Dişlərə breket hansı yaşda taxılmalıdır?

Dişlərə breket hansı yaşda taxılmalıdır?Dişlər arasındakı forma, ara pozuntuları diş telləri vasitəsilə uğurla bərpa edilir. Diş əyriliklərini ortodontik stomatoloqlar müalicə edirlər.

Diş teli hansı yaşda taxıla bilər?

Breket taxılması üçün yaş sərhəddi yoxdur. 6 yaşından sonra istənilən hər yaş aralığında breket rahatlıqla taxıla bilər. Burada vacib məqam, doğru zamanda doğru üsulla müalicə almaqdır.

Bunun üçün 6 ilə 8 yaş arasında olan hər uşaq ümumi müayinə olunmalıdır. Çünki bu müddətdə yeni dişlərin çıxması ilə yanaşı əyriliklər müşahidə edilir. Alt çənə ilə üst çənənin inkişafı bir-birindən fərqlidir. Üst çənə 8 ilə 10 yaş arasında sürətli formada inkişaf edir. Ortodontik problemlər, uşaqlıq, yeniyetməlik çağında olduğu kimi hər dövrdə müalicə edilə bilər. Breket üçün ideal zaman 11 ilə 14 yaş arası olsa da ümumilikdə yaş məhdudiyyəti yoxdur.

Breketlərin bir neçə növü mövcuddur. Düzgün təyinatı isə müayinədən sonra ancaq həkim deyə bilər. İstifadə edilən breketlər materiala görə də bir-birindən seçilirlər.

Metal breket: Diş teli müalicəsində ən çox istifadə edilə növ metal tellərdir. Uzun zamandır çoxluqla seçilən metal breketlər digər bütün breketlərə görə dayanıqlıdır. Xüsusilə uşaqların diş müalicəsində istifadə edilir. Ən sürətli nəticəni verir.
Dişlərə breket hansı yaşda taxılmalıdır?Porselen breket – Metal breket növü ilə müqayisədə xaricdən az göründüyü üçün diş əyriliklərinin müalicələrində son illər ən çox istifadə edilən növdür. Bu növ breketlər həssas olduğundan daha çox qulluq tələb edir.

Şəffaf kappa – bu növ xaricdən heç görünmür. Olduqca zəhmətsizdir və estetik cəhətdən problemlərə yol açmır. Asanlıqla taxılıb çıxarılır, təmizlənməsi də kifayət qədər asandır. Həftədə bir dəfə olmaqla pasiyent tərəfindən rahatlıqla dəyişdirilə bilər və beləliklə yavaş formada arzu edilmiş görüntü əldə edilir.

Diş telləri neçə müddət taxılı qalmalıdır?

Diş telinin taxılı qalma müddəti, müalicə planına görə olacaqdır. Dişlər tam düzgün yerlərini alana qədər bu prosedur davam edəcək. Təxminən 18 ilə 30 ay arasında taxılı qalacaqdır.

30-40 yaşlarında breket taxılmasının çətinlikləri varmı?

Az da olsa müəyyən çətinliklər mövcuddur.

Bəs bunlar nələrdir?
Dişlərə breket hansı yaşda taxılmalıdır?Dişlər və çənə güclü olmalıdır. Diş tellərinin taxılması üçün sağlam, güclü dişlərin, damağın, sümüklərin olması vacibdir. Əks halda diş əti problemləri, diş çürüməkləri və sümük problemləri ortaya çıxa bilər.
Müalicə breketdən daha uzunmüddət tələb edə bilər. Məsələn, diş çürüklərinin, kanallarının bərpasına ehtiyac ola bilər. Bu səbəbdən dişlər çürümədən, damaq öz gücünü itirmədən həkimə müraciət etmək məqsədəuyğundur.

Dişlərə breket hansı yaşda taxılmalıdır?

Sağlamlıq Xəbərləri     Baxılıb: 369   Tarix: 11 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Günəş vurmasının əlamətləri

Günəş vurması tez-tez yay aylarında yüksək istilik səbəbiylə meydana gələn bir vəziyyətdir. Körpələr də daxil olmaq üzrə bütün yaş qruplarına təsir göstərir. Günəş vurması nəticəsində ürək, qaraciyər, böyrək funksiyaların

Fobiyadan necə qurtulmalı?

Fobiya və qorxu bir çox insanın yaşadığı, həmçinin çoxluqla qarşılaşılan mövzusudur. Ancaq bunların fərqi vardır. xəbər verir ki, qorxu insanları təhlükədən uzaqlaşdırır, fobiya isə insan həyatına maneə olaraq çətinlik yaradır

Özgüvən əksikliyi

Özgüvən əksikliyi, şəxsin öz bacarıqları, dəyər və ya özgüvən mövzusunda duyduğu yetərsizlik hissidir. xəbər verir ki, bu vəziyyət sosial münasibətlərdə, iş həyatında və ümumi həyatda mənfi təsirlər yaradır. Özgüvən əksikliy

Soyuq tərləmə nədir?

Tərləmə normalda vücudun özünü soyutmaya çalışmasının bir nəticəsi olub, soyuq tər tökmək isə adətən vücudun "Savaş ya da qaç" reaksiyasına səbəb olan ani qorxu, anksiyete və ya stresdən qaynaqlanır. xəbər veri

Uşaqlarda günəş vurmanın əlamətləri

Günəş vurması neçə gün davam edər?. Uşaqlarda gün vurmanın əlamətləri nələrdir?. Bu və daha çox məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Günəş vurmasının əlamət göstərmə müddəti şəxsin vəziyyətinə, yaşına, qaynaqlana

Ginekologiya nədir?

Ginekologiya qadın xəstəliklərinin diaqnoz və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Ginekoloq kimdir?. xəbər verir ki, ginekoloji problemləri müayinə və müalicə edən həkim isə yüksək ixtisaslı mütəxəssis, ginekoloqdur

Hicama faydaları və zərərləri

Keçmiş zamanlardan bu günə qədər bir çox müalicə növləri tətbiq olunur. Hicama da bunlardan biridir. Dəri səthinə tətbiq olunan hicama, kiçik damarın altında qurulan vakuum qüvvətindən istifadə edilən texnikadır. Bel, boyu

Dumanlı beyin sindromu xəstəlikdir?

Bəzən baş ağrıları yaşanılır. Bəzilərində isə ağrılarla yanaşı başda ağırlıq, diqqət əksikliyi, yaddaşda zəiflik də müşahidə edilir. Bu, dumanlı beyin kimi kimi bilinir. xəbər verir ki, tibbi dildə bu adda diaqnoz olmas

Histamin nədir?

Histamin, insan vücudunda təbii olaraq mövcud olan, bitki və heyvanlar tərəfindən sintez edilə bilən bioloji amindir. xəbər verir ki, histidin tərkibli qida maddələri histaminə çevrilə bilir. Histamin ola bilməsi üçün ortamd


dis agrisi cinsi xestelikler babasil mualicesi boyrek agrisi