi bir çox xəstəliklər zamanı faydalıdır. Ancaq faydaları ilə yanaşı zərərləri də mövcuddur.

Kətan toxumunun 2 xörək qaşığında 6 qram lif, 4-5 qram bitki proteinlə yanaşı B qrupu vitminləri, maqnezium, manganez, fosfor, bakır, tiamin mövcuddur. Maqnezium yuxu və ruh halını yaxşılaşdırarkən, manganez kollagen istehsalını dəstəkləyərək dəri sağlamlığı və sümük sağlamlığı üzərində müsbət təsirə malikdir. Fosfor sayəsində hüceyrələrin yaranması və sümüklərin qorunmasını təmin edilə bilər.

Antioksidant qaynağıdır. Bunun sayəsində stresə qarşı xərçəngdən və ürək xəstəliklərindən qoruyur. Həmçinin erkən qocalma, altsheymer, parkinson kimi xəstəliklər riskini aşağı salır.
Kətan toxumunun faydaları və zərərləriXolesterini aşağı salır. Ürək sağlamlığı üçün əhəmiyyətə malikdir. Pis xolesterini endirib, yaxşı xolesterini qaldırır.

Həzm sistemini qaydaya salır. Toksinlərin və yağların vücuddan atılması liflər sayəsində olur.
Kətan toxumunun faydaları və zərərləriKətan toxumu, tərkibi ilə süd vəzi, bağırsaq, prostat xərçəng şişlərinin qarşısını almağa kömək edir. Yeni qan damarların yaranmasını və böyüməsini dayandıra biləcək gücü vardır.

Qan şəkərini tənzimləyir.

Dərini yaxşılaşdırır. Kətan yağından istifadə dəri üçün gözlə görünəcək həddə dəyişikliklərə səbəb olur. Dəri parlaq görünür, qabıqlanma azalır. Saça da faydaları çoxdur. Kəpək yaranmasının qarşısını alır. E vitamini tərkibi ilə dayanıqlı nəmli saçlara sahib olmağa kömək edir.

Tox tutur – Tərkibindəki liflər, su ilə birləşdiyi zaman gel kimi miqdar alınır. Bu da mədənin boşalmasını gecikdirir və toxluq hissinin uzunmüddət davam etməsini təmin edir.

Araşdırmalara görə, 2 qaşıq kətan toxumu istifadə edənlərdə çəki itkisi və bel ətrafında incəlmə baş verir.

Qadınlar nə üçün kətan toxumundan istifadə etməlidirlər?

Hamilə qalmaq ehtimalını artırır. Hormonal pozuntularının qarşısını alır.
Kətan toxumunun faydaları və zərərləriZərərləri nələrdir?

Xüsusilə hamilələr və uşaq əmizdirən qadınların kətan toxumu istifadə etməmələri tövsiyə edilir. Yüksək potasium tərkibi ilə kətan toxumunu böyrək xəstəliyi olanlara mənfi təsir göstərir.

Kətan toxumu necə saxlanılmalıdır?

Toxum toz halındadırsa hava ilə təmas zamanı oksitlənir. Bu səbəbdən bütöv olaraq istifadəsi məsləhətdir. Əgər toz haldadırsa mütləq şüşə qabda, quru yerdə saxlanılmalıdır.

Sağlam Qida     Baxılıb: 16420   Tarix: 20 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Əjdaha meyvəsinin faydaları və zərərləri

Əjdaha meyvəsi (Hylocereus Undatus) kaktus ailəsinə məxsus və rəngli meyvə növüdür. xəbər verir ki, əjdaha meyvəsi fərqli rənglərə sahib qabığı və iç meyvəsi ilə diqqət çəkir. Son illərin məşhur meyvələrindən hesab edilir

Qarağat yarpaqlarının faydaları nələrdir?

Qarağat insan orqanizmi üçün faydalı olan giləmeyvə hesab edilir. Qara qarağatın özü kimi, yarpaqlari da çox faydalıdır. Bəs qara qarağat yarpaqlarının faydaları nələrdir?. təqdim edir:. İmmun sisteminin zəifləməsini arada

Xəstəliklərin qənimi - İtburnu bəhməzinin faydaları nələrdir?

İtburnu bitkisi insan sağlamlığı üçün olduqca vacib və əhəmiyyətli bitkidir. Bu barədə öncəki məqaləmizdə bəhs etmişdik. xəbər verir ki, itburnu çayı, bitkisi faydalı olduğu kimi, bəhməzinin də yararları olduqca mühümdür

Düyü yemək faydalıdır?

Düyü, tərkibindəki vitaminlər baxımından olduqca dəyəlidir. İçərisində 100-də 80 karbonhidrat, 100-də 7 protein, 100-də 2 yağ, 10 mg kalsium, 0,9 mg dəmir, 0,08 mg B1 vitamini (Tiamin), 1,6 mg Niasin, 94 mg fosfor, 92 m

Böyrək xəstələri necə qidalanmalıdırlar?

Böyrək xəstəlikləri son zamanlar geniş formada vüsət alıb. Böyrək xəstələri qidalanmaqlarına da xüsusi diqqət göstərməlidirlər. Düzgün qida düzgün müalicə ilə birlikdə davam etdiyi zaman effekti olur. Tərkibində D vitamin

Sarımsağın möcüzəvi faydaları

Sarımsaq, yeməklərə ləzzət qatan və xalq arasında möcüzəvi qida olaraq qəbul edilən bitkidir. İmmuniteti gücləndirməsi, qan təzyiqini, qan şəkərini və xolesterini aşağı salması sarımsağın faydaları arasında yer alır. Sarımsaq

Ən yaxşı vitamin kompleksi hansıdır? - Bunları bilmək vacibdir

Düzgün qidalanmağa diqqət yetirən birisinizsə, vacib vitamin və minerallar tərkibli qidaları yemək haqqında müəyyən qədər fikriniz ola bilər. Vitaminlər və minerallar sağlamlıq üçün gərəklidir və düzgün qidalanmaq vücudunuzu

Qara çayın faydaları və zərərləri nələrdir?

Qara çay tərkibindəki antioksidant sayəsində xərçənglə mübarizədə vacib yer tutur. Bununla birlikdə infeksiya, sümüklərin qüvvətlənməsi, qaraciyər detoksu, dərinin parlaması, yaddaşın quvvetlenmesi kimi bir çox faydası vardır

Qəhvə içmək faydalıdır ya zərərli?

Qəhvənin tərkibində yüksək kafein mövcuddur. Bu səbəbdən gündəlik həddindən çox istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Yuxu problemindən tutmuş vücudda su itkisinə qədər bir çox narahatçılıqlar yaşana bilər. xəbə


dis agrisi tecili tibbi yardim tecili yardim babasil mualicesi