Dil yarasının səbəbləri və müalicəsi

Dil yarasının səbəbləri və müalicəsiAğız yaraları cəmiyyətdə tez-tez görülən sağlamlıq problemləri arasında yer alır. Müxtəlif xəstəliklərin əlaməti olaraq ortaya çıxan dil yaraları, xüsusilə ağız və diş gigiyenasına düzgün qulluq edilməyən zaman da yarana bilir. Dil yarası ağrılı olduğu zaman insanın gündəlik həyatında da narahatçılıq yaradaraq maneə olur.

Dildəki səpkilər əksər zaman xoşxassəlidir və sürətlə yaxşılaşır. Bəsit yaraların müalicəsində təbii üsullardan və qarqaralardan faydalanmaq mümkündür. Ancaq yaxşılaşmayan və uzunmüddət davam edən dil yaraları üçün mütəxəssis baxışı zəruridir.

Dil yarası nədir?

Ağızdakı quruluşların çoxu mukoza adlandırılan xüsusi toxuma ilə bağlıdır. Mukoza toxumasının bütövlüyünün pozulmasına səbəb olan hansısa narahatçılıq nəticəsində ağızda yaralar yarana bilər. Dil yarası, mukoza toxumasının zədələnməsinə səbəb olan xəstəliklər nəticəsində də meydana çıxa bilər. Bununla yanaşı dilin anatomik quruluşunda meydana gələn hansısa bir pozuntunun da dil yaralarının inkişafında rolu vardır. Dildəki dad hüceyrələrinin iltihablanması və dil ətrafındakı tüpürcək vəzlərinin xəstəlikləri misal olaraq çəkilə bilər.

Dil yarasının əlamətləri nələrdir?
Dil yarasının səbəbləri və müalicəsiDilin üst, alt və ya uc hissələrində yaralar

Dildə həssaslıq

Dildə acı hissi

Dildə yanma hissi

Dil üzərində ağ yaralar

Asidik məhsullar və ya isti qidalar ilə təmas (yeyərkən dilin yanması)

Səbəbləri nələrdir?
Dil yarasının səbəbləri və müalicəsiMüxtəlif səbəblərdən qaynaqlana bilər. Xüsusilə ağızda acı hissini yaradan yaralara, travmalar, vitamin və mineral əksikliyi, bakteriya, siqaret, infeksiya, ədviyyatlı və duzlu qidalar səbəb olur. Bununla yanaşı genetik faktorlar, mədə-bağırsaq xəstəlikləri, yoluxucu xəstəliklər də dil yarasına yol açan faktorlar arasındadır. Adətən dilin təbəqəsində bəyaz olaraq görülən yaraların digər səbəbləri də var:

Stress

Dil dişləmək

Qida allergiyası

Diabet və qansızlıq

Ağız gigiyenasına düzgün qulluğun edilməməsi

Həddindən çox isti içkilər səbəbindən dilin yaralanması

Dil yarası necə müalicə edilir?
Dil yarasının səbəbləri və müalicəsiAltda yatan əsas səbəb tapıldıqdan sonra müalicə edilir. Tətbiq olunacaq müalicə üsulları bunlar ola bilər:

Yüngül yaralar zamanı xəstənin simptomlarını sağaltmaq üçün bəzən qidalanma dəyişiklikləri edilməlidir. Bir neçə həftə ərzində keçə biləcək səpkilər üçün xüsusi müalicəyə ehtiyac yoxdur.

Xüsusilə dişlərin gündə 2 dəfə fırçalanması və bunun vərdiş halına gətirilməsi vacibdir.

Ağız gigiyenası üçün diş saplarından istifadə edilməli, duzlu su ilə qarqara edilə bilər.

Sağlam, düzgün qidalanmaqla yanaşı əksik olan vitamin və mineralların əlavə olaraq qəbul edilməsi kifayətdir.

Protez diş müalicəsindən sonra ağız quruluşuna uyğun olmayan protez ağızda yaralara səbəb olarsa stomatoloqa müraciət edilməlidir.

Şiddətli ağrı vəziyyətlərində dərman müalicəsi tətbiq edilə bilər.

Sağlamlıq Xəbərləri     Baxılıb: 1147   Tarix: 26 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Günəş vurmasının əlamətləri

Günəş vurması tez-tez yay aylarında yüksək istilik səbəbiylə meydana gələn bir vəziyyətdir. Körpələr də daxil olmaq üzrə bütün yaş qruplarına təsir göstərir. Günəş vurması nəticəsində ürək, qaraciyər, böyrək funksiyaların

Psixologiya nədir?

Psixologiya elmi nədir?. Psixologiya insan zehninin fəaliyyətini, davranışını və emosional təcrübələrini öyrənən elm sahəsidir. Tarixi qədimlərə dayanır. xəbər verir ki, psixolgiya insanın psixikasını, yəni ruh halını öyrənir

Sedasiya təhlükəlidir?

Sedasiya xəstənin qorxu, narahatlıq kimi hisslərini azaltmaq üçün istifadə edilən texnikadır. Sedasiya ne ucun edilir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, ən təməl məqsəd isə hərəkətsizliyi

Bağırsaq infeksiyası nədir?

Bağırsaq infeksiyası, xalq arasında ishal olaraq bilinən və gündəlik yaşayış tərzinə mənfi təsir göstərən infeksiya xəstəliyidir. Kiçik uşaqlarda daha çox müşahidə edilir. İshal, qusma, qarın ağrısı kimi problemlərə səbə

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri

Nevrologiya nədir?

Nevrologiya nədir?. Bu sahə ilə kim məşğul olur?. Daha ətraflı məlumat üçün məqaləni oxuya bilərsiniz. Nevrologiya – sinir sistemi xəstəliklərini öyrənən elm sahəsidir. xəbər verir ki, bu sahə ilə isə nevroloqlar məşğul olur

Əsəbi cilovlamağın yolları

Əsəb duyğusu əksər zaman qarşılanmayan gözləntilər, təmin olunmamış istəklər və istənilməyən nəticələrə verilən reaksiya olaraq yaranır. Əsəb nədir? Necə cilovlamaq olar?. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadə

Dumanlı beyin sindromu xəstəlikdir?

Bəzən baş ağrıları yaşanılır. Bəzilərində isə ağrılarla yanaşı başda ağırlıq, diqqət əksikliyi, yaddaşda zəiflik də müşahidə edilir. Bu, dumanlı beyin kimi kimi bilinir. xəbər verir ki, tibbi dildə bu adda diaqnoz olmas

Hicama faydaları və zərərləri

Keçmiş zamanlardan bu günə qədər bir çox müalicə növləri tətbiq olunur. Hicama da bunlardan biridir. Dəri səthinə tətbiq olunan hicama, kiçik damarın altında qurulan vakuum qüvvətindən istifadə edilən texnikadır. Bel, boyu


cinsi xestelikler dis agrisi bogaz agrisi tecili tibbi yardim